A+   Yenilə  A-
Bələdiyyələr regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, bildiyimiz kimi Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaradılmasından 20 il ötür. Sizcə, ötən dövr ərzində bu təsisat cəmiyyətimizdə özünü lazımi səviyyədə təsdiq edə bilibmi?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə planlı, düşünülmüş və mütəşəkkil formada regional siyasətin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmiş, demokratik proseslərə güclü təkan vermiş, o cümlədən vətəndaşlarımızın yerli səviyyədə idarəetmədə, həmin səviyyədə qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etməsi üçün əlverişli şərait yaratmışdır.
Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.
Ötən dövr ərzində bir çox bələdiyyə yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplamış, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası digər mühüm əhəmiyyətli məsələlərlə yanaşı, bələdiyyələrin yaradılması və statusunu ayrıca olaraq təsbit etmişdir. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.
Zənnimcə, bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutmuş, bir çox ərazilərdə yerli əhalinin nüfuzunu qazana bilmişdir. Lakin ölkəmizin sürətli inkişafı, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bələdiyyələrimizin də fəaliyyətinin bu inkişafa və islahatlara uyğun gücləndirilməsini, əhatə etdikləri ərazilərdə yaşayan vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsini və ümumilikdə, vətəndaşlara daha da yaxın olmasını zəruri edir.
- Bu gün Azərbaycan Respublikasının regionları sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu prosesdə bələdiyyələr nə dərəcədə rol oynayır?
- Qeyd etdiyim kimi, cənab Prezident tərəfindən regional siyasət planlı, düşünülmüş və mütəşəkkil qaydada həyata keçirilir, bölgələrimiz ölkə başçısının təsdiq etdiyi Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində inkişaf edir, regionlarda yaşayan əhalimiz bundan faydalanır. Bələdiyyələr də regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayır, əhatə etdikləri ərazilərin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafına töhfə vermək və əhalinin rifahını yüksəltmək imkanlarına malikdirlər.
Eyni zamanda, bələdiyyələrin regionların inkişafında olan rolunun bir təzahürü də cənab Prezidentin bu il yanvarın 29-da təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrasında bələdiyyələrin iştirakıdır. Belə ki, qeyd edilən tədbirlər planına əsasən Proqramın əhatə etdiyi müddət ərzində bələdiyyələr turist cəlb edilməsi baxımından yüksək dəyərə malik olan prioritet turizm nümayiş obyektlərinin inkişaf etdirilməsində, sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işlərinin təşkilində, avtomobil yollarının, eləcə də qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və yenidən qurulmasında, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında və abadlıq-quruculuq işlərinin davam etdirilməsində yaxından iştirak edəcəklər.
Bununla yanaşı, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid olan Dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yarada, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil edə, şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.
- Bələdiyyələr özlərinin müəssisə və xidmət sahələrini yaratmaqla da maliyyə imkanlarını artıra bilərlər. Yerli özünüidarəetmə orqanlarının belə təşəbbüslərinə rast gəlinirmi?
- Ölkə qanunvericiliyinə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ vardır. Həmin müəssisələrdən bələdiyyələr mənfəət vergisi yığır, bunun hesabına yerli büdcəyə vəsait daxil olur, bələdiyyələrin maliyyə imkanları və iqtisadi potensialı artır. Ötən dövr ərzində ölkəmizdə 40-dan çox bələdiyyə müəssisəsi fəaliyyət göstərirdi, onların sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı fəaliyyəti və s. var idi.
Hazırda bu istiqamətdə bələdiyyələr fəallıq göstərməyə başlayıb, az da olsa yeni bələdiyyə müəssisələri və xidmət sahələri, məsələn, dizayn və təmir-tikinti, balıqçılıq, mineral su istehsalı və s. müəssisələr yaradıblar.
Azərbaycan dövləti bələdiyyə müəssisələrinin yaradılmasında da öz dəstəyini göstərir, bələdiyyələrə əməli dəstək və köməklik göstərir, zəruri tədbirlər görür. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən bələdiyyələrə ayrılan dotasiyalarla yanaşı, dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması və həmin vəsait növünün dövlət büdcəsində ayrıca sətirlə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd edim ki, subvensiya dedikdə, məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti nəzərdə tutulur.
Bu dəyişikliyin nəticəsində Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsindən bələdiyyələrə 1 milyon manat məbləğində subvensiyalar ayrılmış və yerli büdcələrə gəlir gətirə bilən real layihələrin, məsələn, bələdiyyə bazarının tikintisinin, xeyir-şər evinin təmir olunmasının, nümunəvi məhəllənin salınmasının, istirahət parkının və daxilində ictimai iaşə və digər təyinatlı obyektlərin qurulmasının maliyyələşdirilməsi üçün müvafiq bələdiyyələrə istiqamətləndirilmişdir.
Artıq 2020-ci il üçün dövlət büdcəsində də bələdiyyələrə subvensiyaların ayrılması, ayrılan subvensiyaların məbləğinin artırılması nəzərdə tutulur.
Bütövlükdə hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq üçün imkanlarla yanaşı, əlverişli şərait də mövcuddur və bu fəaliyyət nəticədə həm bələdiyyə büdcələrinin doldurulmasına, onların iqtisadi potensialının gücləndirilməsinə, həm də əhatə etdikləri ərazilərdə yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun təmin edilməsinə, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
- Bələdiyyələrlə bağlı qanunvericilik hansı səviyyədədir? Bu sahədə qanunlara yeni dəyişikliklər gözlənilirmi?
- Bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün zəruri olan şərtlərdən biri də qanunvericilik bazasının formalaşdırılması və onun zamanın tələbinə uyğun təkmilləşdirilməsidir. Qeyd edim ki, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün təkmil və sanballı normativ-hüquqi baza yaradılmışdır. 1999-cu ildən keçən müddət ərzində bələdiyyələrin fəaliyyətinə dair 20-yə yaxın qanun qəbul olunub, mövcud qanunlara yüzlərlə dəyişikliklər edilib. Belə ki, bələdiyyə fəaliyyətini tənzimləyən əsas qanunlar sırasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyə qulluğu haqqında” və digər qanunları qeyd etmək olar. Qəbul olunmuş qanunlarda yerli özünüidarəetmənin çox mühüm məsələləri - yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. məsələlər öz əksini tapmışdır.
Eyni zamanda, ölkəmiz yerli özünüidarəetmə ilə bağlı hüquqi münasibətləri tənzimləyən bir sıra beynəlxalq sənədlərə qoşulmuş, o cümlədən Avropa məkanında bələdiyyələr üçün başlıca beynəlxalq normativ-hüquqi akt hesab edilən “Yerliözünüidarə haqqında” Avropa Xartiyası Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 avqust 2002-ci il tarixində ölkəmizə münasibətdə qüvvəyə minmişdir.
Qəbul olunmuş qanunlara zərurət yarandıqca dəyişikliklər edilir. Hal-hazırda da qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir. Məlumat üçün bildirim ki, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin Regional məsələlər komitəsində Milli Məclisin deputatlarından, Ədliyyə Nazirliyinin, bələdiyyələrin milli assosiasiyalarının nümayəndələrindən, bələdiyyə sədrləri və üzvlərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupun bir neçə iclası keçirilmiş, bədəliyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına, şəffaflığın yüksəlməsinə, onların maliyyə və iqtisadi potensialının gücləndirilməsinə xidmət edən bir sıra qanun layihələri hazırlanmış, komitənin iclaslarında müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunmuş və nəticədə Milli Məclis tərəfindən qəbul olunmuşdur. Güman edirəm ki, yaxın zamanlarda yeni qanun layihələrinin hazırlanmasının və qəbul olunmasının şahidi olacağıq.
- Kamran müəllim, dekabr ayında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Artıq seçki kampaniyasına start verilib. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?
- Bələdiyyələrin səmərəli fəaliyyətinin digər bir şərti isə onların seçkili olmasıdır. Yerli özünüidarəetmə orqanlarının dövlət qurumlarından fərqi məhz seçkili olmaları ilə əlaqədardır. Ölkəmizdə bu günə qədər dörd bələdiyyə seçkiləri keçirilib. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmamışdır. Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq, görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmamışlar.
Lakin 2009-cu ildə keçirilən seçkilərin nəticələri göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçildi, onların arasında ali təhsillilərin, gənclərin, qadınların sayı artmışdı. Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində göstəricilər daha da yüksək oldu. 2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,9 faiz olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artmış, onların 38,9 faizi seçkilərdə iştirak etmiş, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstərmişdir. 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötmüşdür. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdur. O zaman 1607 bələdiyyəmiz və 15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi. 2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni zamanda, qadınlar sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz, seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar. Bu ilin dekabr ayına təyin edilmiş sayca beşinci bələdiyyə seçkiləri, zənnimcə, yuxarıda qeyd etdiyim göstəriciləri daha da üstələyəcək və insanlarımızın bələdiyyə orqanlarına diqqətinin və marağının daha çox artdığını göstərəcəkdir.

 
  • Oxunub:  4470  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA