Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir

Azərbaycan bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir

08.10.2019 [09:59]

Prezident İlham Əliyev: Düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər
Müasir beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Dünya siyasətində hazırkı mürəkkəb vəziyyəti və gərgin situasiyanı şərtləndirən əsas amillərdən biri beynəlxalq münasibətlər sistemində xaotikliyin dərinləşməsi, beynəlxalq hüququn kifayət qədər təsir qüvvəsinə malik olmaması, subyektiv maraqların və ikili standartların önə çıxmasıdır.
Beynəlxalq hüquq normalarının kobud surətdə pozulması regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır
Ümumiyyətlə, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini və sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin ötən zaman müddətində bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə edilir. Beynəlxalq hüquq normalarının pozulması, yaxud bu normalara əməl edilməməsi adi hala, hətta tendensiyaya çevrilib. Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində konfrantasiyaların artması, münaqişələrin daha da kəskinləşməsi müşahidə olunur. Ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumların isə faktiki davranışlarının elan etdikləri dəyərlər və məqsədlərlə uzlaşmaması arzuolunmaz situasiyanın yaranmasına, neqativ halların meydana çıxmasına səbəb olur. Eyni zamanda, müəyyən mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafeləri qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının dərinləşməsini şərtləndirir. Belə olan halda, xalqlar və milli dövlətlər arasındakı əməkdaşlıq münasibətləri də regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən kifayət qədər səmərəli olmur. Bu cür situasiya isə uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.
Əlbəttə, belə olan şəraitdə beynəlxalq hüquq normalarının üstünlüyü təmin olunmalı, mövcud norma və prinsiplər əsasında işlək mexanizm formalaşdırılmalıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Birinci” televiziya kanalına müsahibəsi zamanı bu məqamlara toxunub. Dövlətimizin başçısı müxbirin “Dünyanın quruluşu, Şərqdən baxış. Şərqdən baxdıqda, dünya hansı prinsiplər əsasında qurulmalıdır?” sualına cavabında “Fikrimcə, biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur”, - deyə bildirib.
Ermənistan işğalçı siyasətini davam etdirir, beynəlxalq hüquq normalarına məhəl qoymur
Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təcavüz faktının nəticələri bu gün də aradan qaldırılmayıb, yəni 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Yəni Ermənistan tərəfi sülh danışıqlarını pozmaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir.
Bütün bu neqativ hallar, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə də ciddi təhdidlər yaradır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada təhlükəsizlikdən bəhs etməyə dəyməz, çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə sülh, sabitlik və təhlükəsizliyi təmin etmək mümkün deyil. Bu baxımdan zərurətdir ki, BMT başda olmaqla, öz fəaliyyətində sülh və sabitlik amilini, beynəlxalq hüquq normalarını fundamental prinsip kimi qəbul etdiyi deyilən aparıcı təşkilatlar münaqişənin ədalətli həlli istiqamətində effektiv fəaliyyət mexanizmi formalaşdırsınlar, işğalçı dövlətə qarşı konkret tədbirlər görsünlər, islahedici metodlardan istifadə etsinlər. Eyni zamanda, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da bu istiqamətdə hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır.
Bütövlükdə reallıq budur ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır. Yeri gəlmişkən, dövlətimizin başçısı bəhs olunan müsahibəsində qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. “BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30