A+   Yenilə  A-
Regionlarda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verilən əlavə subsidiyalar bu sahənin inkişafına güclü təkan verib
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu uğurlara həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində nail olub. Məhz bu siyasətin nəticəsidir ki, son 16 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Ötən müddət ərzində ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilib, insanların rifah halı daha da yaxşılaşıb və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb. Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var və son 16 ildə ölkəmizə böyük həcmdə sərmayə gətirilib. Qoyulan 260 milyard dollardan çox vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir. Belə ki, həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər Azərbaycanın iqtisadi potensialını böyük dərəcədə gücləndirib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilib. Məlum olduğu kimi, bundan əvvəlki üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən kənd təsərrüfatı ilə bağlı islahatlar aparılıb. Daha dəqiq desək, son illərdə aparılan davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixrac həcmi artıb, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənib.
Bildiyimiz kimi, Azərbaycan dövləti bu sahəyə çox böyük dəstək, yardım göstərir. Fermerlərə güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Ümumiyyətlə, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni ölkəmizdə sözügedən sahəyə maksimum dəstək verilir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu sahədə aparılan islahatlar, daha da böyük nəticələrə gətirib çıxaracaq. Kənd təsərrüfatının inkişafından danışarkən onu da bildirmək yerinə düşər ki, eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşıya qoyulmuş əsas vəzifələrdir.
Ümumiyyətlə, dünyada yaranan çağırışlara uyğun olaraq Azərbaycan özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Həmin Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.
Beləliklə, göstərilən dövlət qayğısı və həyata keçirilən islahatların nəticəsidir ki, ölkəmizdə bu ilin yanvar-may ayları ərzində də kənd təsərrüfatı məhsullarının istehsalı 6,7 faiz artıb. Verilən məlumata əsasən, bu ilin yanvar-may aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 952,3 milyon manat təşkil edib ki, onun da 1 milyard 574 milyon manatı heyvandarlıq, 378,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,7 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,9 faiz, bitkiçilik məhsulları isə 24,9 faiz artıb.
Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 201,4 min ton olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, süd istehsalı 2 faiz artaraq 845,9 min ton, yumurta istehsalı 3,2 faiz artaraq 765,5 milyon ədəd və yun istehsalı 3,1 faiz artaraq 12,2 min ton təşkil edib.
Ümumiyyətlə, cari ilin ötən ayları ərzində ayrı-ayrı rayonlar üzrə də müsbət nəticələr əldə edilib, həmçinin heyvandarlığın inkişafı itstiqamətində yeni-yeni addımlar atılıb. Məsələn, verilən məlumata görə, respublikamızın şimal bölgəsində yerləşən Qusar rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 289 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib.
Avstriyadan gətirilən heyvanlarda karantin tədbirləri çərçivəsində bruselyoz, leykoz və digər xəstəliklərə qarşı seroloji müayinələr aparılıb. Diaqnostik testlər Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib.
Qeyd olunub ki, “Simmental” cinsindən olan inəklər rayonun Aşağı İmamqulukənd kəndindəki fərdi təsərrüfatda saxlanılacaq. Burada çalışan mütəxəssislər qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında sərfəlidir. “Simmental” cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə olan “Holşteyn-friz” cinsi isə daha iri inəklərdir və bir laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Ümumilikdə, Qusarın heyvandarlıq təsərrüfatlarında 40 mindən çox iribuynuzlu, 82 min 327 xırdabuynuzlu heyvan saxlanılır.
Mərkəzi Aran iqtisadi rayonunda yerləşən Salyan rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırıb.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov KİV-ə açıqlamasında bildirib ki, hazırda Salyanda 12 süni mayalama məntəqəsi fəaliyyət göstərir və bu ilin ötən ayları ərzində mütəxəssislər tərəfindən elit törədici toxumlar ilə mayalanma aparılmış 1589 baş inək və düyədən 655 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 65 min 500 manat subsidiya ödənilib.
Hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 89 başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.
Regionun digər rayonu Saatlıda da heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verilən əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd, yun və yumurta istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 67 min 714 baş iribuynuzlu mal-qara və 116 min 250 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 999 baş çoxdur.
Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 6 ayında heyvandarlıq təsərrüfatlarında 3 min 568,6 ton ət (diri çəkidə), 20 min 614 ton süd, 95,7 ton yun, 7 milyon 212 min ədəd yumurta istehsal olunub ki, bu göstərici də keçən il istehsal olunan ətdən 2,8 ton, süddən 1,8 ton, yundan 10,3 ton, yumurtadan isə 1 milyon 202 min ədəd çoxdur.
Goranboyda da heyvandarlığın inkişafı istiqamətində davamlı addımlar atılır. Belə ki, rayonun Muzdurlar kəndində yerləşən “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq kompleksinin perspektiv inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 5 milyon manat kredit ayrılıb. Ümumi torpaq sahəsi 9 hektar olan kompleksin tikinti sahəsi 13 min 100 kvadratmetrdir.
Burada süd və ət istehsalı üçün 920 baş iribuynuzlu heyvan saxlanılır. Müəssisənin gündəlik süd istehsalı 11-12 ton, illik ət istehsalı 60-70 ton təşkil edir. Layihənin ümumi dəyəri 4 milyon 250 min manatdır. Müəssisədə hazırda 56 nəfər çalışır.
Bu məqamda qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Bayandur Rzayev epizootik vəziyyətlə tanış olmaq məqsədilə bu yaxınlarda İsmayıllı və Şəki rayonlarında səfərdə olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Bayandur Rzayev heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrlə maraqlanıb və təsərrüfat sahibləri ilə görüşüb. Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

 
  • Oxunub:  6210  |  
  • Tarix:  10-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5