A+   Yenilə  A-
Görkəmli pedaqoq, ictimai-siyasi xadim, elm fədaisi, sadəlik və xeyirxahlıq mücəssəməsi

Elə insanlar var ki, onlar yalnız yüksək intellekti, istedadı, müdrikliyi və əməksevərliyi sayəsində ucalır və böyük hörmət sahibi olurlar. Halallığı, düzlüyü özlərinə yol yoldaşı seçən bu insanlar heç vaxt haram tikə yeməzlər, həyatlarının mənasını öz peşələri ilə xalqa xidmətdə görürlər. Belə insanların həyat yolu çoxlarına nümunədir - örnəkdir.
Belə insanlardan biri də Zahid İbrahim oğlu Qaralovdur. Hər şeydən əvvəl, səbr və təmkin yolçusu, sadəlik və xeyirxahlıq mücəssəməsi. Ömrünün xeyli hissəsini elmə, təhsilə, dövlətçiliyə və cəmiyyət üçün faydalı olan işlərə həsr edən fədakar insan, görkəmli ictimai-siyasi xadim Zahid Qaralov deyəndə istər-istəməz gözümüz önünə sadəlik, düzlük, mərdlik, cəsarət və böyüklük obrazları gəlir və bu obrazlar onun şəxsiyyət portretinin konturlarını, eləcə də keçdiyi şərəfli həyat yolunu müəyyən edir.
Həyat kredosunu Zahid Qaralov özü belə ifadə edirdi: “Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam, keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyil göstərməmişəm. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.
Zahid Qaralov keçdiyi zəngin və şərəfli həyat yolunun bütün dövrlərində ölkəmizin milli maraqlarını və milli dəyərlərini hər şeydən üstün tutaraq, istər elmi-pedaqoji, istər qanunvericilik, istərsə də ictimai-siyasi sahədəki fəaliyyətində öz həyat salnaməsinin parlaq səhifələrini yaratmışdır. Gənc yaşlarından əmək fəaliyyətinə başlayaraq doğulduğu Borçalı mahalının Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində müəllim, məktəb direktoru vəzifəsindən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda direktor, respublikamızın maarif nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı və Regional məsələlər daimi komissiyasının sədri vəzifələrinədək yüksəlmişdir.
O, harada olmasından, tutduğu vəzifədən asılı olmayaraq, üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla, layiqincə yerinə yetirərək göstərilən etimadı daima doğrultmuş, dövlətimizin və xalqımızın etibarını qazanmışdır.
Azərbaycan pedaqogika elminin inkişafına mühüm töhfələr verən Zahid Qaralov təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınır. O, 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, müvafiq elmi dərəcələr almış və professor elmi adına layiq görülmüşdür. 200-dən çox elmi məqalənin və 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. 170-ə yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Görkəmli alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Azərbaycan Respublikasının Əməkdar müəllimi kimi yüksək ada layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Pedaqoji və psixoloji elmlər üzrə ekspert komissiyası”na uzun illər sədrlik etmişdir.
Müstəqilliyimizin ilk illərində ölkəmizin ən çətin və ən ağır dövründə baş verən ictimai-siyasi proseslərdə Zahid Qaralovun daha yaxından və fəal iştirak edərək göstərdiyi xidmətləri və nümunəvi vətəndaşlıq keyfiyyətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illəri, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayına qədər, səriştəsiz, səmərəsiz idarəçiliyə malik olan və milli maraqları arxa plana keçirən biabırçı hakimiyyətlər dövrü ölkədə elə bir vəziyyət yaratmışdı ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq iqtidarında deyildi, hətta məhv olmaq, parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə Azərbaycan xalqının böyük əksəriyyəti, o cümlədən dəyərli ziyalıları haqlı olaraq çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görsələr də, bu istiqamətdə edilən səylər o vaxtkı hakimiyyətin çox ciddi müqaviməti və həyati təhlükə yaradan təhdidləri ilə üzləşirdi. Lakin bütün bunlara baxmayaraq, Zahid Qaralov respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmamış, cəsarətlə bu hadisələrə prinsipial vətəndaşlıq mövqeyindən yanaşmış, əqidə və şəxsiyyət bütövlüyü ilə fərqlənmiş, Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizədə ön cərgələrdə olmuşdur. Zahid Qaralov bir qrup ziyalılarla - “Partiyamızın qızıl fondu” adlandırılan “91-lər”lə bərabər yeganə qurtuluş yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, yeni siyasi partiya yaradılaraq xalqın Onun ətrafında birləşməsində görür və xalqımızın 91 nəfər qeyrətli ziyalısının imzaladığı o tarixi müraciəti Heydər Əliyevə ünvanlandırırlar.
