A+   Yenilə  A-
Azərbaycan diplomatiyası: bir əsrlik inkişaf yolu

Biz o kəsləri dahi adlandırırıq ki, onlar sıradan təqvim gününü, normativ statistikanı tarixə, salnaməyə çevirməyi bacarırlar. Bir neçə gündən sonra hakimiyyətə gəlişinin yarım əsrlik tarixçəsini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyev məhz bu cür nadir insanlardan idi.
Lakin Ulu Öndərin böyüklüyü həm də onda idi ki, milli yaddaş, milli təfəkkür, milli dövlətçilik ərkanı ilə bağlı taleyüklü məsələlərdə bir varislik əlaqəsi yarada bilmişdi ki, həmin qiymətli irsin, mirasın davamçısı cənab Prezident İlham Əliyevdir.
Məhz Azərbaycan Prezidenti İlham Əliyev Özünün 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı ilə 2018-ci ili “Cümhuriyyət İli” elan etdi.
Azərbaycanın ilk müstəqil dövləti 1918-ci ildə quruldu.
Bununla bağlı Ümummilli Liderimiz deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.
Bəli, müsəlman Şərqində ilk demokratik dövləti quran babalarımız vətəndaşlıq şücaəti ilə yaranmış və yazılmış şərəfli bir tarixi obyektiv səbəblər üzündən 23 ay yaşada bildilər.
Tədqiqatçılar hesablayıblar ki, Xalq Cümhuriyyəti mövcud olduğu qısa bir zaman içində 350 ilkə imza atmışdır. Onların arasında elələri vardı ki, 70 illik sovet hakimiyyəti belə millətin dövlətçilik yaddaşından silib ata bilmədi - bayrağımız, himnimiz, gerbimiz. İlk parlament, dövlət aparatı, sərhədlərimiz... onlardan da əvvəl “İstiqlal Bəyannaməsi”.
Həmin ilklərdən biri də müstəqil dövlətin xarici siyasət xidmətinin yaradılması ilə bağlı olmuşdur. 1919-cu ilin iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul etmişdir. Və məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına uyğun olaraq həmin tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.
Diplomatik xidmət orqanları rəhbərlərinin növbəti müşavirəsi də məhz ölkəmizdə diplomatik xidmətin 100 illiyi kimi əlamətdar bir vaxtda keçirilir.
Bir qədər tarixə ekskurs edərək söyləyək ki, kifayət qədər mürəkkəb siyasi şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən xarici siyasət məsələlərinə həssaslıqla yanaşmış, gənc müstəqil respublikanın beynəlxalq miqyasda tanıdılması, milli həqiqətlərin dünyaya çatdırılması, eləcə də qonşu və region dövlətləri ilə diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.
Bu hədəflərin reallaşdırılması üçün Cümhuriyyətin bütün yeni yaradılmış hökumət kabinetlərində xarici siyasət idarəsinin fəaliyyətinə xüsusi yer verilir, onun hərtərəfli təchizatı diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə xarici siyasət idarəsinə diplomatiya sahəsində səriştəsi olan Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı kimi şəxsiyyətlərin rəhbərlik etməsi bunu bir daha təsdiqləyir. Azərbaycanın Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı da Xalq Cümhuriyyətinin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi tarixiləşmişdir.
Azərbaycanın yeni reallıqlar şəraitində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident tərəfindən daha böyük uğurla davam etdirilən xarici siyasəti belə bir köklü-şaxəli, eyni zamanda, nəzəri-konseptual irsə söykənir.
XXI yüzillik bəşər tarixinə yeni siyasi mühit, yeni geosiyasi prioritetlər, beynəlxalq güc mərkəzlərinin yeni nizamı və beynəlxalq münasibətlərin fərqli konfiqurasiyası ilə daxil oldu. Nə qədər dünyəviləşsək, demokratikləşsək də dünyanın siyasi düzənini müəyyənləşdirən güc inhisarçılarının ikili standartları təşviq edən siyasətinə daha tez-tez rast gəlirik. Belə bir şəraitdə Azərbaycanın gənc və müstəqil dövlət kimi düzgün hesablanmış, dəqiq və təkmil konsepsiyaya əsaslanan milli xarici siyasi kurs yeritməsi müstəsna əhəmiyyətə malikdir.
