Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

YAP-ın Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

04.10.2019 [09:32]

Oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə, Elman Məmmədov, Musa Quliyev, Nazirlər Kabinetinin məsul işçisi Ramin Talıbov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar.
Müşavirənin əvvəlində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövləti maraqlardan çıxış etdiyini bildirib.
Yeni Azərbaycan Partiyasının sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Əli Həsənov qarşıda duran məqsədin 27 il əvvəl yaradılan partiyanın şəhər və rayon təşkilatlarının ilk təşkilatlarının fəaliyyətinin daha səmərəli olmasını təmin etmək olduğunu deyib.
Baş Nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğuna toxunaraq, sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. Əli Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin qazandığı nailiyyətlərin geniş təbliği işini fəal şəkildə aparmalı, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası - dünənin, bu günün, gələcəyin partiyasıdır” fikrini xatırladaraq qeyd edib ki, fəaliyyət göstərdiyi 27 il ərzində vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasında müstəsna xidmətləri nəticəsində partiya Azərbaycan dövlətinin müstəqilliyinin qarantına çevrilib. Niyazi Bayramov vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsaslarının təməlində Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü siyasəti dayanır.
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın bu gün qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu bildirib. YAP Gəncə şəhər təşkilatının böyük inkişaf yolu keçdiyini qeyd edən Naqif Həmzəyev bildirib ki, bu gün ətrafında 43 min partiya üzvünü birləşdirən təşkilat qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirir. Sevindirici haldır ki, təşkilatın üzvlərinin 55,4 faizini gənclər, 62,1 faizini isə qadınlar təşkil edir.
Tədbirdə, həmçinin YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov çıxış ediblər.
Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31