Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 83A” ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib

YAP Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 83A” ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib

09.10.2019 [09:30]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 83A” ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Geologiya və Geofizika İdarəsinin sədri Elçin Şirinov və partiya fəalları iştirak ediblər.
Tədbiri Geologiya və Geofizika İdarəsinin sədri Elçin Şirinov açaraq görüşün məqsədi barədə məlumat verib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O, bildirib ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və Azərbaycanın dünya dövlətləri arasında nüfuzu durmadan artır. Təmraz Tağıyev müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğunu deyib. T.Tağıyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir və Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır, onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, bu gün partiyamız ətrafında 750 minə yaxın insan birləşib və bu, böyük göstəricidir. V.Rəhimzadə YAP-ın Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıb.
Tədbirdə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələr verilib.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31