A+   Yenilə  A-
BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib

“Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi”
Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini paralel seminarlarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda keçirilən birinci seminarda inklüziv və bərabər xidmətlərin göstərilməsi məsələləri araşdırılıb.
Seminarda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə əldə edib. Kənd təsərrüfatı hazırda Azərbaycan Hökuməti üçün qabaqcıl sahələr sırasındadır. Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmlərini tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti Eko Sri Margianti, Ekseter Universitetinin Beynəlmiləlləşdirmə və inkişaf fakültəsinin dekan müavini Endryü Massey Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əsas rolun səmərəli şəkildə yerinə yetirilməsi məqsədilə dövlət xidmətlərinin hansı transformasiyanı keçməli olması, bu transformasiyanın necə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Seminar “Heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün transformasiya”, “Transformasiyanı stimullaşdırmaq üçün nə lazımdır?” və “Transformasiya fəaliyyətdə” adlı sessiyalarla davam edib.
* * *
Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar “Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması” mövzusuna həsr edilib.
Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin edilməsi məsələsi araşdırılıb. Seminarın məqsədi DİM-in tətbiqinə inteqrasiya olunmuş yanaşmaları təşviq etmək üçün müxtəlif sektorlarda, hökumət səviyyələrində, habelə hökumət və qeyri-dövlət iştirakçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə ölkələr tərəfindən qəbul edilmiş institusional yanaşmaları və mexanizmləri işıqlandırmaq, təhsilə, o cümlədən dayanıqlı şəhər və icmalara inteqrasiya olunmuş yanaşmalar əsasında təcrübə mübadiləsi ilə öyrənməyi təşviq etmək olub.
BMT-nin iqtisadi məsələlər üzrə eksperti Louis Meulemanın moderatorluğu ilə keçən seminarda çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan kontekstində həyata keçirilməsindən danışıb. O qeyd edib ki, Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür. “Biz dayanıqlı İnkişaf Məqsədləri proqramlarına qoşularaq çoxsaylı layihələr icra edib nailiyyətlər əldə etmişik”, - deyə Vüsal Hüseynov vurğulayıb. O diqqətə çatdırıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində çoxsaylı işlər görülüb, vacib sənədlər qəbul olunub.
Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri DİM-in icrası istiqamətində gördükləri işlər barədə məlumat veriblər.
Seminar çərçivəsində “DİM-də inteqrasiya üçün mövcud təcrübələr, alətlər və mexanizmlər”, “Təhsil sektorunda vahid yanaşmalar”, “İqlim dəyişikliyini həll etmək üçün vahid yanaşmalar”, “Dayanıqlı şəhər və icmalar üçün vahid yanaşmalar” və s. mövzularda keçirilən sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.
* * *
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
Forum çərçivəsində keçirilən “Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı” mövzunda seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi məsələsi araşdırılıb.
BMT-nin antikorrupsiya üzrə qlobal məsləhətçisi Anqa Similsinanın moderatorluğu ilə keçən seminarın əsas məqsədləri dövlət strukturlarında DİM-ə nail olunmasında korrupsiyanın uğursuzluğa hansı dərəcədə təsir göstərməsi, effektiv, inklüziv və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi, dövlət sektorunda korrupsiya hallarının qarşısının alınması, DİM-ə nail olunmasında irəliləyişləri sürətləndirmək üçün fərdi, institusional və digər imkanların necə inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olub.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev bildirib ki, korrupsiyaya və onun neqativ təzahürlərinə qarşı mübarizə məsələləri müasir dövrümüzün ən aktual problemlərindən və dünya ictimaiyyətinin qarşısında duran ən aktual çağırışlardan biridir. Korrupsiyaya və onun törətdiyi mənfi nəticələrə qarşı səmərəli mübarizə olmadan ictimai rifah, vətəndaş məmnuniyyəti və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Azərbaycan da, öz növbəsində, bu sosial bəlaya qarşı mübarizənin əhəmiyyəti və aktuallığını dərk edir. Bu istiqamətdə zəruri institusional və qanunvericilik islahatları həyata keçirilir.
Orxan İsayev, həmçinin bildirib ki, Azərbaycan brendi olan “ASAN xidmət” modeli korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Əsas nailiyyətimiz isə dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən kompleks, ardıcıl və hərtərəfli islahatlardır.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bildirib ki, dövlət xidmətlərində texnologiyalar geniş istifadə olunmağa başlanılıb. Bunun sosial faydaları var. Dövlətlər rəqəmsal potensiala investisiyalar qoyurlar. Həmin ölkələr digərlərinə nisbətən 3,6 dəfə çox uğur qazanırlar. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması korrupsiya faktlarını azaldır.
Alessandro Frakassetti qeyd edib ki, Azərbaycanda DİM-ə nail olunması istiqamətində prioritetlər müəyyən edilib və tədbirlər görülür. O, dövlət xidmətlərinin vahid pəncərədən səmərəli və şəffaf təqdim edilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradıldığını və uğurlu nəticələr əldə edildiyini də diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov innovasiyaların DİM-ə nail olunmasında əsas istiqamətlərdən biri olduğunu qeyd edib. O, dövlət sektorlarında innovasiyaların mənimsənilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, innovasiyaların daha çox olduğu qurumların, məsələn, “ASAN xidmət”in uğurlu təcrübəsindən yararlanmaq vacibdir.
Seminarda digər çıxış edənlər öz ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışıblar.
* * *
Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid
Forum çərçivəsində daha bir seminar “Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid” mövzusunda olub.
Seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf çıxış edib.
Azərbaycanda dövlət xidmətləri sahəsində rəqəmsallaşdırma və avtomatlaşdırmaya keçid barədə danışan şöbə müdiri “ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib. O bildirib ki, “ASAN xidmət” artıq Azərbaycan brendinə çevrilib.
Elektron hökumətin rəqəmsal cəmiyyətin təməlini təşkil etdiyini bildirən Rövşən Nəcəf qeyd edib ki, bu, bəşər cəmiyyətinə yeni, mütərəqqi idarəetmə üsulları ilə xidmət edir. Şöbə müdiri ölkəmizdə İKT-nin tətbiqi ilə sosialyönümlü müasir idarəetmə sisteminin bərqərar olduğunu vurğulayıb. Qeyd edib ki, yeni yaradılan imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün məmurlar və vətəndaşlar arasındakı təması minimuma endirmək, eyni zamanda, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
Diqqətə çatdırılıb ki, “Elektron hökumət” portalı (www.e-gov.az) Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
Ölkəmizdə bulud texnologiyalarının tətbiqini xüsusi vurğulayan Rövşən Nəcəf Prezident İlham Əliyevin bu ayın əvvəlində imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman barədə ətraflı məlumat verib. Azərbaycanda innovasiyaların və texnoloji yeniliklərin tətbiq olunduğunu diqqətə çatdıran şöbə müdiri bunların ölkəmizdə vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan geniş istifadə üçün hər cür şərait yaratdığını deyib.
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin rəqəmsal idarəetmə şöbəsinin əməkdaşı Elida Reci bildirib ki, bu seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və hədəflərinin tətbiqinin dəstəklənməsi üçün rəqəmsal hökumətin və qabaqcıl texnologiyaların necə istifadə ediləcəyi araşdırılır. Seminarın əsas məqsədləri rəqəmsal hökumət sahəsində mövcud qlobal və regional tendensiyaların, o cümlədən dövlət sektorunda yeni texnologiyaların tətbiqinin DİM-ə nail olunmasında yardımçı, artan və sürətləndirici rolu ilə bağlı problemləri və imkanları təhlil etmək, DİM-də rəqəmsal hökuməti təşviq etmək üçün siyasətçilər, maraqlı tərəflərlə müxtəlif tövsiyələr əsasında gələcək ssenarilər barədə düşünməkdir.
Seminar çərçivəsində “Bütün formalarda korrupsiya və rüşvətxorluğu əhəmiyyətli dərəcədə azaltmaq”, “Hər səviyyədə effektiv, məsuliyyətli və şəffaf dövlət qurumlarının inkişaf etdirilməsi”, “Hər səviyyədə operativ, inklüziv, iştirakçı və təqdim oluna biləcək qərarların verilməsini təmin etmək” və “İctimai informasiyaya əlçatanlığı təmin etmək” mövzularında sessiyalar keçirilib.
* * *
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi siyasətçilərin və təcrübəçilərin məlumat mübadiləsinin və potensialının gücləndirilməsinə kömək etmək, dövlət xidmətlərinin gender həssaslığını artırmaq üçün innovativ təcrübələr əsasında sahələrarası və ölkələrarası biliyi əhatə etmək, xidmətlərin bütün qadın və qızlara, xüsusən də müxtəlif ayrı-seçkilik formalarına məruz qalanlara çatmasının necə təmin oluna biləcəyini müzakirə etmək olub.
Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda həmişə qadın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edib. Hələ 100 il bundan əvvəl Azərbaycan qadınına seçib-seçilmək hüququ verilib. Bir çox Avropa ölkələrinin ötən əsrin 40-cı illərində qadınlara belə hüquq verməsini xatırladan Hicran Hüseynova dövlətimizin dəstəyi və komitənin təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi üçün ölkədə görülən tədbirlər barədə danışıb.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda hər bir qanun gender ekspertizasından keçirilir. Ölkəmizdə güclü qanunvericilik bazası mövcuddur. Eyni zamanda, problemlər də var. Problemlər əsasən qadın və uşaqların bu qanunlardan hansı formada istifadə edə biləcəyi ilə bağlıdır.
BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir deyib ki, son illər dünyada uşaqların sayının artması ilə əlaqədar bir çox məktəblər açılıb. Bununla belə, bütün dünyada gender boşluğu 12,5 faiz artıb. Qızlar var ki, təhsil ala bilmir. Bütün bunların hamısı yoxsulluqla bağlıdır. İnkişaf getməyən yerlərdə buna qızlar məruz qalır. Hətta xidmətlər olduğu halda maliyyə məsələləri qadınların işini çətinləşdirir. “Çalışırıq ki, cəmiyyətin bütün təbəqələrində qadınlara dəstək olaq. Biz çalışırıq ki, büdcələr də nəzərə alınsın”, - deyə o əlavə edib.
Seminarda çıxış edən Serbiyanın, Albaniyanın və digər ölkələrin nümayəndələri gender balansının qorunması, qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində gördükləri işlərdən danışıblar.
Seminar çərçivəsində “Dövlət qurumlarının gender əsaslı dövlət xidmətləri, rolları və məsuliyyətləri üçün əsas çərçivələr”, “Gender əsaslı dövlət xidmətlərinin göstərilməsində innovativ təcrübələr” və digər mövzularda sessiyalar keçirilib.
* * *
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusuna həsr edilib.
Seminarda dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələr aparılıb, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələri araşdırılıb.
Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatlarda BMT-nin qurumları ilə əməkdaşlığın mühüm rolunu diqqətə çatdırıb. Nazir gələcəyin sosial təminat sisteminin formalaşdırılmasında innovasiyaların necə yardımçı ola biləcəyinə dair fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib. O, son bir ildə Azərbaycanda həyata keçirilən iki sosial paket haqqında məlumat verərək bildirib ki, həmin islahatlar ölkəmizin 4,2 milyon sakinini əhatə edir. Bu isə ölkə əhalisinin 40 faizi deməkdir. Həmin sosial paket nəticəsində minimum əməkhaqqı 130 manatdan 250 manata çatdırılaraq ümumilikdə 93 faiz artıma nail olunub.
Nazir Azərbaycanda bir milyon qaçqın və köçkün ordusunun olduğunu xatırladaraq həmin təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən də danışıb. O, nəzərə çatdırıb ki, həyata keçirilən elektron xidmətlər nəticəsində əhalinin məşğulluğu sahəsində də xeyli zəruri tədbirlər görülüb. Təkcə bu il ərzində 35 min nəfər üçün iş yeri yaradılıb. Nazir həssas qrupların tibbi, sosial reabilitasiyası ilə əlaqədar aparılan işlər barədə də məlumat verib. Xüsusilə bu ilin mayında fəaliyyətə başlayan DOST mərkəzinin işi Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Seminarda çıxış edən Çin, Kamboca, Serbiya, Niderland, Argentina nümayəndələri öz ölkələrinin təcrübəsində həssas qrupların müəyyənləşdirilməsi qaydaları, onların dəstəklənməsi üsulları və həmin prosesin monitorinqi, eləcə də həmin qrupa aid edilən əhali təbəqəsinin təhsil, sağlamlıq və güzəran səviyyəsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli ekosistemin təşviqi, fiziki məhdudiyyətli və yaşlı insanlara dövlət xidmətlərinin göstərilməsi sahəsində görülən işlər barədə danışıblar.
Sonra müzakirə olunan məsələlərlə əlaqədar suallar cavablandırılıb.
* * *
2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması
Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarlardan biri də “2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması” mövzusunda olub.
