A+   Yenilə  A-
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir
Azərbaycanın dövlət siyasətində sosial sferanın prioritetliyinin təmin edildiyi ölkəmizdə 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyev tərəfindən irəli sürülən və uğurla icra edilən sosial təşəbbüslərin timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Respublikamız cari ilin birinci yarısında son illərin ən yaxşı iqtisadi göstəricilərinə nail olub. Eyni zamanda, ardıcıllıqla həyata keçirilən islahat tədbirlərinin, müxtəlif sahələrdə şəffaflığın artırılmasının, idarəetmənin təkmilləşdirilməsinin nəticəsi olaraq ölkəmizin maliyyə imkanları genişlənib. Son 6 ayda büdcəmizə təkcə Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin xətti ilə 440 milyon manatdan çox əlavə gəlir daxil olub. Ölkəmiz özünün geniş maliyyə imkanlarından son dərəcə qənaətlə və məqsədyönlü şəkildə istifadə edir. O cümlədən büdcəmizə daxil olan əlavə gəlirlər ölkəmiz üçün prioritet sahə olan sosial sferaya yönəldilir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında ölkəmizi fərqləndirən bu amilə diqqət çəkərək vurğulayıb: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.
Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, cari ilin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Son 6 ayda aktiv şəkildə icra edilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. İlkin hesablamalara görə, 4 milyondan çox insan respublikamızda böyük sosial paket çərçivəsində həyata keçirilən və öz mahiyyətinə görə inqilabi səciyyə daşıyan tədbirlərdən bəhrələnəcək.
Ölkəmizdə oktyabrın 1-dən etibarən 750 min vətəndaşın pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb
Ölkəmizdə ötən il anonsu verilən və cari ilin birinci yarısında aktiv şəkildə icra edilən böyük sosial paket çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların, ələlxüsus da əhalinin həssas qruplarının, aztəminatlı insanların gəlirlərinin artmasına nail olmaqdır. Bu baxımdan respublikamızda 2019-cu ildə əmək pensiyalarının məbləğinin 2 dəfə artırılması və 116 manatdan 200 manata çatdırılması çox böyük sosial əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs əsasında qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılıb. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə edib.
Dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla ölkəmizdə sosial məzmunlu islahatların növbəti mərhələsinə start verilib. Sosial islahatların ikinci mərhələsində digər çox önəmli tədbirlərlə yanaşı, əmək pensiyalarının minimum məbləğinin oktyabrın 1-dən etibarən növbəti dəfə artırılması nəzərdə tutulub. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq ki, bu da haqlı olaraq çox ciddi sosial təşəbbüs kimi dəyərləndirilir. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yuxarıda bəhs olunan müşavirədə bildirib ki, ikinci sosial paket çərçivəsində sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycandakı minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq. Prezident İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın əhəmiyyətli dərəcədə artırılmasının önəminə diqqət çəkərək deyib: “Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır”.
Ölkəmizdə həmçinin Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ciddi sosial sığorta amnistiyası elan edilib. Sığorta amnistiyasına əsasən 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olunub. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir.
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək
Ölkəmizdə pensiya islahatları kompleks səciyyə daşıyır. Bu islahatlar hazırlanarkən və reallaşdırılarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi mütləq nəzərə alınır. Xəbər verildiyi kimi, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” bu il avqustun 14-də Fərman imzalayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan müvafiq tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək və bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və digərlərinin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.
Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7140  |  
  • Tarix:  17-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
07 Aprel 20:54
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07 Aprel 19:34
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07 Aprel 18:42
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir
07 Aprel 18:40
Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi
07 Aprel 18:38
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
07 Aprel 18:22
Azərbaycanda modul tipli 6 xəstəxana quraşdırılacaq – SƏRƏNCAM
07 Aprel 18:21
Adil Əliyev: Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır
07 Aprel 18:17
Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
07 Aprel 16:50
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07 Aprel 16:48
Vüqar Rəhimzadə: Prezidentin növbəti əfv Sərəncamı böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir
07 Aprel 16:30
Azərbaycanda yeni koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib
07 Aprel 16:22
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
07 Aprel 16:17
Yevlaxda keçirilən növbəti videoqəbul zamanı 30 sakinin müraciəti dinlənilib
07 Aprel 16:14
Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi
07 Aprel 16:02
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
07 Aprel 15:59
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
07 Aprel 15:52
Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir
07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür
07 Aprel 14:04
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir
07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür
07 Aprel 13:18
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov
07 Aprel 13:16
Neftçalada 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
07 Aprel 12:54
Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar
07 Aprel 12:49
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır
07 Aprel 12:44
Hikmət Babaoğlu: Əfvlə bağlı qərar həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür
07 Aprel 12:41
Deputat: Ölkəmizdə birliyin vacib olduğu hazırkı zamanda müəyyən qüvvələrin pozuculuq fəaliyyəti təəssüf doğurur
07 Aprel 11:49
Deputat: Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək
07 Aprel 11:38
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı
07 Aprel 11:31
Bəhruz Quliyev: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun
07 Aprel 11:29
Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb
07 Aprel 11:09
““Milli Şura”nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır” ÖZƏL-MÜNASİBƏT
07 Aprel 11:02
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
07 Aprel 10:59
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır - Elşad Mirbəşir oğlu
07 Aprel 10:52
Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
07 Aprel 10:44
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA