A+   Yenilə  A-
MÜXALİFƏTİN NÖVBƏTİ SİYASİ FİASKOSU

Şəmsəddin Hacıyev,
MM-in deputatı, YAP Səbail rayon
təşkilatının sədri, professor

 

2018-ci ildən başlayaraq Azərbaycan yeni inkişaf mərhələsinə - əsaslı keyfiyyət dəyişiklikləri, sistemli islahatlar dövrünə qədəm qoymuşdur. Postneft dövrünün yeni iqtisadiyyatının qurulması və iqtisadiyyatın şaxələndirilməsi, idarəetmədə rəqəmsallaşmanın, şəffaflığın yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində effektiv sosial islahatlar paketinin reallaşdırılması, institusional islahatların dərinləşdirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi və kadr islahatlarının həyata keçirilməsi məhz bu dövrün əsas səciyyəvi cəhətləridir. Müstəqilliyimizin xüsusilə son 16 ilində Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində geniş islahatlar həyata keçirilmiş, bütün fundamental azadlıqlar, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı tam təmin edilmiş, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli şərait formalaşdırılmışdır. Hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, 5 mindən çox kütləvi informasiya vasitəsi, 20 mindən çox internet saytı qeydiyyata alınmış, əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Bir sözlə, ölkəmizdə hər bir vətəndaşın öz sözünü və fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün, hətta dünyanın əksər ölkələrinə nümunə ola biləcək səviyyədə bütün şərait mövcuddur. Belə olan təqdirdə, özünü “Millli şura” adlandıran müxalifət qüvvələrinin icazəsiz mitinqlər keçirmək niyyətləri və cəhdləri heç bir sağlam düşüncəyə sığmır. Dəfələrlə bu destruktiv müxaliflərin mitinq keçirmələrinə razılıq verilməsinə baxmayaraq, onlar müəyyən bəhanələrlə, əslində isə kifayət qədər ictimai dəstək, tərəfdar toplaya biləcək gücdə olmadıqlarından həm imtina edirlər, həm də şəhərin mərkəzi küçə və meydanlarında, nəqliyyatın və əhalinin gediş-gəlişinin intensiv olduğu yerlərdə, hətta metronun xüsusi mühafizə zonalarında yerləşən məkanlarda icazəsiz mitinqlər, yürüşlər keçirməyə və beləliklə, ictimai asayişi kobud şəkildə pozmağa cəhd göstərirlər. Yenə də növbəti icazəsiz mitinqə hazırlaşan radikalların bu cür canfəşanlıqlarının nədən qaynaqlandığı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır.
Çox sadə və haqlı sualdır, özlərini müxalifət adlandıran bu radikal qüvvələrin məqsədi nədir? Cavab isə aydındır: ölkədə gedən pozitiv işlərə kölgə salmaq, ictimai-siyasi sabitliyi, asayişi və əmin-amanlığı pozmaq, vətəndaş-polis qarşıdurması yaratmaq, qəsdən özlərinə xəsarət yetirmək və ya polisi buna təhrik edərək sanki hakimiyyət tərəfindən onlara qarşı zor tətbiq edilirmiş kimi görüntülər yaratmaq, bununla da Azərbaycanın gündən-günə yüksəlməkdə olan beynəlxalq imicinə və nüfuzuna xələl gətirmək, ölkəmizdə guya demokratiyanın, insan haqları və azadlıqlarının pozulduğu haqqında xarici mətbuatda, xüsusilə sosial şəbəkələrdə, internet TV kanallarında səsləndirdikləri əsassız, sərsəm, şər-böhtan və qarayaxmalarla dolu bəyanatlarını sübut etməyə çalışmaq, ən başlıcası isə maliyyələşdirildikləri mənfur, Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizi xaos, anarxiya, vətəndaş qarşıdurması və itaətsizliyi ocağına çevirmək arzusunda olan xarici dairələrin məmnunluğunu qazanmaqdır.
