A+   Yenilə  A-
Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.
Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, AMEA-da keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə həsr edilən sərgi ilə tanış olublar.
Yığıncağı giriş sözü ilə açan akademik Akif Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 mart tarixli “AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.
Akademik qurumun 1929-cu ildə “Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. O, elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli yanacaq və yağlar alınması məqsədilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. Qeyd edib ki, qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neft-kimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb.
Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edib, işlərində uğurlar arzulayıb.
Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Elmin zirvələrinə aparan 90 illik yol” adlı məruzə ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu olduğunu deyən alim onun direktorunun dahi Yusif Məmmədəliyev olduğunu əlavə edib: “Dünyada tanınmış alim Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir”.
Akademik vurğulayıb ki, yarandığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev, Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov institutun direktorları olublar. Həmin alimlər dünya şöhrətli elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də böyük uğurlar qazanıblar. Natiq institutun şərəfli tarixini yaradanlar sırasında akademiklər İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və başqalarının xüsusi yer tutduğunu əlavə edib.
V.Abbasov institutun fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox uğura imza atıldığını, mühüm elmi nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi “ağ Naftalan yağı”nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatına layiq görülüblər.
Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.
Akademik institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft-Kimya Prosesləri İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin inkişaf yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensialı, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimya sintezi kimi perspektivli istiqamətlər üzrə əldə etdikləri elmi nəticələr böyük istehsalat əhəmiyyəti daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. SOCAR Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirir, institutun maddi-texniki bazasının müasirləşməsini, texniki potensialının zənginləşməsini daim diqqət mərkəzində saxlayır. Neft-Kimya Prosesləri İnstitutu ilə SOCAR-ın Bakı Ali Neft Məktəbinin əməkdaşlığı da uğurludur. Tələbələr institutun laboratoriyalarında tədqiqatlar aparır, nüfuzlu alimlərin kimyadan mühazirələrinə qulaq asır və laboratoriya məşğələləri keçirlər. Bir sözlə, əməkdaşlıq ildən-ilə daha da genişlənir və dərinləşir.
Yubiley tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının elmi təminatına Neft-Kimya Prosesləri İnstitutu böyük töhfələr verir. İnstitut elmin və təhsilin uğurlu inteqrasiyası sahəsində əla təcrübə yaradıb, habelə ali məktəblər və istehsalat üçün yüksəkixtisaslı kadrlar yetişdirib. Hazırda magistratura və doktorantura səviyyəsində bu iş uğurla davam etdirilir.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, institutun alimləri ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasında fəal iştirak edirlər. Məhz onların müəllifliyi ilə 28 dərslik, 52 dərs vəsaiti hazırlanıb. Müstəqillik illərində bütün siniflər üçün kimya dərsliklərinin müəllifləri Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşları olublar. 2003-cü ildən bu elm müəssisəsinin Təhsil İnstitutu ilə birgə çap etdirdiyi “Kimya məktəbdə” elmi jurnalı müəllim və tələbələr üçün faydalı vəsaitə çevrilib.
Mərasimdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.

 
  • Oxunub:  3120  |  
  • Tarix:  03-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA