A+   Yenilə  A-
Regionlarda taxıl biçini uğurla davam edir

Məhsul biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb
Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər məhsuldarlığı xeyli artırmaqdadır. Ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar bu gün əsas prioritetlərdən sayılır. Vurğulandığı kimi görülən tədbirlər, aparılan fəaliyyət bölgələrdə istər əkin sahələrinin genişlənməsinə, istərsə də məhsul yığımında keyfiyyətin və kəmiyyətin artımına imkan verib. Eləcə də, həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür.
Son illərdə respublikamızın bölgələrində aqrar sektorun digər istiqamətləri kimi, ərzaq təminatının möhkəmləndirilməsində çox mühüm pozisiyalardan biri olan taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Xüsusilə bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Regionlarda taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır. Təbii ki, bu mənada qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, 2004-cü ildə respublikamızda cəmi 2 milyon ton taxıl yığıldığı halda, 2018-ci ildə bu rəqəm 3 milyon 200 min tona yüksəlib. İri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq daha yüksəkdir. Qeyd edək ki, cari təsərrüfat ilində respublikamızda 1 milyon 85 min hektar sahədə taxıl əkilib və orta məhsuldarlığın əvvəlki illərlə müqayisədə daha yüksək olacağı gözlənilir.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, ölkə ərazisində taxıl biçini uğurla davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir. İyunun 24-nə olan məlumata görə, ölkə ərazisində 595 min 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 min 218,7 hektar ərazidə arpa, 295 min 973,6 hektar ərazidə isə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 milyon 890 min 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax və Biləsuvar rayonlarında isə arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş və Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.
Ayrı-ayrı rayonlara gəldikdə isə, şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyası sürətlə davam edir. Rayonda arpa biçini artıq yekunlaşmaq üzrədir, buğda biçini isə davam edir. Ümumilikdə rayon üzrə 1529 hektar ərazidə buğda, 4 min 500 hektar sahədə arpa biçini yekunlaşıb. Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər. Təsərrüfatçılar biçilən buğda sahələrindən orta hesabla hər hektara 36 sentnerə yaxın məhsul toplayıblar. Bəzi sahələrdə bu göstərici 38-39 sentnerə qədər yüksəlir. Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır. Rayon üzrə arpa sahələrində məhsuldarlıq 31, buğda sahələrində isə 34 sentnerdir. Xaçmazda cari ilin məhsulu üçün ümumilikdə 25 min 9 hektar ərazidə taxıl əkilib. Bunun 5 min 786 hektarını arpa, 19 min 223 hektarını isə buğda zəmiləri təşkil edir. Hava şəraiti əlverişli olarsa, biçinin iyulun 15-dək başa çatdırılması nəzərdə tutulur.
Biləsuvar rayonunun fərdi fermer təsərrüfatlarında isə taxıl yığımı başa çatıb. Ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 28 min 611 hektar sahədə taxıl əkilib, bunun da 14 min 900 hektarını arpa, 13 min 713 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 94 min 167 ton məhsul toplayıblar. Yığılmış məhsulun 48 min 167 tonu buğda, 46 min 114 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 33,3 sentner məhsul yığılıb ki, bu da ötən illə müqayisədə 5 sentner çoxdur.
Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Torpaq mülkiyyətçisi Şakir Soltanov becərdiyi 50 hektar taxıl sahəsinin hər hektarından 43 sentner məhsul götürərək digər əkinçilərdən fərqlənib. Qeyd edək ki, ötən il biləsuvarlı taxılçılar 29 min 683 hektar sahədə taxıl becərib və 85 min ton məhsul yığıblar.
Salyanda fəaliyyət göstərən Dövlət Sort-Sınaq məntəqəsində becərilən buğda sahəsinin hər hektarında isə 33,5 sentner məhsul götürülüb. Bu il məntəqədə 11 hektar sahədə sınaq üçün 38 növ yüksək reproduksiyalı taxıl növü becərilib, bunun da 6 hektarı arpa, 5 hektarı isə buğdadır.
