Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pamukkale Universitetində Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında danışılıb

Pamukkale Universitetində Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında danışılıb

11.10.2019 [17:51]

Oktyabrın 10-da Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində Ermənistanın işğalçılıq siyasətindən bəhs edən beynəlxalq simpozium keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi, Dənizli Böyükşəhər Bələdiyyəsi, Pamukkale Universiteti, «Türk Ocaqları» Dənizli Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dənizli Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Ali Dəgirmənçi, baş katibin müavini Mustafa Gökoğlan, Azərbaycandan, həmçinin Türkiyənin digər şəhərlərindən olan qonaqlar, universitetin müəllim və tələbələri iştirak ediblər. 

Saat 10:00-da Universitetin Fən-Ədəbiyyat Fakültəsinin İ.Çetişli konfrans salonunda başlayan və iki hissədən ibarət olan tədbirin birinci hissəsi Pamukkale Universitetinin Fən-Ədəbiyyat Fakültəsinin müəllimi Prof.Dr. Turqut Tokun rəhbərliyi, ikinci hissəsi isə yenə həmin universitetin müəllimi, Prof.Dr. Ercan Haytoğlunun rəhbərliyi ilə keçib. "Ermənistanın işğal siyasəti: regional və beynəlxalq təhlükəsizlik problemləri" adlı tədbirdə Pamukkale Universitetinin müəllimi, Prof.Dr. Mithat Aydın, Ekoavrasya Vəqfinin genel başqanı Hikmət Eren, Mərmərə Universitetindən Prof.Dr. Okan Yeşilot, Süleyman Dəmirəl Universitetindən Prof.Dr. Timuçin Kodaman, Girəsun Universitetindən Doç.Dr. Yalçın Sarıkaya, Burdur M.Akif Ərsoy Universitetindən Dr. Əsmə Özdaşlı, Düzcə Universitetindən Dr. Gökmen Kılıçoğlu, eyni zamanda, Azərbaycandan Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Quliyev, Dövlət İqtisad Universitetindən Doç.Dr. Solmaz Gözəlova və Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Hatəm Cabbarlı çıxış ediblər. Çıxışçılar Ermənistanın işğalçılıq siyasətinin regiona və dünya üçün yaratdığı təhlükə, həmçinin Xocalı soyqırımı barədə danışıblar.
Məlumat üçün bildirək ki, edən beynəlxalq simpoziumun iştirakçıları həmin gün Dənizlidəki Xocalı Soyqırımı abidəsi önünə tər qərənfillər düzüblər. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin oxunmasından sonra Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyinin müəllimi Sədat Sərdaroğlu, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Hatəm Cabbarlı və başqaları bu faciə, həmçinin Ermənistanın işğalçılıq siyasətindən bəhs edən çıxış ediblər.

Paylaş:
Baxılıb: 314 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30