Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Nəsimi rayon təşkilatının gəncləri yardıma ehtiyacı olan aztəminatlı və şəhid ailələrinə sovqatlar paylayıblar

YAP Nəsimi rayon təşkilatının gəncləri yardıma ehtiyacı olan aztəminatlı və şəhid ailələrinə sovqatlar paylayıblar

06.07.2019 [10:10]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvləri partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən aztəminatlı ailələrə sosial dəstək aksiyasına qoşularaq, rayon ərazisində yaşayan, yardıma ehtiyacı olan aztəminatlı və şəhid ailələrinə sovqatlar paylayıblar.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə kimsəsiz, qayğıya ehtiyacı olan insanlara dövlətimiz tərəfindən daim diqqət ayrılıb. O, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, həyata keçirilən uğurlu sosial siyasətin həssas qruplar kimi, tənha, ahıl, əlil vətəndaşların da rifah halının daha da yaxşılaşdırılmasına səbəb olduğunu bildirib: “Bu, bir faktdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasət əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ünvanlı sosial yardım proqramlarının məqsədyönlü tətbiqi ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasına müsbət təsir göstərib”.
M.İbrahimqızı YAP-ın həm də humanitar və xeyriyyə aksiyaları keçirdiyini diqqətə çatdırıb: “YAP Nəsimi rayon təşkilatı da mütəmadi olaraq bu aksiyalara qoşulur”.
M.İbrahimqızı əlavə edib ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən aztəminatlı ailələrə sosial dəstək aksiyasına YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəalları da qoşulublar.
Rayon təşkilatının fəal gəncləri rayon ərazisində yaşayan imkansız və şəhid ailələrinə baş çəkərək sovqatları təqdim etməklə yanaşı, onların problemləri ilə də maraqlanıblar. Xatun Əliyeva, Nurcahan Səfərbəyova, Sona Cəfərova, Çingiz Rzayev və başqaları onlara ayrılan bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30