A+   Yenilə  A-
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib

Müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb
(əvvəli ötən sayımızda)

Fermerləri sevindirən əsas hallardan biri də lizinq sahəsində həyata keçirilən islahat nəticəsində artıq bazarda tam liberallaşmanın mövcud olmasıdır. Bu barədə danışan İ.Kərimov vurğulayıb ki, dövlət tərəfindən edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq olunur. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib.
Nazir həmçinin bildirib ki, subsidiyalarla bağlı dövlətimizin başçısının həyata keçirdiyi islahat nəticəsində gübrələrlə əlaqədar liberallaşma gələn ildən tam reallaşacaq: “Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb”.
Qarşıya qoyulan əsas vəzifələrdən birinin də elektron kənd təsərrüfatının təşviqi olduğunu diqqətə çatdıran İnam Kərimov deyib ki, hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib: “Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən digər vacib islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”.
Ən yüksək məhsuldarlıq Bərdə, Saatlı və Sabirabad rayonlarında qeydə alınıb
Ümumiyyətlə, dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsindən 2019-cu il avqustun 5-nə olan məlumata əsasən, payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1milyon 39,5 min hektar sahənin 1milyon 26,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 3 milyon 218 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentner olub. Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1milyon 14,9 min tonu (31,5 faizi) arpa, 36 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.
Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Belə ki, 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90 faizdən aşağı olub.
Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35) və İsmayıllı (34,8) rayonlarında olub.
Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.
Göygöl rayonunun tarlalarında da bu ilin məhsulu üçün 8007,8 hektar sahədə biçin aparılıb. Ondan 5645,8 hektarını buğda, 2362 hektarını arpa təşkil edib. Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə biçin sahəsi 375,6 hektar, o cümlədən buğda sahəsi 97,2 hektar, arpa sahəsi isə 278,4 hektar artıb.
Bütövlükdə taxıl məhsulu 1075,7 ton artaraq 20800 tona çatıb. Taxıl məhsulunun 14946 tonu buğda, 5854 tonu isə arpa məhsulları olub.
Təsərrüfat kateqoriyaları üzrə biçilmiş sahələr dövlət təsərrüfatlarında 294 hektar, qeyri-dövlət təsərrüfatlarında 103,8 hektar, fərdi sahibkar və ailə kəndli təsərrüfatlarında 7610 hektar təşkil edib. Cari ildə rayon üzrə taxılın məhsuldarlığı hər hektardan 26 sentner, buğdanın məhsuldarlığı 26,5 sentner, arpanın məhsuldarlığı 26,5 sentner olub. Bu ilin məhsuldarlığı əvvəlki ilə nisbətən hektara 0,2 sentner çoxdur.
Ağsu rayonunda taxıl biçini başa çatıb
Ağsu rayonunda da taxıl biçini kampaniyasına yekun vurulub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxılçılıq kənd təsərrüfatının aparıcı sahəsidir və cari mövsümdə 36 min 355,5 hektarda məhsul yetişdirilmişdi. Zəmilərdən 116 min 420 ton taxıl götürülüb. Bu göstərici ötən ildəkindən 16 min 518 ton çoxdur. Hər hektardan məhsuldarlıq 2,1 sentner artaraq 32 sentnerə çatıb.
Rayonun bir sıra ərazilərində, o cümlədən Gəgəli, Bico, Kəndoba, Çaparlı, Qaraqoyunlu ərazi dairələrində sahibkarlar daha yüksək məhsuldarlığa nail olublar.
Bu ilin birinci yarısında Qazax rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və müsbət nəticələr əldə olunub. Ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən 8305 hektar buğda, 4250 hektar arpa səpilib.
Həmin taxıl sahələrindən 42330 ton məhsul götürülüb. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub.
Bu ilin yazında 21476,3 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilib. Həmçinin 65 hektar sahədə tütün əkilib. Hazırda rayon üzrə 1320 hektarda becərilmiş kartofun yığımı davam edir. Bu il sahələrdən 40 min tona yaxın kartofun yığılması proqnozlaşdırılır.
Respublikamızın 54 rayonunda məskunlaşmış kəlbəcərlilər torpaqlarının işğal olunmasının yaratdığı çətinliklərə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və bu sahədə artıma nail olmağa çalışırlar. Kəlbəcər rayonu üzrə ümumilikdə 577 hektar sahədə əkin işləri aparılıb.
2019-cu ilin məhsulu üçün 134 hektar sahədə taxıl səpilib ki, onun da 39 hektarını buğda, 95 hektarını isə arpa əkini təşkil edib. Həmçinin 159 hektar sahədə yonca, 25 hektarda dən üçün günəbaxan, 7 hektarda bostan, 252 hektarda isə pambıq əkini aparılıb.
Taxılın ümumi məhsuldarlığı hər hektardan 32,5 sentner olmaqla keçən ilə nisbətən 8 sentner artıq və ya 134 faiz təşkil edib. O cümlədən buğdanın məhsuldarlığı hər hektardan 35 sentner olmaqla keçən ilə nisbətən 9,6 sentner artıq və ya 138 faiz, arpanın məhsuldarlığı isə ötən ilə nisbətən 10 sentner artıq və ya 150 faiz olub.
Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub
2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılıb, bunun 33308 hektarını və ya 52,9 faizini taxıl zəmiləri təşkil edib. 2018-ci illə müqayisədə taxıl əkini sahələri 825 hektar və yaxud 2,5 faiz artıb. Sahələrin 24 min 729 hektarında buğda, 8579 hektarında isə arpa əkilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi əkin sahəsinin 4127 hektarı (12,4 faiz) Şərur, 10610 hektarı (31,8 faiz) Babək, 1685 hektarı (5,1 faiz) Ordubad, 6553 hektarı (19,7 faiz) Culfa, 5210 hektarı (15,6 faiz) Kəngərli, 1616 hektarı (4,9 faiz) Şahbuz, 2472 hektarı (7,4 faiz) Sədərək rayonlarının, 1035 hektarı (3,1 faiz) isə Naxçıvan şəhərinin payına düşüb.
Bu il taxıl sahələrindən 102 min 984 ton məhsul tədarük olunub ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5295 ton və ya 5,4 faiz çoxdur. Yığılan məhsulun 77261 tonu buğda, 25 min 723 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub.
Əldə olunan məhsulun 13947 tonu Şərur, 33707 tonu Babək, 4785 tonu Ordubad, 18 min 993 tonu Culfa, 15 min 316 tonu Kəngərli, 4437 tonu Şahbuz, 8788 tonu Sədərək rayonlarının, 3011 tonu isə Naxçıvan şəhərinin payına düşüb.
Cari ilin taxıl biçinində orta hesabla 86 kombayn iştirak edib ki, bunun da 77-si sahibkarlara, 9-u isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub.
Tədarük edilən buğdanın bir kiloqramının cari ildə 35, arpanın isə 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb.
Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2684 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında 182 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2 ədədi nağd yolla satılıb.
Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də məhsuldar toxum sortlarının yetişdirilməsidir. Yerli və rayonlaşdırılmış toxum sortlarından istifadə olunmaqla yetişdirilən toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermer təsərrüfatları tərəfindən istifadə edilməkdədir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsuldar toxum sortlarından istifadə, suvarma şəbəkələrinin genişləndirilməsi və əkin sahələrinin şırım üsulu ilə suvarılması bu sahənin inkişafına yeni imkanlar yaratmaqdadır.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  2340  |  
  • Tarix:  23-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA