A+   Yenilə  A-
Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib

İnam Kərimov: Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Azərbaycan böyük əkinçilik ənənələrinə malik ölkələrdən biridir: “Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, aqrar sektorda da ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub”.
Kənd Təsərrüfatı nazirinin sözlərinə görə, hazırda ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. Məhz həyata keçirilən tədbirlər nəticəsində təkcə bu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sahənin ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Bu nəticələrə dövlətin yürütdüyü uğurlu aqrar siyasət və fermerlərə göstərilən xüsusi diqqət sayəsində nail olmuşuq”.
Nazir aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Ötən gün dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 32 nəfəri fəxri ad, orden və medallarla təltif etdiyini xatırladan İnam Kərimov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov yığıncaq iştirakçılarına dövlət başçısının salam və təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən, hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür: “Prezident İlham Əliyev tərəfindən 2007-ci ildən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi və bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu dövr ərzində səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə ediblər. Bu mövsümdə istər taxıl yığımı, istərsə də pambıq yığımında əldə edilən nəticələr uğurlu fəaliyyətin göstəriciləridir. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi uğurlara imza atıb. Bu, dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bir qayda olaraq Kənd Təsərrüfatı Nazirliyinin bütün təşəbbüsləri hər zaman dəstəklənib. Bu təşəbbüslər nazirliyin potensialının gücləndirilməsinə xidmət edir. Bu illər ərzində ən əsası Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialının gücləndirilməsi istiqamətində işlər görülüb və fəaliyyət üçün konkret prinsplər müəyyənləşdirilib. Hesab edirik ki, 3 əsas prinsip - kəndli və fermerlərə yaxınlıq, səmərəli və şəffaf idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinin əsasında göstərilən fəaliyyət nəticəsində qarşıdakı dövr ərzində daha ciddi nəticələr əldə olunacaq”.
Daha sonra Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncamı oxuyub, təltif olunan şəxsləri təbrik edib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə çıxışında bildirib ki, son illər ərzində kənd təsərrüfatı sahəsi dinamik inkişaf edib: “Kənd təsərrüfatı sahəsi artıq elmi cəhətdən idarə olunur. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz çoxdur. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib, aqrar sahənin ixrac potensialı yüksəlib”.
Aqrar sahənin qanunvericilik bazasının daha da təkmilləşdirildiyini deyən E.İbrahimov Milli Məclisin adından kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Prezidentin imzaladığı Sərəncamla təltif olunan Rəcəb Orucov, Elman Qasımov və Maarif Hüseynov verdiyi dəyərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncağın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilir ki, Prezidentin imzaladığı son fərman və sərəncamlar, eyni zamanda, aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edib, köklü dəyişikliklər baş verib və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir. İştirakçılar göstərdiyi diqqət və qayğıya görə, aqrar sahənin işçiləri, fermer və sahibkarlar adından dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA