A+   Yenilə  A-
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

Xəzər hövzəsinin qlobal geosiyasət üçün əhəmiyyəti haqqında ekspertlərin fikirləri mövcuddur. Bu məkanda hövzənin təhlükəsizliyi ilə paralel olaraq əməkdaşlıq məsələsinin də həllinin vacibliyi vurğulanır. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra qarşılıqlı faydalı əməkdaşlıq imkanları da artdı. Həmin aspektdə Xəzər İqtisadi Forumu bir əməkdaşlıq formatı kimi maraq doğurur. Türkmənistanda keçirilən Birinci İqtisadi Forumda Xəzəryanı ölkələrin yüksəksəviyyəli təmsilçiləri ilə yanaşı, bir sıra dövlətlərdən qonaqlar da iştirak ediblər. Bu onu göstərir ki, belə əməkdaşlıq formatı qlobal səviyyədə ciddi dəstək qazana bilər. Forumda səsləndirilən fikirlərin prizmasından bu tezis kifayət qədər inandırıcı görünür. Həmin çərçivədə Xəzər İqtisadi Forumunun geosiyasi, iqtisadi və təhlükəsizliyin təmini aspektlərində təhlili üzərində geniş dayanmaq istərdik.
Qlobal təhlükəsizlik və regional inteqrasiya: qarşılıqlı əlaqələr
Regional inteqrasiya müasir tarixi mərhələdə qlobal təhlükəsizliyin mühüm elementlərindən biri kimi qəbul edilir. Dünya qloballaşdıqca onun altsistemləri olan müxtəlif regionlarda dayanıqlı inkişafı, sabitliyi və təhlükəsizliyi təmin edən proseslərin təşviqinə də ehtiyac artır. Məlumdur ki, Xəzər hövzəsi bir sıra səbəblərdən dünya üçün böyük əhəmiyyətə malikdir. Xəzər regionu siyasi, geosiyasi, iqtisadi, enerji və mədəni faktorlara görə, əsrlərdir ki, diqqət mərkəzində olub. XXI əsrin başlanğıcında isə Xəzər hövzəsinin əhəmiyyəti daha da artıb.
Onun üç mühüm aspekti vardır. Birincisi, Xəzər regionu enerji ehtiyatları ilə zəngindir. Hətta o dərəcədə ki, dünyanın enerji təhlükəsizliyinə çox ciddi təsir göstərir. İkincisi, çağdaş geosiyasi gerçəklik ondan ibarətdir ki, böyük güclər Xəzər uğrunda aktiv mübarizə aparırlar. Üçüncüsü, Xəzəryanı müstəqil dövlətlərin əməkdaşlıq modelinin hüquqi əsası yeni formalaşır. Bu üç faktor Xəzər məsələsini bir çox aspektlərdə həm ekspertlər, həm siyasilər, həm də işgüzar dairələr üçün olduqca əhəmiyyətli edir.
Qeyd etdiyimiz məqamların işığında Xəzər İqtisadi Forumunun müxtəlif aspektlərdə əhəmiyyəti aydın görünür. Birinci forum avqustun 11-12-də Türkmənistanda baş tutub. Forumda Azərbaycanın Baş Naziri Novruz Məmmədov, Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin iştirak ediblər. Qonaq qismində isə Bolqarıstanı Baş Nazir Boyko Borisov və Özbəkistanı Baş Nazir Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri təmsil ediblər. Bunlarla yanaşı, tədbirə Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri də qatılıblar.
Birinci Xəzər İqtisadi Forumunda müzakirəyə müxtəlif məsələlər çıxarılıb. Onların sırasında ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal rolu kimi strateji əhəmiyyətli məsələlər də olub. Həmin bağlılıqda Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən sahələrdə (məsələn, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və s. sferalar üzrə) investisiya cəlbediciliyi müzakirə olunub.
Bunlardan başqa, forum çərçivəsində beynəlxalq konfrans və sərgi təşkil edilib, biznes adamlarının görüşü olub. Deməli, faktiki olaraq, Xəzər İqtisadi Forumu tam formatda ciddi müzakirələrin aparıldığı tədbir kimi təşkil edilib. Bu, iştirakçı dövlətlərin həmin istiqamətdə qarşıya qoyulan məqsədlərə ciddi yanaşdıqlarını və onun perspektivinə inandıqlarını göstərir. Həmin tezisi Xəzər hövzəsində əməkdaşlıq məsələsinə ümumi yanaşmanı ifadə edən və forumda səslənən fikirlərin məzmunu da təsdiq edir.
Birinci Xəzər İqtisadi Forumunun açılışında çıxış edən Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev həmin bağlılıqda maraqlı fikirlər səsləndirib. O vurğulayıb ki, forumun xüsusi bir vəzifəsi mövcuddur. Bu aspektdə “Xəzər beşliyi çərçivəsində yüksəksəviyyəli əməkdaşlıq sisteminin işgüzar və ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin effektiv və müasir mexanizmi ilə tamamlanması, mühüm siyasi qərarların konkret qarşılıqlı faydalı layihələrlə gücləndirilməsi” xüsusi əhəmiyyət kəsb edir.