BMT-nin Təlim və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Nixil Set çıxış edərək sessiyada Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması üçün dövlət qulluqçularının tam hazırlanması məsələsinin araşdırılacağını söyləyib. Bildirib ki, seminarın əsas məqsədləri dövlət idarəetmə məktəblərində tədris proqramlarına Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daxil edilməsinə dair qlobal tendensiyaları və regional perspektivləri təqdim etmək, dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya və amilləri müzakirə edib təhlil etmək, DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələri öyrənməkdir.
Seminar çərçivəsində “Dayanıqlı inkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsində dövlət idarəçiliyinin hazırlığı üzrə qlobal trendlər, o cümlədən regional və milli perspektivlər”, “Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və DİM-in həyata keçirilməsində imkanların yaranmasına kömək edən strategiya, bilik və amillər”, “DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələr” mövzularında sessiyalar keçirilib.
Sessiya müzakirələrlə və sual-cavabla davam edib.
* * *
Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
Forum çərçivəsində “Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi dövlət və özəl sektorun rəhbər şəxslərinin diqqətini qabaqcıl texnologiyaların çətinlikləri və imkanları müzakirəsinə cəlb etmək, dövlət xidmətlərini dəyişə biləcək və beləliklə, dövlət idarəçiliyində səmərəliliyi artıra biləcək potensial qabaqcıl texnologiyaları inkişaf etdirmək, qabaqcıl yeniliklərin tətbiqi və dövlət sektorunda həyata keçirmə imkanlarını, vətəndaşların məmnunluq əmsalının və dövlətə olan inamının daha da inkişaf etdirilməsində qabaqcıl texnologiyaların potensialını araşdırmaq üçün müzakirə platformasını təmin etmək olub.
Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Birləşmiş Ərəb Əmirliklərinin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid, Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan, İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo, “Silikon Vadisi” texnologiyasının məsləhətçi qrupunun təsisçisi Teymur Sadıqov çıxış ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov seminarın əhəmiyyətini vurğulayıb, Azərbaycanda texnologiyalar sahəsində görülən mühüm işlərdən bəhs edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bulud hesablama texnologiyaları barədə məlumat verib. Qeyd edib ki, rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında Konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib. Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır. Ölkəmiz 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı Konvensiyaya qoşulub. Bununla əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan Hökuməti cari il iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqının kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir.
BƏƏ-nin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid ölkəsində texnologiya sahəsində görülən işlər barədə məlumat verib, gələcəyə dair planlardan bəhs edən təqdimatla çıxış edib.
Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan isə həm Türkiyə, həm də Türkiyə ilə Azərbaycanın texnologiyalardan ortaq və fərdi istifadə edərək gördüyü işlərdən danışıb. O, dünya praktikasında bu istiqamətdə atılan addımları diqqətə çatdırıb.
İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo belə seminarların önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.
Seminar 3 sessiya ilə işini davam etdirib. Sessiyalarda “Hökumət üçün innovasiyalar”, “Dövlət xidmətlərini təkmilləşdirə bilən texnologiyalar və innovasiyalar”, “Ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətlərinin çatdırılması və qabaqcıl texnologiyaları üzrə təcrübələri” mövzularında çıxışlar olub.
* * *
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən sonuncu seminar “İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli” mövzusuna həsr edilib.
Seminarda insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli nəzərdən keçirilib.
Seminarın məqsədi insan hüquqlarının və DİM-in həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin göstərilməsindəki ən yaxşı təcrübələri bölüşmək, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ölkələrin üzləşdiyi çətinlikləri əks etdirmək, insan hüquqları və yaxşı idarəetmə sahələrində dövlət qulluqçularının hazırlanması üçün müvafiq milli dövlət qurumlarının potensialını gücləndirməklə beynəlxalq əməkdaşlıq imkanlarını müəyyənləşdirmək, hüquqa əsaslanan yanaşma vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin gücləndirilməsi və inkişafı üçün yeni fikirləri nəzərdən keçirmək, insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı səmərəli dövlət xidmətlərinin göstərilməsinin təməlində olan qayda və prinsipləri müəyyənləşdirmək olub.
Seminarda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış ediblər.
Seminarda üzv dövlətlərin birgə iş təşəbbüslərini və siyasi inteqrasiyalarını təşviq etmək üçün həyata keçirilən müxtəlif institusional yanaşmalar vurğulanıb. Dövlət xidmətlərinin göstərilməsi kontekstində insan hüquqlarının həyata keçirilməsinə dair təcrübələr bölüşülüb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

 
  • Oxunub:  4680  |  
  • Tarix:  25-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
06 Dekabr 12:16
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5