Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP İcra Katibliyində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransı keçirib

YAP İcra Katibliyində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransı keçirib

02.10.2019 [09:33]

Tahir Budaqov: Əhalinin siyahıyaalınması zamanı əldə olunacaq məlumatlar ölkəmizin gələcək sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, Dövlət proqramlarının qəbul edilməsi üçün əsas informasiya bazası olacaq
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov mətbuat konfransı keçirib.
Komitə sədri əvvəlcə bildirib ki, 1-10 oktyabr 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına artıq start verilib. T.Budaqovun sözlərinə görə, Prezident İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən və Dövlət Statistika Komitəsinin (DSK) təsdiq etdiyi təqvim planına uyğun olaraq siyahıyaalma ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə və tam başa çatdırılıb.
Ötən il Qəbələ rayonunda sınaq siyahıyaalınması keçirilib
T.Budaqov bildirib ki, bu hazırlıq prosesi çərçivəsində ötən il Qəbələ rayonunda sınaq siyahıyaalınması baş tutub və bu zaman 50-yə yaxın metodoloji sənəd sınaqdan keçirilib. Əldə edilmiş təcrübə əsasında metodoloji və köməkçi sənədlərdə cüzi əlavə və dəyişikliklər edilib, indiki siyahıyaalma da həmin sənədlər əsasında həyata keçirilir.
Komitə sədri qeyd edib ki, siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi məqsədilə xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə 50-yə yaxın digər metodoloji və köməkçi sənədlər hazırlanıb, siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib.
T.Budaqov onu da qeyd edib ki, hazırlıq prosesi dəfələrlə, komissiyanın və Nazirlər Kabinetinin iclaslarında, o cümlədən iki dəfə Baş nazirin iştirakı ilə müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Komitə sədri məlumat verib ki, hazırlıq prosesində təsərrüfatbaşına uçot sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən DSK-ya təqdim edilmiş inzibati ərazi vahidlərinin sxematik xəritələri, yaşayış məntəqələrinin sxematik planları əsasında Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunub, bunun nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onların təlimatlandırılması başa çatdırılıb.
Bildirilib ki, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Dövlət Təhlükəsizlik, Miqrasiya və Sərhəd xidmətlərinin tabeliyində olan rejimli obyektlərdəki şəxslərin, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması məqsədilə metodoloji və digər sənədlər, əyani vəsaitlər, dəftərxana ləvazimatları aidiyyəti dövlət qurumlarına çatdırılıb.
BMT tərəfindən bütün dövlətlərə hər 10 ildən bir siyahıyaalma keçirilməsi tövsiyə olunur
Hazırlıq prosesində təmənnasız yardım göstərən bütün qurumlara minnətdarlığını çatdıran DSK sədri xatırladıb ki, cari ilin aprel ayından başlayaraq siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmiş, videoçarxlar isə aprel ayından başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropoliteninin bütün stansiyalarında, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmaqdadır. Habelə müxtəlif KİV orqanlarında siyahıyaalmaya dair çoxsaylı məqalələr dərc edilib, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyul ayında mətbuatda fərdi jurnalist yazıları ilə bağlı müsabiqə də elan edilib.
T.Budaqov onu da vurğulayıb ki, BMT tərəfindən bütün dövlətlərə hər 10 ildən bir siyahıyaalma keçirilməsi tövsiyə olunur və budəfəki siyahıyaalma da BMT-nin əhalinin mənzil fondunun və sayının siyahıyaalınması raundu əsasında keçirilir: “Raund dedikdə, 2020-ci ildən 1 il əvvəl və bir il sonrakı müddət başa düşülür. Əsas məqsəd isə ölkələrin əldə edəcəyi nəticələr əsasında əhaliyə dair demoqrafik, iqtisadi və sosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi və müəyyən informasiya bazasının yaradılmasıdır”.
İlk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb
Komitə sədri daha sonra əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdiyi dövr ərzində sayca 3-cü (1999-cu il, 2009-cu il və 2019-cu il) olan bu siyahıyaalma zamanı siyahıyaalma və sorğu vərəqələri doldurulmalıdır. Sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb: “Builki siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb. Bu sualların cavabında ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və digər göstəricilərə dair məlumatlar əldə ediləcək”.
T.Budaqov onu da bildirib ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.
Həm mənzil fondu, həm də əhalinin sayı siyahıya alınacaq
Komitə sədri həmçinin qeyd edib ki, BMT-nin tövsiyələrinə əsasən, Azərbaycanda da siyahıyaalınma prosesində həm mənzil fondu, həm də əhalinin sayı siyahıya alınacaq: “Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq”.
T.Budaqov məlumat verib ki, artıq oktyabrın 1-də gecə saat 00:00-dan başlayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların siyahıyaalınma prosesi başlayıb. Səhər saat 8:00-dan isə sayıcılar mənzillərə gedərək siyahıyaalmanı həyata keçirməyə başlayıblar.
10 il ərzində ölkəmizdə əhalinin sayı 1 milyon 84 min 500 nəfər artıb
Komitə sədri həmçinin 2019-cu il 1-10 oktyabr tarixlərində respublikada əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi, yəni əhaliyə dair demoqrafik, iqtisadi və sosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi üçün ilk növbədə bu prosesdə vətəndaşların fəal iştirakının, habelə siyahıyaalma və sorğu vərəqələrindəki sualların düzgün cavablandırılmasının vacibliyini qeyd edib: “Çünki siyahıyaalınma ən mühüm statistika tədbiridir, həmçinin siyahıyaalma zamanı əldə olunacaq məlumatlar ölkəmizin gələcək sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, Dövlət proqramlarının, siyasi qərarların qəbul edilməsi üçün əsas informasiya bazası, informasiya mənbəyi olacaq və bundan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcək”.
T.Budaqov məlumat üçün bildirib ki, sonuncu siyahıyaalınma dövründən keçən 10 il ərzində ölkəmizdə əhalinin sayı 1 milyon 84 min 500 nəfər artıb, eyni zamanda, nikahların sayında da artım dinamikası müşahidə olunur: “Bu da onu göstərir ki, Azərbaycanda demoqrafik mühit müsbətdir. Gənclərin nisbi sayı isə ahılların nisbi sayından yüksəkdir. Əhalinin 6,4 faizini ahıllar təşkil edir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30