Azərbaycanın Xarici İşlər naziri UNESKO-nun Baş direktoru ilə görüşüb
02.07.2019 [09:58]
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 30-da UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru xanım Odre Azule ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söyləyib. O, komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb.
Xanım Odre Azule UNESKO-nun sadiq və fəal üzvü qismində çıxış etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib və təşkilatın islahatlarının həyata keçirilməsi baxımından məhz öhdəliklərinə sadiq üzv ölkələrə ehtiyac duyulduğunu vurğulayıb.
Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşkilatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirib. Nazir Azərbaycanın zəngin irs nümunələrinin UNESKO siyahılarına daxil edilməsində maraqlı olduğunu qeyd edib. O, mədəni irsin qorunması mövzusuna həssas yanaşdığımızı bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni, tarixi və dini irsimizi Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə dağıtdığını diqqətə çatdırıb.
Görüşdə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 Aprel 16:45
Xəbər lenti
19 Aprel 16:25
Xəbər lenti
19 Aprel 15:48
Xəbər lenti
19 Aprel 15:44
Siyasət
19 Aprel 15:41
Xəbər lenti
19 Aprel 15:19
Xəbər lenti
19 Aprel 15:00
Xəbər lenti
19 Aprel 14:44
Xəbər lenti
19 Aprel 14:12
Xəbər lenti
19 Aprel 13:43
Dünya
19 Aprel 13:42
Xəbər lenti
19 Aprel 13:38
Xəbər lenti
19 Aprel 13:37
Xəbər lenti
19 Aprel 13:36
Xəbər lenti
19 Aprel 12:35
Xəbər lenti
19 Aprel 12:23
Dünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29
Xəbər lenti
19 Aprel 10:25
Siyasət
19 Aprel 10:23
Xəbər lenti
19 Aprel 10:20
Siyasət
19 Aprel 10:15
Siyasət
19 Aprel 10:10
Gündəm
19 Aprel 10:00
Siyasət
19 Aprel 09:50
Xəbər lenti
19 Aprel 09:33
Xəbər lenti
19 Aprel 09:26
Xəbər lenti
19 Aprel 09:20
Dünya
19 Aprel 08:43
Dünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07
Sosial
18 Aprel 14:06
Xəbər lenti
18 Aprel 13:55
Siyasət
18 Aprel 13:43
Xəbər lenti
18 Aprel 13:32
Xəbər lenti
18 Aprel 13:14
Xəbər lenti
18 Aprel 13:13
Dünya
18 Aprel 12:45
Sosial
18 Aprel 12:40
Xəbər lenti
18 Aprel 12:27
Xəbər lenti
18 Aprel 12:15