Fikirlərinə davam edən D.Medvedev Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanmasını Xəzəryanı ölkələrin qarşılıqlı qərarlarının həll edilməsi üçün əsas faktorlardan biri kimi qiymətləndirib. Neft və qaz isə Xəzəryanı ölkələr üçün geostrateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Rusiyanın Baş Naziri “müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə və xidmətlərin sərbəst hərəkətinin, xalis energetika, rasional təbiətdən istifadənin əhəmiyyətini” ayrıca vurğulayıb. Eyni zamanda, Xəzəryanı dövlətlər bu tendensiyalardan kənarda qalmamalıdırlar.
Azərbaycan və Xəzəryanı dövlətlər: yeni səviyyədə əməkdaşlığa doğru
Vurğulanan fikirlərin işığında Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Xəzər İqtisadi Forumundakı çıxışında ifadə etdiyi fikirlər olduqca maraqlıdır. Novruz Məmmədov vurğulayıb ki, “Azərbaycan Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü alqışlayır. ...Bu forum Xəzəryanı ölkələr arasında əməkdaşlığın fəallaşdırılmasının yeni formatı olacaq”.
Bu tezis Azərbaycan rəhbərliyinin regional əməkdaşlığa yanaşmasının məntiqinə, məzmununa və məqsədlərinə tam uyğundur. Rəsmi Bakı göstərir ki, Xəzər İqtisadi Forumuna davamlı, qarşılıqlı faydalı, perspektivli və uzunmüddətli əməkdaşlıq formatı kimi yanaşır. Bu, həm Azərbaycan hakimiyyətinin Xəzəryanı dövlətlərin əməkdaşlığında çox maraqlı olduğunu, həm də ciddi siyasi iradə ilə bu prosesdə iştirak etmək əzmində olduğunu əks etdirir. Bir sözlə, Azərbaycan mahiyyətcə sülhsevər, demokratik, əməkdaşlığa tam açıq olan dövlətdir.
Azərbaycanın Baş Naziri fikirlərinə davam edərək, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Xəzər regionunun iqtisadi inkişafı məsələsinin daha da aktuallaşdığını vurğulayıb. Xəzər İqtisadi Forumu həmin kontekstdə böyük əhəmiyyət kəsb edir. Forum ticarət, nəqliyyat, investisiya və turizm sahələrində əməkdaşlığa əlavə təkan verəcək. Bu baxımdan forum çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin keçirilməsi də mühüm hadisədir. Çünki “...belə sərgilərin keçirilməsi Xəzəryanı ölkələrin biznes dairələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə və regionda informasiya kontentinin yaxşılaşmasına şərait yaradacaq, sahibkarlar arasında bilavasitə görüşlərin keçirilməsi isə regionun ümumən firavanlaşması işində mühüm rol oynayacaq”.
Novruz Məmmədov tədbir iştirakçılarının diqqətinə mühüm bir məqamı da çatdırıb. Baş Nazir Azərbaycanın Xəzəryanı dövlətlərin də daxil olduğu proqramların, müxtəlif xarakterli transmilli layihələrin, logistik xidmətlərin həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib. Konkret olaraq, “2019-cu ilin birinci yarısında Xəzəryanı dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsi əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 28 faizdən çox artıb. Eyni dövrdə ölkəmizin xarici ticarət dövriyyəsində Xəzəryanı dövlətlərin payı 11 faizdən çox olub”.
Bu xüsusda Novruz Məmmədov beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafının təmin edilməsinin region iqtisadiyyatının effektivliyinin artırılmasında mühüm rol oynadığını da ifadə edib. O cümlədən “nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətlərimizin iqtisadi imkanlarını genişləndirir, onların əhəmiyyətini artırır”.
Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Məsələn, “2018-ci ildə “Şərq-Qərb” marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklər daşınıb. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. “Şimal-Cənub” marşrutu üzrə yüklərin tranzitinin həcmində 8 dəfə artım qeydə alınıb. Bu rəqəmlər bir daha göstərir ki, tranzit yolların genişlənməsi davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə bütövlükdə regionun firavanlaşmasına doğru aparır”.
Beləliklə, Xəzər İqtisadi Forumu çox ciddi əhəmiyyəti olan əməkdaşlıq formatıdır. Və Azərbaycan bu kimi addımlara yüksək qiymət verir. Eyni zamanda, ölkə rəhbərliyi həmin istiqamətdə fəal addımlar atır, qarşılıqlı hörmətə və etimada əsaslanan hər bir əməkdaşlıq formatına tam açıqdır. Bu kontekstdə Azərbaycanın kifayət qədər təcrübəsi və hazırlığı mövcuddur. Baş Nazir Novruz Məmmədovun Birinci Xəzər İqtisadi Forumundakı çıxışı da bunu təsdiq edən faktlardandır.
Newtimes.az

 
  • Oxunub:  6480  |  
  • Tarix:  17-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA