Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

“Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

11.07.2019 [09:27]

“Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Aİ Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri də, düşünürəm ki, bu münasibətlərin ən bariz göstəricisidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Aİ dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biridir və Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Ona görə də, şübhəsiz ki, dünyaya dəyərlər ixrac edən, dünyanın iqtisadi, siyasi tendensiyalarını müəyyənləşdirən bir güc mərkəzi ilə Azərbaycanın öz maraqlarını uzlaşdırması mühüm əhəmiyyətli bir məsələdir. Bu kontekstdə, düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini xüsusi önə çəkmək lazımdır. Çünki 2018-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də bu məsələ öz əksini tapdı. Donald Tuskun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşündə də bu məsələnin təkrar olunması, Aİ Şurası Prezidentinin dilindən problemin sülh yolu ilə və Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq həllinin mümkünlüyünə dair fikrin səsləndirilməsi və Azərbaycan Prezidentinin bir daha ərazi bütövlüyünə vurğu etməsi, düşünürəm ki, Aİ-Azərbaycan münasibətlərində strateji xətt kimi nəzərdən keçirilməlidir.
Heç şübhəsiz ki, Donald Tusk ölkəmizdə həyata keçirilən meqa layihələri yüksək qiymətləndirdi və Azərbaycanın nəqliyyat və loqistika qovşağına çevrildiyini bildirdi. Azərbaycan Prezidenti isə qeyd etdi ki, biz mühüm bir coğrafi mövqedə yerləşirik, ancaq bu coğrafiyanın potensialından milli maraqlar üçün lazımi səviyyədə istifadə edilməyəndə bu, sadəcə, coğrafiya olaraq qalır. Ona görə də bu coğrafiyada hazırkı mövcud siyasətin həyata keçirilməsi, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzunu artırmaqla bərabər onun milli maraqlarını təmin edir. Düşünürəm ki, Donald Tuskun Azərbaycan haqqında xoş fikirlər yazması, onu unikal bir dövlət kimi səciyyələndirməsi də elə Azərbaycanla Aİ arasında unikal, özünəməxsus münasibətlərin olmasının göstəricisidir. Bu da, əlbəttə ki, Azərbaycanın milli və dövlət maraqlarına uyğundur”.

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30