Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatı və təşkilatın Gənclər Birliyi rayon ərazisində yaşayan tənha ahılları ziyarət edib

YAP Tərtər rayon təşkilatı və təşkilatın Gənclər Birliyi rayon ərazisində yaşayan tənha ahılları ziyarət edib

02.10.2019 [09:21]

Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatı və təşkilatın Gənclər Birliyi 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı sosial aksiya keçirib. Aksiya çərçivəsində YAP Tərtər rayon təşkilatının fəalları rayonda yaşayan ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanları ziyarət edib, onlara maddi dəstək göstəriblər.
Aksiyada iştirak edən partiya fəalları bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Qeyd olunub ki, ilin əvvəlindən bəri ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb.
Bildirilib ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər bu qəbildən olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır.
Öz növbəsində ahıllar YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30