A+   Yenilə  A-
Siyavuş Novruzov: Qanunsuz aksiyalar keçirməkdə əsas məqsəd ictimai-siyasi sabitliyi pozmaq, islahatlara maneçilik törətməkdir

“Azərbaycanda qanunsuz aksiyaları keçirməkdə əsas məqsəd ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətməkdir”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsi, ölkədə sabitliyin, əmin-amanlığın olması müxalifəti, o cümlədən Ermənistanı və onlara havadarlıq edən dövlətləri narahat edir: “Onlar da bunları qızışdırıb ortaya salmaqla Azərbaycanın müsbət imici üzərinə kölgə salmaq istəyirlər. Paralelliyə baxın, ABŞ Konqresinin Nümayəndələr Palatasında eyni zamanda “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olundu. Yəni, bunların hamısı bir mərkəzdən idarə olunur və həmin mərkəzin tapşırıqlarına xidmət göstərilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür və bu separatçılara, millətini satanlara heç bir dəstək verilmir”.
S.Novruzov xatırladıb ki, bir neçə gün öncə Bakıda 120 dövlətin iştirakı ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib: “Qeyd edim ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Amma hesab edirəm ki, bir neçə dövlət var ki, Azərbaycana qarşı öz mövqeyini ortaya qoya bilmir. Radikal müxalifət də onların əli ilə bu cür addımlar atır. Hesab edirəm ki, radikal müxalifət bu cür addımları ilə beynəlxalq dəstək qazana bilmir”.
S.Novruzov qeyd edib ki, Azərbaycan gəncləri də radikal müxalifətin heç bir addımını dəstəkləmir: “Onlar məcburi köçkünlərdən, gənclərdən, son vaxtlar isə qadınlardan istifadə etməyə çalışırlar, 1990-cı illərin təfəkküründən istifadə etməyə cəhd göstərirlər. İstəyirlər ki, qadınları qabağa verərək arxasında gizlənsinlər. Bu, faktiki görünən məsələdir. “28 May” metrosunun qarşısında Dağlıq Qarabağ verilmir. Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda, BMT, ATƏT-də və ya cəbhədə həll olunur”.
Komitə sədri qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin Azərbaycan xalqının adından danışmağa mənəvi və hüquqi haqqının olmadığını deyib: “Onlar Azərbaycan xalqını təmsil etmirlər, sadəcə, Milli Şura adlanan bir dərnəyin təmsilçiləridir. Ora isə digər partiyaların tör-töküntüləri yığışıb. Onlara öz partiyalarında və ya digər partiyalarda yer verməyiblər. İçərisində hətta elələri var ki, 10 partiya dəyişib. Onlar özlərindən başqa heç kəsi təmsil etmirlər. Hesab edirəm ki, onların xalqın adından danışmağa heç bir hüququ yoxdur”.
S.Novruzov bildirib ki, ölkədə gedən genişmiqyaslı kadr, sosial-iqtisadi və s. islahatlar fonunda müxalif qüvvələrin islahat tələbləri ilə ardıcıl icazəsiz aksiyalar keçirməsi məntiqsizlikdir: “Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən il seçkilərdə qələbə qazandıqdan sonra ilk olaraq şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərman imzaladı. Bu ilin əvvəlində isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Həmçinin Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər, fərdi evlər inşa edilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, bu il ərzində minimum pensiya və əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlər var. Yeni iş yerləri, sənaye müəssisələri açılır. Bu gün Azərbaycanda hərtərəfli inkişaf var. Təbii ki, bu da bizi istəməyən qüvvələri narahat edir. Bu baxımdan da onlar indiyə qədər hansı məsələləri qaldırıb, bəlli deyil. Azərbaycan dövlətinin proqramı var və bütün işlər ona əsasən həyata keçirilir”.
YAP İcra katibinin müavini qeyd edib ki, müxalifət siyasi həyatdan tam kənardır: “Siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək, kadrların hazırlanması, alternativ layihələrin təqdim olunmasıdır. Bu gün onlar iqtisadiyyata, siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair bir layihə hazırlayıb ortaya qoyublarmı? Xeyr. Onların əsaslandırılmamış sözdən başqa heç nəyi yoxdur. Ortaya heç nə qoya bilmirlər. Artıq sürücülərini, cangüdənlərini partiyanın rəhbər strukturlarına seçirlər ki, bunları dəstəkləsinlər. Çünki hamı bunlara görə partiyanın sıralarını tərk edib. Bu il ölkəmizdə bələdiyyə seçkiləri də keçiriləcək. Onların heç biri bu seçkilərdə iştirak etməyəcək. Çünki onların namizədləri və elektoratları yoxdur. Hamısı artıq tarixin qaranlıq arxivindədirlər. Hesab edirəm ki, Azərbaycanda yeni müxalifətə ehtiyac var. Ölkədə olan müxalifət partiyalarında da islahatlar olmalıdır”.

 
  • Oxunub:  4650  |  
  • Tarix:  01-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 11:37
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib
20 Noyabr 11:29
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb
20 Noyabr 11:15
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib
20 Noyabr 11:13
Şəkidə Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası çöl tədqiqatları aparıb
20 Noyabr 11:09
“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazıb
20 Noyabr 11:03
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb
20 Noyabr 10:59
Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib
20 Noyabr 10:54
Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb
20 Noyabr 10:41
Bakı Fotoqrafiya Evində “Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
20 Noyabr 10:37
Milli Məclisin komitələrinin birgə iclasında 2020-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir
20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
20 Noyabr 10:00
Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
20 Noyabr 09:55
Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir
20 Noyabr 09:51
Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir
20 Noyabr 09:50
Tur-aksiyanın ikinci günü məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət ediblər
20 Noyabr 09:48
X sinif şagirdi: Hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var
20 Noyabr 09:45
Zərdab məktəblisi: Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq
20 Noyabr 09:44
Azercell-in Rominqi millər qazandırır!
20 Noyabr 09:40
Regionlarda pambıq yığımı başa çatmaq üzrədir
19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9