Ölkəmizin xarici siyasət kursunun söykəndiyi effektiv dəyərlər sistemi mövcuddur. Özünün ən müxtəlif səviyyəli çıxışlarında cənab Prezident Azərbaycanın xarici siyasətini mükəmməl bir konsepsiya kimi təqdim eləyir; həm ölkə, həm də dünya ictimaiyyətinə. O, həmişə deyir ki, baxmayaraq ki, biz dünyəvi dövlət qururuq, amma biz öz kökümüz üzərində dövlət qururuq. Milli-mənəvi dəyərlərimizdən, qədim və zəngin dövlətçilik irsimizdən, müasir potensialımızdan qidalanan, eyni zamanda, sivil bəşəriyyətə xas olan mütərəqqi keyfiyyətləri sıyırıb özündə ehtiva edən bir dövlət qururuq. Məhz belə bir münbit əməkdaşlığa arxalanan xarici siyasət dövlətin milli təhlükəsizliyini, suverenliyini və müstəqilliyini qorumağa qadirdir.
Müstəqil xarici siyasət yeridən, milli təhlükəsizliyi təmin etmək üçün hücumçu diplomatiyaya üstünlük verən Azərbaycan hakimiyyəti daxili potensialına və resurslarına, ən başlıcası, xalqın dəstəyinə güvənir.
Cənab Prezidentin də ifadə etdiyi kimi, bu daxili amillər, yəni iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasət xətti yeridək. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təqdim edə bilmişdir.
Hesab edirik ki, diplomatik xidmət orqanlarının nümayəndələri bundan sonra da xarici siyasətimizin taleyüklü məsələlərinin həllində səylərini əsirgəməyəcəklər.
Bu gün xarici siyasətimizin əsas prioriteti Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya daha israrlı, iddialı və qətiyyətli şəkildə çatdırılmasıdır.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli limiti tükənməyib. Bu birmənalıdır, qətidir. Müharibələr tarixi də göstərir ki, bütün müharibələrin taleyi danışıq masaları arxasında həll olunur. Xalq həmişə sülh və təkamül yolunu seçir. Dövlət başçıları, liderlər də özlərində iradə, səbat, müdriklik tapmalıdırlar ki, bu yola daha tez yetişməyin üsul və vasitələrini işləyib hazırlasınlar.
Biz, həmişə vurğuladığımız kimi, bu münaqişənin həllini birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində görürük. Və Prezidentimizin də ifadə etdiyi kimi, istədiyimiz odur ki, Ermənistan rəhbərliyi, nəhayət, qəflət yuxusundan ayılıb regionda gedən prosesləri düzgün qiymətləndirsin, ərazi iddialarından əl çəksin, onu hansı aqibətin gözlədiyini soyuq mühakimə ilə təhlil etsin. Problemlə bağlı dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların mövqeyi birmənalıdır. Beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını təsbit edir.
Birmənalıdır ki, uğurlu xarici siyasətin təməlini qüdrətli iqtisadiyyat təşkil edir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir, həm də xarici siyasi əlaqələrin məhsuldar məcraya yönəlməsində təkanverici rol oynayır.
Fürsətdən istifadə edib, xarici siyasət sahəsində çalışan bütün şəxsləri diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, güclü, qüdrətli və müstəqil Azərbaycan uğrunda gələcək işlərdə uğurlar arzulayırıq!
N.İ.,K.A.
Newtimes.az

 
  • Oxunub:  4410  |  
  • Tarix:  10-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
20 Oktyabr 09:42
Belə təbliğat şəbəkəniz varsa
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA