A+   Yenilə  A-
Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın regionlarında yeni müsbət reallıqlar yaranıb

Biz ayrı-ayrı ölkələrin timsalında “şəhərləşmə” prosesinin necə ağır fəsadlara gətirib çıxardığının şahidi olmuşuq. İqtisadi potensialın, əmək resurslarının, mədəni mühitin iri şəhərlərdə təmərküzləşməsinin kədərli nəticəsi olaraq əyalətlər, ilk növbədə də kənd yaşayış yerləri inkişafdan qalır.
Deyilənlər fonunda Azərbaycanın mənzərəsi isə tamam fərqli rakursdan diqqəti çəkir. Belə ki, son 15 ildə respublikamızın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz bütün ölkə boyu tarazlı inkişafın təmin olunması amili ilə bağlıdır. Bəhs olunan dövrdə respublikamızın hərtərəfli inkişafı Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında təmin edilib. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə tamamlanıb və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib.
Son 15 ildə bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsinin məntiqi nəticəsi olaraq Azərbaycanın bölgələrinin siması tamam dəyişib, bütün ölkə üzrə yeni müsbət reallıqlar yaranıb.
Regionlarda yaradılan yüksək səviyyəli infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bütün ölkə boyu müasir infrastruktur quruculuğu prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Son 15 ildə respublikanın ayrı-ayrı regionlarında istifadəyə verilən generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Bütün respublika boyu aparılan müasir infrastruktur quruculuğu həmçinin yaşayış məntəqələrinin qazlaşdırılmasında öz əksini tapıb. Uğurla həyata keçirilən layihələr sayəsində respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Son illərdə respublikamızda, həmçinin su layihələrinin icrası da uğurla təmin edilir. Ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb.
Respublika ərazisində yol infrastrukturunun yenilənməsi də həm ölkə üzrə iqtisadi aktivliyin artması, həm də insanların həyat səviyyəsinin yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır. Regional inkişaf proqramlarının icra edildiyi dövrdə Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib, həmçinin təxminən 2 min kilometr uzunluğunda kənd yolları abadlaşdırılıb.
Azərbaycanın sənaye xəritəsi regionlara doğru genişlənir
Ölkədə innovativ əsaslı sənaye quruculuğu siyasəti çərçivəsində, həmçinin bölgələrdə istehsal təyinatlı müəssisələrin yaradılmasına böyük diqqət göstərilir. Bütövlükdə, perspektivdə ölkə üzrə Bakıdan başqa, daha üç bölgədə (Sumqayıt, Gəncə və Mingəçevirdə) sənaye mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Regionlarda sənaye məhəllələrinin təşkili ölkə üzrə iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərir. Qeyd edək ki, respublikamızda ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. 2018-ci ildə Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodu işə salınıb. Müəssisədə ilkin mərhələdə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulub. Sonrakı fazada avtomobillərin istehsalının ildə 15 minə çatdırılması və gələcəkdə bu rəqəmin ildə 50 minədək artırılması planlaşdırılır.
Ötən il açılan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb.
Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan layihələr üzrə müxtəlif istehsal sahələri yaradılıb.
Cari il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur.
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Hazırda Sabirabad Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir. Bu il, həmçinin Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
Ölkənin regionlarında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir
Yeni şəraitdə respublikamızda aqrar sektorda qarşıya qoyulan əsas hədəflərdən biri məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir. Çünki respublikamızın torpaq ehtiyatları məhduddur. Belə şəraitdə mövcud torpaq fondundan daha səmərəli istifadə olunması həyati zərurətə çevrilib. Son illərdə respublikanın kənd təsərrüfatında intensiv metodların, yeni yanaşmaların, qabaqcıl dünya təcrübəsinin tətbiqinə geniş meydan verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, fermerlərə dəstək tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi də məhz bu məqsədə xidmət edir. Bütün bunlara istinadən deyə bilərik ki, respublikamızda məhsuldarlığın artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı sistemi formalaşdırılır.
Ölkəmizdə aqrar sektorda məhsuldarlığın artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər sırasında islahatların önəmini ayrıca vurğulamaq lazımdır. Respublikamızda kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə etmək məqsədilə yeni islahatlar paketi elan olunub. Kənd təsərrüfatında yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsindən, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən, biznes mühitinin yaxşılaşdırılmasından, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasından, bazar infrastrukturunun təkmilləşdirilməsindən və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını təmin etməkdən ibarətdir. Bütövlükdə, ölkəmizdə aqrar sektorda istehsal imkanlarını daha da artırmağa hesablanan islahatların və yeni yanaşmaların əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurub.
Aqrar sektorda aparılan islahatlar çərçivəsində regionlarda müasir təsərrüfatların yaradılması da geniş vüsət alıb. İndiyədək dövlətin davamlı dəstəyi sayəsində respublika üzrə 32 iri fermer təsərrüfatı yaradılıb və bu təsərrüfatlarda məhsuldarlıq kifayət qədər yüksəkdir. Hazırda respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir.
Son illərdə respublikanın regionlarında aqrar sektorda yeni yanaşmaların tətbiqi istehsalın artmasına müsbət təsir göstərib. Artıq respublikamızda bir sıra pozisiyalar üzrə ərzağa olan tələbatın sırf yerli istehsal hesabına qarşılanması təmin edilir ki, bu da böyük uğurdur. Cari ilin birinci rübündə ölkənin kənd təsərrüfatında 3,6 faiz artım qeydə alınıb. Ayrı-ayrı pozisiyalar üzrə isə artım dinamikası daha yüksək olub. Belə ki, 2019-cu ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz yüksəlib.
Regionlarda yetişdirilən kənd təsərrüfatı məhsulları beynəlxalq sərgilərdə uğurla
nümayiş olunur
Son illərdə Azərbaycanın regionlarında yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Hazırda məhsullarımız qonşu dövlətlərin bazarlarına, eyni zamanda, Körfəz və Asiya ölkələrinə çıxarılır. Kifayət qədər böyük olan bu coğrafiyada Azərbaycanın yüksəkkeyfiyyətli kənd təsərrüfatı, eləcə də emal sənayesi məhsullarına böyük tələbat var. Bundan başqa, Prezident İlham Əliyev qarşıya Avropa İttifaqı ölkələrinə də müxtəlif növ məhsulların ixracının genişləndirilməsinə nail olmaqla bağlı mühüm vəzifə qoyub.
Son vaxtlarda Azərbaycanın regionlarında yetişdirilən yüksəkkeyfiyyətli məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil olunur. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, respublikamızda yetişdirilən meyvə və tərəvəz məhsulları cari ildə Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb. Azərbaycanın “Mars FK” şirkəti İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə ediblər. “Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.
Ölkəmizin regionlarında aqrar sektorda yetişdirilən məhsullar cari ildə, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2019”, Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş “Prodexpo 2019” və digər beynəlxalq sərgilərdə nümayiş olunub.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 
  • Oxunub:  3990  |  
  • Tarix:  09-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5