Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib

Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib

17.10.2019 [09:56]

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Misirdə yaşayan azərbaycanlı ailələr, bu ölkənin nüfuzlu universitetlərində təhsil alan tələbələr iştirak ediblər.
Təşkilatlar Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək Dövlət Müstəqilliyi Gününün tarixindən, Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, ölkəmizdəki multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən danışıb. Müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycanda əsrlərboyu milli-mədəni müxtəliflik mühitinin formalaşdığını diqqətə çatdırıb.
Azərbaycan həqiqətlərindən danışan S.Nəsirov Xocalıda törədilən soyqırımından geniş söhbət açıb, faciənin dünyanın bir çox ölkələri tərəfindən tanındığını qeyd edib.
Sonra çıxış edən Helvan Universitetinin müəllimi Usəmə Əbdurrəhman Azərbaycan ilə Misirin qardaş ölkələr olduğunu və bu qardaşlığın gündən-günə daha da möhkəmləndiyini vurğulayıb.
Daha sonra Diaspor Təşkilatları Birliyi tərəfindən Müstəqillik Günü münasibətilə Misirin mötəbər əl-Əzhər, Qahirə, Aynu Şəms, İsgəndəriyyə və Mansura universitetlərinin tələbələri arasında “Azərbaycan tarixi və onun dahi şəxsiyyətləri” mövzusunda təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara diplomlar təqdim olunub.
Tədbir diaspor mərkəzində Azərbaycan dilini öyrənən tələbələrin ana dilimizdə çıxışları ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31