A+   Yenilə  A-
Münaqişənin beynəlxalq hüquq müstəvisində həlli bölgəmizə çoxdan gözlənilən sülh, sabitlik, dayanıqlı inkişaf və rifahı gətirəcəkdir

Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrinə dair sualları cavablandırıb. Müsahibəni təqdim edirik.
- Cənab nazir, Vaşinqtonda ermənistanlı həmkarınızla ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünüz baş tutdu. Bu görüşün nəticələrini ümumilikdə necə qiymətləndirərdiniz?
- Hər zaman qeyd etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzə aparılan danışıqlar prosesində keçirilən hər bir görüş, ilk növbədə, prosesin irəli aparılması baxımından nəzərdən keçirilir. Görüşlər yalnız görüşlər keçirmək naminə deyil, konkret nəticələrə hədəflənməlidir. Bu baxımdan, biz substantiv danışıqların tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. Fikir versəniz, həmsədrlərin verdiyi sonuncu bəyanatlarda da substantiv danışıqların aparılması məsələsinə xüsusi diqqət verilir. Çünki məlum məsələdir ki, əgər məqsəd adından da göründüyü kimi, həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşinqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə, müzakirələr hər zaman faydalıdır, lakin onu da vurğulamaq istərdim ki, nəticə olmayanda, hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir. Ümumilikdə, Vaşinqtonda görüş faydalı oldu, lakin o, bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq.
- Görüşdən sonra verilən açıqlamalarda qeyd edildi ki, həmsədrlər hər iki tərəfin diqqətinə təkliflər təqdim ediblər. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?
- Burada, ilk növbədə, nəzərə almaq lazımdır ki, münaqişənin həlli çərçivəsində bu günədək müzakirə olunan bütün sənədlərin ən mühüm elementləri sırasına Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması daxildir. Məntiqidir ki, münaqişənin səbəbini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi təşkil edirsə və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması tələb olunursa, nəticə olaraq, hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq.
Vaşinqton görüşündə həmsədrlərin təqdim etdiyi təkliflərə gəldikdə, burada bundan öncəki görüşlərin bəyanatlarında əks olunduğu kimi, humanitar və təhlükəsizlik sahəsində konkret təşəbbüslərin reallaşdırılması, eləcə də hazırda bölgədə mövcud olan vəziyyətin dəyərləndirilməsi baxımından maraqlı təşəbbüslər var. Ən önəmlisi odur ki, bu təşəbbüslərin reallaşdırılması və münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilsin.
- Cənab nazir, Vaşinqton görüşü ərəfəsində cəbhə bölgəsində gərginlik artdı. Erməni silahlı qüvvələri təxribatlar törətdilər, müdafiə naziri əsassız bəyanat və hərəkətləri ilə diqqəti çəkdi. Erməni həmkarınız Vaşinqton görüşündən sonra gərginliyin artdığı bir mühitdə danışıqların aparılmasının mürəkkəbliyini qeyd edib və bunun danışıqlar prosesinə mənfi təsir etdiyini söyləyib. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.
- Doğrudur, Vaşinqton görüşü öncəsi təmas xəttində gərginlik yüksək idi və Ermənistan müdafiə nazirinin bəyanatları bu gərginliyin niyyətini aşkar edirdi. O da doğrudur ki, cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir. Lakin qeyd etmək istərdim ki, cəbhə bölgəsindəki gərginliklə müzakirələrin aparılmasının qeyri-mümkünlüyü fikri ilə razı deyiləm. Xatırladım ki, istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan sənədi və ya “Lavrov planı” adlandırılan sənəd olsun, bu sənədlərin hamısı üzrə danışıqlar aparılarkən cəbhə bölgəsində heç də tam sakitlik hökm sürmürdü, biz gərginlik olduğu müddətdə belə danışıqlara, sənədlər üzərində işləməyə davam etmişik. Yəni, bu iki məsələni bir-biri ilə süni şəkildə əlaqələndirmək doğru deyil. Əsas məsələ, bir daha təkrar edirəm, siyasi iradə nümayiş etdirmək və danışıqları cəbhə bölgəsindəki vəziyyətin girovuna çevirməməkdir.
- Ermənistan tərəfi danışıqlara qondarma separatçı rejimin cəlb edilməsi məsələsini davamlı olaraq gündəmə gətirir. Əlbəttə, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır, lakin Ermənistan xarici işlər nazirinin Vaşinqton görüşündən sonra bu mövzunu təkrarən səsləndirdiyini nəzərə alaraq, sizin bu xüsusda şərhinizi eşitmək istərdik.
- Mövqeyimiz bəllidir, danışıqların iki birbaşa iştirakçısı var: Ermənistan və Azərbaycan. Səbəbi də bəllidir, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazilərində qanunsuz mövcudluğunu davam etdirir, bu, hərbi işğaldır. Hərbi işğalın qurbanları sırasında Dağlıq Qarabağda yaşayan və etnik təmizləməyə məruz qalan yüz minlərlə insan, daxili məcburi köçkünlər var. Ermənistanın hər hansı rəsmisi Dağlıq Qarabağ əhalisindən danışırsa, unutmamalıdır ki, bu əhalinin tərkibinə erməni icması ilə yanaşı, azərbaycanlı icma da daxildir. Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır? Dağlıq Qarabağın hər iki icması münaqişənin həllində maraqlı tərəflərdir və danışıqların müvafiq mərhələsində onların da danışıqlara cəlb edilməsi məsələsi danışıqların əsas iştirakçıları tərəfindən nəzərdən keçirilə bilər. İndiki mərhələdə bunu davamlı gündəmə gətirmək isə substantiv danışıqlardan boyun qaçırmaq və müəyyən bəhanələr axtarmağa bənzəyir. Əks təqdirdə, əgər Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı separatçı rejim adından danışa bilmirsə, o zaman Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?
- Vaşinqton görüşündə nazirlərin yaxın aylarda yeni görüşünün keçirilməsinin razılaşdırıldığı bəyan edildi. Sizcə qarşıdan gələn görüşdən konkret nəticə gözləmək olarmı?
- Hər bir görüşdə nəticənin əldə edilməsinə çalışmalıyıq, ən azından Azərbaycan tərəfi bunu istəyir və danışıqlar prosesinin irəli aparılmasında qətiyyətlidir. Nəticəsi olmayan hər bir görüş itirilmiş fürsətdir. Təəssüflə qeyd edim ki, bu illər ərzində çox fürsətlər itirilib. Səbəbini soruşsanız, məncə, bu dar çərçivədə düşünmək, uzaqgörən olmamaq, öz ölkəsinin və bölgənin gələcəyini və rifahını düşünməmək və müstəqil qərar vermək iqtidarında olmamaqla əlaqəli olub. Münaqişənin beynəlxalq hüquq müstəvisində tez bir zamanda həll edilməsi qısa müddətdə bölgəmizə çoxdan gözlənilən sülh, sabitlik, dayanıqlı inkişaf və rifahı gətirəcəkdir.
Azərbaycan tərəfi bütün bu reallıqları anlayır, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləyir. Beynəlxalq ictimaiyyət BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində müvafiq qərar və qətnamələr qəbul etməklə bizim mövqeyimizlə həmrəydir. Ermənistan rəhbərliyi nə qədər tez siyasi iradəsini əməli olaraq nümayiş etdirməyə və münaqişənin həlli üzrə çoxdan gözlənilən nəticələrin əldə olunması məqsədilə substantiv danışıqların irəli aparılması istiqamətində konkret addımlar atmağa qadir olarsa, biz bir o qədər tez bölgənin təhlükəsiz və sabit inkişafı yoluna çıxa bilərik.

 
  • Oxunub:  4560  |  
  • Tarix:  25-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
06 Dekabr 12:16
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5