Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirilib

Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirilib

13.09.2019 [09:39]

Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə ölkəmizin Türkiyədəki səfirliyində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Ankarada akkreditə olunmuş diplomatik korpusun, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, Azərbaycanın və Türkiyənin tanınmış alimləri, dövlət və siyasi xadimləri iştirak ediblər.
Konfransı açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 100 il əvvəl təsis olunan Azərbaycanın diplomatik orqanlarının ötən dövrdəki fəaliyyəti və müasir inkişaf istiqamətləri, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, həmçinin konfransın məqsəd və mahiyyəti barədə məlumat verib.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın məruzəsi dinlənilib.
Azərbaycanın dövlətçilik tarixi və ənənələri, milli-mənəvi dəyərlərimiz, ölkəmizin coğrafi mövqeyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, ilk demokratik respublikamızın süqutunun səbəbləri, həmçinin 1991-ci ildə müstəqilliyimizin bərpası, müxtəlif sahələrdə ölkəmizdə aparılan əsaslı islahatlar və sosial-iqtisadi inkişafın Azərbaycan modeli, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq nəqliyyat və enerji layihələri və sair məqamlar barədə geniş məlumat verən XİN rəsmisi xarici siyasətimizin əsasları, qonşu dövlətlərlə münasibətlər, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyətindən danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Leyla Abdullayeva münaqişənin həlli üzrə aparılan sülh danışıqları prosesinin təcavüzkar Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədiyini diqqətə çatdırıb.
Azərbaycanın son illər bir sıra beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran mətbuat katibi qeyd edib ki, oktyabrın 25-də və 26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək.
Leyla Abdullayeva iştirakçıları maraqlandıran sualları cavablandırdıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30