Xatırlamaq lazımdır ki, Heydər Əliyevin Naxçıvana gəldiyi günlərdə orada çox ağır və acınacaqlı vəziyyət yaşanırdı. Məhz müdrik və uzaqgörən siyasəti sayəsində Ümummilli Lider Heydər Əliyev Naxçıvanı erməni işğalından qoruya bildi, İran və Türkiyə ilə əməkdaşlığı inkişaf etdirərək, “Ümid körpüsünün” istifadəyə verilməsinə nail olaraq muxtar respublikanı blokada və “ölüm-qalım” vəziyyətindən xilas etdi. Məhz Onun səyi nəticəsində Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı elan edildi. Bütün bunlar Heydər Əliyevin nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda hələ sovet dönəmində ölkəmizin çiçəklənməsində və milli maraqlara uyğun inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətləri ilə qazanmış olduğu nüfuzunu günbəgün artırırdı. Bundan narahat olan o vaxtkı iqtidar əlində olan bütün imkanlardan istifadə edərək Ulu öndər Heydər Əliyevi Naxçıvanda hakimiyyətdən uzaqlaşdırmaq, Onu nüfuzdan salmaq, hətta lazım gələrsə fiziki cəhətdən məhv etmək üçün planlar hazırlayırdı. Bunu Xalq Cəbhəsinin silahlı dəstələri tərəfindən 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevrilişə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə edilən cəhd də təsdiq edirdi. Məhz xalqın dəstəyi ilə Ulu öndər Heydər Əliyev bütün bu təhlükələrdən qoruna bildi və çevriliş cəhdi uğursuzluğa düçar oldu. Başqa cür ola da bilməzdi, çünki Heydər Əliyevi xalq qoruyurdu. Lakin bununla belə, Ulu öndər Heydər Əliyevin tam təhlükəsizliyinin təmin edilməsi ölkəmiz üçün, onun gələcəyi üçün çox mühüm, həyati əhəmiyyət kəsb etməklə yanaşı, bu istiqamətdə real addımlar atılmasını da tələb edirdi.
1990-cı illərin əvvəllərindən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və ideyalarının müdafiəsinə qalxan insanların ön sıralarında dayanan ziyalılardan biri olaraq Zahid Qaralovun bu sahədə də müstəsna xidmətləri danılmazdır. Təsadüfi deyil ki, məhz bu məqsədlə yaradılan “Heydər Əliyevi müdafiə komitəsi”nin sədri vəzifəsi Zahid Qaralova etibar edildi. O, dəfələrlə özünün və yaxınlarının həyatını təhlükəyə ataraq, heç nədən və heç kimdən çəkinmədən Naxçıvana gedərək Ulu Öndərlə görüşmüş, Ondan dəyərli məsləhətlər və tapşırıqlar alaraq Bakıya dönmüş və partiyamızın təşkilatlanması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli Lider Heydər Əliyev hər zaman Zahid Qaralovun bütün bu fəaliyyətini, eləcə də onun cəsarətini, mərdliyini, partiyaya və dövlətçiliyimizə sədaqətini yüksək qiymətləndirirdi. Zahid Qaralovu 65 illik yubileyi münasibətilə təbrik edərkən Heydər Əliyev onun bu xidmətlərini xüsusi vurğulayaraq demişdir: “Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram... Mən bunları yüksək qiymətləndirirəm... Biz həmişə bir yerdə olmuşuq”. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin Zahid Qaralovun fəaliyyətinə nə qədər böyük qiymət verdiyini bir daha təsdiq edir.
Respublikamızın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər daimi komissiyasının sədri seçilərək müstəqil dövlətimizin qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsi sahəsində böyük xidmətlər göstərmişdir. Komissiyaya sədrliyi dövründə Z.Qaralov müstəqillik dövrü üçün tamamilə yeni institut sayılan bələdiyyələrin nəinki qanunvericilik bazasının yaradılması, eləcə də bu yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və idarəedilməsi sisteminin qurulmasında əhəmiyyətli rol oynamış və onun bu sahədə zəngin və faydalı elmi-praktiki təcrübələri və ideyaları bu gün də aktuallığını saxlamaqdadır.
Zahid Qaralovun ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin siyasi sisteminin sütunu hesab olunan Yeni Azərbaycan Partiyasının yaradılmasında əvəzolunmaz fədakarlıq göstərməsi, Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransında fəal iştirakı, İdarə Heyətinin və Siyasi Şuranın üzvü seçilməsi idi. Zahid Qaralov YAP Səbail rayon təşkilatının yaradıcılarından biri kimi uzun illər (1993-2015-ci illər) yüksək peşəkarlığı, siyasi mədəniyyəti, bacarığı, təşkilatçılıq qabiliyyəti ilə rayon təşkilatına uğurla rəhbərlik etmişdir.
