Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclasında Naxçıvanla bağlı təqdimat olub

Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclasında Naxçıvanla bağlı təqdimat olub

18.10.2019 [09:52]

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında Naxçıvan Muxtar Respublikası da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, iclasda hər iki ölkədən Komitənin həmsədrləri, səfirlər, diplomatlar, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi, eləcə də qardaşlaşmış şəhərlərin mer və mer müavinləri iştirak ediblər. İclasda yeni qardaşlaşacaq şəhərlərdən söz açılıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan haqqında ətraflı məlumat verərək, onun Nuhun vətəni, bəşəriyyətin beşiyi olduğunu bildirib. Naxçıvanın tarixindən, coğrafiyasından danışaraq, onun antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngin olduğunu diqqətə çatdırıb. Bildirib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilibdir. Müasir infrastruktur yaradılıb. Həmçinin Naxçıvanın geniş turizm potensialına toxunularaq, rəngarəng landşaftın, fauna və florasının, mineral bulaqların, müalicə mərkəzlərinin, qədim tarixin, mədəniyyət və təbiət abidələrinin, mövcud sabitliyin, ekoloji cəhətdən təmiz qida məhsullarının turizmin bir çox növünün inkişafına zəmin yaratdığı vurğulanıb. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturlar - Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları, eləcə də təktanrıçılıq abidəsi olan Əshabi-Kəhfin hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turist cəlb edir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıqdan söz açan daimi nümayəndə Fransada keçirilmiş bir sıra beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətlərinin də iştirak etdiyini vurğulayıb.
Qeyd olunub ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmin il Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Eyni zamanda, 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları muxtar respublikada səfərdə olmuşlar. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıq vardır. 2006-cı ildən muxtar respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib. Hazırda Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, muxtar respublikanın 50-yə yaxın orta məktəbində isə Fransız dili fənni tədris olunur. Hər il Naxçıvan Dövlət Universitetində Fransız dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Frankafoniya günləri” keçirilir.
Bəxtiyar Əsgərov qeyd edib ki, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgi Bakı və Lyon şəhərlərində keçirilib, sərgidə Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub. Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında imzalanması nəzərdə tutulan Dostluq və Əməkdaşlıq Xartiyasını əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirən Bəxtiyar Əsgərov fransız tərəfini Naxçıvana dəvət edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov həmin tədbir çərçivəsində Fransanın Möntrö-Fot-Yon şəhərinin meri Ceyms Şeron ilə də görüşüb. Ceyms Şeron Bəxtiyar Əsgərovu Möntrö-Fot-Yon şəhərinə dəvət edib. Oktyabrın 18-də həmin şəhərdə ikitərəfli görüş keçiriləcək.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30