Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil edilən tədbirdə Ağa Xan Fondunun fəaliyyəti yüksək qiymətləndirilib

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil edilən tədbirdə Ağa Xan Fondunun fəaliyyəti yüksək qiymətləndirilib

03.07.2019 [09:38]

İyulun 2-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağa Xan Fondunun (“Aga Khan Foundation”) mədəni irsin qorunub saxlanılması sahəsində fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev Ümumdünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində səmərəli müzakirələrin aparıldığını bildirib. Nazir bu tədbirlərin dünya ictimaiyyətinin diqqətini mədəni irsin qorunub saxlanılmasına yönəldəcəyini vurğulayıb.
O, Ağa Xan Fondunun dünya ölkələrinin mədəni və tarixi abidələrinin bərpası və mühafizə olunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Əbülfəs Qarayev ölkəmizdə bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.
Daha sonra nazir qeyd edib ki, Ağa Xan Fondunun ilk musiqi mükafatına azərbaycanlı bəstəkar və pianoçu, UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadə layiq görülüb.
Sonra Ağa Xan Fondunun fəaliyyəti və tarixi memarlıq abidələrinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi əsas layihələri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Ağa Xan Fondunun baş meneceri Luis Monreal fond tərəfindən memarlıq abidələrinin bərpası və təmiri istiqamətində Hindistan, Tacikistan, Əfqanıstan, Mali, Suriya və Pakistanda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, fond tərəfindən 200-ə yaxın mədəni və tarixi abidənin bərpası və təmir olunması həyata keçirilib.
Qeyd edilib ki, memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı artıq dördüncü onillikdir ki, verilir. Mükafat bütün dünyada müsəlman cəmiyyətinin ehtiyaclarının və arzularının uğurla təmin edilməsinə imkan verən inşaat konsepsiyalarının aşkar və təşviq edilməsi məqsədilə təsis edilib.
Sonra çıxış edən natiqlər memarlıq mükafatının təltif olunduğu müxtəlif tarixi və memarlıq abidələrinin bərpası və qorunub saxlanması ilə bağlı layihələrdən söz açıblar.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31