Zahid Qaralovun partiyamızın rayon təşkilatında 22 illik rəhbərlik dövrü xeyli zəngin, çoxşaxəli və məhsuldar olmuşdur. Məhz onun fəaliyyəti dövründə partiyamızın rayon təşkilatında sağlam, işgüzar və nizam-intizamlı kollektiv formalaşmış, bu gün də uğurla davam və inkişaf etdirilən gözəl idarəçilik ənənələrinin əsası qoyulmuşdur. Bu dövrlər ərzində Zahid Qaralov Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsinin öyrənilməsi və təbliğində yüksək fəallıq göstərmişdir. Xüsusilə bu istiqamətdə, ilk dəfə olaraq YAP Səbail rayon təşkilatında hazırda fəaliyyəti uğurla davam etdirilən “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” məktəbinin yaradılması bir daha Zahid Qaralovun Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir.
Mənim Zahid müəllimlə birgə fəaliyyətim 2000-ci illərə təsadüf edir. O vaxt Azərbaycan Dövlət İqtisad Universitetində YAP Səbail rayon təşkilatının ilk ərazi təşkilatı fəaliyyət göstərirdi. Zahid müəllim universitetimizdə keçirilən müxtəlif tədbirlərdə, o cümlədən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi və digər mühüm əlamətdar tarixi hadisələrlə bağlı tədbirlərdə dəfələrlə iştirak etmiş və genişməzmunlu məruzələrlə tələbə-müəllim kollektivi qarşısında çıxışlar etmişdir. Sonrakı illərdə Milli Məclisdə Elm və təhsil komitəsində “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu layihələrinin hazırlanması zamanı Zahid müəllimlə sıx və məhsuldar əməkdaşlığımızı davam etdirmişik və geniş fikir mübadiləsi aparmışıq. Onun məktəbəqədər və xüsusilə ümumi orta təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması və idarə edilməsi istiqamətində təqdim etdiyi təkliflər və tövsiyələr sözügedən qanunun müvafiq müddəalarında öz əksini tapmışdır. Onunla əməkdaşlığımızı və söhbətlərimizi indi də xatırlayaraq böyük əminliklə deyə bilərəm ki, Zahid Qaralov vətənini, dövlətini, xalqını sevən və onlara son dərəcə bağlı olan əqidəli və sədaqətli bir ictimai-siyasi xadim, daim düzgünlüyün və haqqın tərəfində yer alan ədalətli və vicdanlı bir insan, müxtəlif səpkili problemləri hər zaman diqqət mərkəzində saxlayan, bu problemlərdən çıxış yolları axtarmağa və xalqı maarifləndirməyə çalışan ziyalı, yaradıcı bir alim, istənilən vaxt əməkdaşlığa, dialoqa açıq olan və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv bir şəxsiyyətdir.
Geniş dünyagörüşünə malik şəxsiyyət kimi Zahid Qaralovun çoxşaxəli fəaliyyəti yalnız elm və təhsillə bağlı deyildi. Onun bu gün də aktuallığını saxlayan ümumbəşəri problemlərin həllinə həsr edilmiş konseptual fikirləri və fəlsəfi düşüncələri müəllifi olduğu çoxsaylı monoqrafiyalarında öz əksini tapmış və gənc nəslin yetişdirilməsində pedaqoqlarımız üçün yol xəritəsinə çevrilmişdir. Həyatın bir çox sahələrinə dair müxtəlif səviyyələrdə keçirilmiş tədbirlərdə və konfranslarda sərbəst, qətiyyətli fikirlər yürütməsi və prinsipial mövqe nümayiş etdirməsi Zahid Qaralovun bir növ həyat kredosuna çevrilmişdir. Təsadüfi deyildir ki, Zahid müəllim el ağsaqqalı, dostlar arasında həyatın və humanizmin professoru adlandırılırdı.
Zahid Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti, xalqımız, dövlətimiz qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Bunlarla yanaşı, fikrimizcə, ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə müstəsna xidmətləri olan və hazırda da faydalanmaqda olduğumuz, zəngin elmi irs - məktəb yaratmış Zahid Qaralovun adının əbədiləşdirilməsi elm və təhsil sahəsində çalışan hər bir ziyalının da ürəyincə olardı.
Zahid Qaralov geniş dünyagörüşünə malik şəxsiyyət, görkəmli alim, ictimai-siyasi xadim, səmimi, etibarlı və sədaqətli dost, nümunəvi və qayğıkeş ailə başçısı, nəvələrinin güvəndiyi müdrik və himayədar baba, elinə-obasına bağlı təəssübkeş bir insan kimi daima qəlbimizdə yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin.
Şəmsəddin Hacıyev,
Milli Məclisin deputatı,
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

 
  • Oxunub:  3690  |  
  • Tarix:  10-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5