Məntəqənin müdiri Balaeyvaz Hüseynov bildirib ki, becərilən 6 növ arpa və 32 növ olmaqla 10 növ bərk, 22 növ yumşaq buğda sortu sınaqdan keçirildikdən sonra ən çox məhsul verən sortlar dövlət reyestrinə salınır və onun toxumçuluğu təşkil olunur. Hər il olduğu kimi bu il də əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Artıq məntəqədə sınaq üçün yetişdirilmiş arpa və buğda sahələrinin məhsulu yığılıb. Arpa sahəsinin hər hektarından 27,7, buğda sahəsindən isə 33,5 sentner məhsul götürülüb. Yığılmış məhsul toxumçuluqda istifadə olunması üçün satışa çıxarılıb və məhsul istehsalçıları tərəfindən alınıb.
Rayonun kəndlərində də taxıl biçini sürətlə davam edir. Fermerlər məhsul yığımını tezliklə başa çatdırmaq üçün bütün imkanlardan yararlanır. İşin səmərəli təşkili nəticəsində artıq taxıl sahələrinin 75,5 faizinin məhsulu yığılıb.
Salyanlı taxılçılar ötən il əkdikləri 16 min 754 hektar taxıl sahəsinin 12 min 205 hektarında biçini başa çatdırıblar. İyunun 20-nə olan məlumata əsasən, zəmilərdən 46 min tona yaxın məhsul yığılıb ki, bunun da 33 min 992 tonu arpa, 11 min 344 tonu buğdadır. Arpa sahəsinin hər hektarından 36,2, buğda sahəsindən isə 40,3 sentner məhsul götürülür. Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı ötən ilin eyni dövründəkindən ümumilikdə 5 sentner çoxdur. Rayonda taxıl biçini yaxın günlərdə yekunlaşacaq.
Cari mövsümdə Oğuz rayonunda 16 min 87 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 969 hektarını buğda, 4 min 118 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini yüksək sürətlə davam etdirilir. Bu günədək 2 min 972 hektardan artıq sahədən buğda və 3 min 373 hektardan artıq arpa sahəsinin məhsulu biçilib, 20 min tona yaxın taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Bildirilib ki, tədarük olunan taxılın 10 min tona yaxını buğda, yerdə qalanı arpadır. Buğda sahələrinin hər hektardan orta hesabla 30,9 sentner, arpa sahələrindən isə 30,7 sentner məhsul götürülüb. Ümumilikdə biçin kampaniyasına 58 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib. Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 50 min tonadək məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.
Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da taxıl biçini davam edir. Rayonda cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa əkilib.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb olunub.
Hazırda 4 min 250 hektar arpa sahəsinin 2 min 500 hektarından artığında biçin aparılıb. Qalan sahədə də biçin işləri sürətlə davam etdirilir.
Saatlının fərdi fermer təsərrüfatlarında taxıl biçini davam edir. İyunun 21-nə olan məlumata görə, əkinçilər qısa müddətdə 14 min 758 hektar sahədə biçin aparıb və 59 min 144 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı orta hesabla 40 sentner olur.
Qeyd edək ki, keçən ilin payızında rayonda 24 min 866 hektar sahədə taxıl əkilib. Bunun 5 min 822 hektarı arpa, 19 min 44 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 40,6 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Biçinə mütəşəkkil başlayan taxılçılar artıq arpa biçinini başa çatdırıblar. Fermerlər 8 min 936 hektar arpa sahəsindən 21 min 75 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 36,2 sentner olub. Hazırda buğda sahələrinin məhsulu yığılır və gün ərzində 1950-2000 hektar sahədə biçin aparılır. Taxılçılar indiyədək əkdikləri 19 min 866 hektar buğda sahəsinin 8 min 936 hektarında biçin aparıb və 38 min 67 ton məhsul götürüblər. Biçin aparılmış buğda sahələrinin hər hektarından 42,2 sentner taxıl götürülür. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur.
Rayonun Qaraçala kənd sakini Xanhüseyn Əhmədov və Məmmədabad kənd sakini Adil Aslanov taxıl sahəsində daha yüksək məhsul götürürlər. Fermerlər becərdikləri sahələrin hər hektarından 45-50 sentner məhsul yığırlar. Qeyd edək ki, hazırda rayonun taxıl sahələrində 65 taxılbiçən kombayn işləyir.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2670  |  
  • Tarix:  25-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23