Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

YAP-ın Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

10.09.2019 [09:39]

Sentyabrın 8-də Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi, Laçın, Bərdə, Ağdam və Tərtər rayon təşkilatlarının ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir.
Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əmin-amanlıqdan söhbət gedə bilməz. Ona görə də hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir.
Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.
Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrdən biri də sosial şəbəkələrdir.
YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.
Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30