Başqa bir sual da yaranır, əslində normal və sağlam müxalifətin başlıca məqsədi nədən ibarət olmalıdır? Demokratik cəmiyyətlərdə bu sualın yeganə bir cavabı var: vətəndaşların etimadını, rəğbətini qazanaraq seçkilərdə üstünlük əldə etməklə sivil və demokratik yolla hakimiyyətə gəlmək. Bu baxımdan, müxalifətin məhz seçki ərəfəsində fəallığının daha da artması başadüşüləndir və qanunlarımız da nəinki buna mane olmur, hətta geniş imkanlar yaradır. Ölkəmizdə bir sıra müxalifət partiyaları mövcuddur ki, onlar yaradılmış bu imkanlardan və demokratik mühitdən yararlanaraq öz sağlam siyasi mübarizəsini davam etdirirlər. Misal olaraq göstərmək olar ki, bu gün Milli Məclisdə rəsmi qeydiyyatdan keçmiş on iki partiyanın nümayəndələri təmsil olunur və seçilmiş deputatların 41%-ə qədəri bitərəf və qeyri-iqtidar partiyasının üzvləridir. Bütün bunlara rəğmən, məlum dağıdıcı müxalifət qüvvələri hər dəfə seçkiöncəsi proseslərdə xoşagəlməz, qanunazidd və iyrənc hərəkətləri ilə yadda qalır, həlledici məqamda - seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır, hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar, hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər. Budəfəki cəhdləri ilə onların hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da, gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər.
Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsində olmasına baxmayaraq, dırnaqarası müxalifətçilər hələ də anlamırlar ki, bu Prezident və ya parlament seçkiləri deyil, bir kəlmə də olsun bələdiyyə seçkilərindən danışmırlar, namizədlərini irəli sürmürlər, bütün seçkilərdə olduğu kimi, konstruktiv platforma ilə deyil, özlərinə xas eyni şablon şüarlarla, əsassız və cəfəng fikirlərlə çıxış edirlər. Lakin dərk etmirlər ki, nə bugünkü müstəqil, azad, demokratik və qüdrətli Azərbaycan dövləti doxsanıncı illərin Azərbaycanıdır, nə də o illərdə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi-”Müsavat” cütlüyünün səriştəsiz, rüsvayçı və xəyanətkar fəaliyyəti nəticəsində böyük bəlalara və vətəndaş qarşıdurmalarına düçar olmuş xalqımız həmin xalqdır. Azərbaycan xalqı müdrik xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir.
Başqa bir sual, görəsən, bələdiyyə seçkilərində maraqlı olmayan dağıdıcı müxalifət son dövrdə niyə belə “fəallaşıb”, hər həftə piket, mitinq adı ilə ölkəmizdə ictimai-siyasi sabitliyi və asayişi pozmaq üçün dəridən-qabıqdan çıxır? Cavab yenə də çox sadə və necə deyərlər, gün kimi aydındır. Azərbaycan son 16 ildə möhtəşəm uğurlara imza atıb, dinamik, dayanıqlı və davamlı surətdə inkişaf edir, müstəqil xarici siyasət yürüdür, iqtisadiyyatı yüksək artım templəri ilə böyüyür, şaxələnir, gündən-günə neftdən asılılığını azaldır, ÜDM-də qeyri-neft sektorunun payını ilbəil yüksəldir, xarici borc göstəricilərinə görə dünya ölkələri arasında ən əlverişli mövqelərdə yer alır, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılmasına nail olub, dünyanın çox güclü ordularından birinə sahibdir, əhalinin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb, xüsusilə cari ilin əvvəlindən başlayaraq iki mərhələdə inqilabi sosial islahatlar paketinin reallaşdırılması nəticəsində 4,2 milyondan çox əhalinin rifahı yüksəlib, bu məqsədlə hər il 3,9 milyard manatdan çox əlavə vəsait nəzərdə tutulub və bütün bunların ardıcıl olaraq davam etdirilməsi üçün real zəminlər formalaşdırılmışdır. Ölkə başçısının güclü siyasi iradəsi və apardığı cəsarətli, müstəqil, praqmatik siyasəti sayəsində qısa müddətdə ictimai həyatımızın istisnasız olaraq bütün sahələrində əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə yüksəldir, beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə irəlilədir, dünyada və regionda söz sahibinə çevirir, beynəlxalq təşkilatlarda ölkəmizin maraq və mövqeyinə olan dəstəyi getdikcə artırır. Şübhəsizdir ki, bütün bunlar həm bizim təbii düşmənlərimizi, həm də onları dəstəkləyən bəzi bəlli qüvvələri narahat edir, buna görə də onlar hər vasitə ilə ölkəmizin güclənməsinin və qüdrətlənməsinin qarşısını almağa, pozitiv işlərə kölgə salmağa çalışırlar. Belə vasitələrdən biri də iradəsiz, əqidəsiz, xəyanətkar, şəxsi maraqlarını milli maraqlardan üstün tutan daxili “qüvvələri” ələ almaq və onlardan oyuncaq kimi istifadə etməklə öz çirkin niyyətlərinə nail olmaqdır. Məsələyə yalnız bu prizmadan yanaşdıqda, bilərəkdən və ya bilməyərəkdən fəaliyyətlərində xarici qüvvələrin tapşırıqlarını rəhbər tutan radikal müxalifətin dağıdıcı hərəkətlərinin əsas motivlərini başa düşmək o qədər də çətin deyildir.
Bu məntiqi yanaşma, eyni zamanda son iki ay ərzində ölkəmizdəki radikalların daha çox “fəallaşma”sının digər səbəblərini də üzə çıxarır. Məlum olduğu kimi, cənab Prezident Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, bundan iki ay öncə Paşinyanın Xankəndində dediyi “Qarabağ Ermənistandır və nöqtə” sərsəm ifadəsinə tutarlı cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi”, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, “erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir”, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə “dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” kimi ən ali tribunalardan səsləndirdiyi çağırışları ilə diplomatiya tariximizdə müdafiə taktikasından hücum taktikasına keçidin parlaq təzahürü olaraq Paşinyanı sözün əsl mənasında siyasi “nokaut” vəziyyətinə saldı və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsində prinsipial mövqeyindən heç bir zaman geri çəkilməyəcəyini, Ermənistanın faşizmi dəstəkləyən neofaşist və dinimizə qarşı vandallıq edən islamofob xislətini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.
Bir neçə gün əvvəl isə Bakı növbəti qlobal miqyaslı bir tədbirə - 120 dövlətin üzv, 17 dövlət və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu və BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısına ev sahibliyi etdi. Ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmək üçün olduqca geniş təsirlərə malik olan bu mötəbər qlobal platformada cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğalçılıq siyasətini, ölkəmizə qarşı törədiyi soyqırımı və hərbi cinayətləri, işğal etdiyi ərazilərdə talançı və qanunsuz iqtisadi fəaliyyətləri haqqında məsələlərə geniş yer ayıraraq bir daha Ermənistanın dünyada sülhə, tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əngəl olan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz və saymazlıqla yanaşan dövlət kimi həqiqi simasını üzə çıxardı. Bütün bu hadisələrin fonunda nə edəcəyini bilməyən Ermənistan rəhbərliyi hələ də təşviş və qorxu içərisindədir və Paşinyanın təcili olaraq Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmasını da məhz bu təşvişin əlamətlərindən hesab etmək olar. Çünki işğalçı Ermənistanın rəhbərliyi artıq dərk edir ki, Azərbaycan müharibə qərarı qəbul etsə, çox qısa müddətdə nəinki işğal altında olan əraziləri azad edəcək, hətta ordumuz tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur və İrəvana kimi gedib çıxacaq. Ona görə də heç bir şübhə yoxdur ki, erməni lobbisi və ölkəmizi sevməyən digər qüvvələr bu səbəblərlə Azərbaycan iqtidarının diqqətini Dağlıq Qarabağ probleminin həllindən yayındıraraq yalnız daxili məsələlərlə məşğul olmağa cəlb etmək üçün Əli Kərimli və onun kimi digər radikallardan ölkəmizdə ictimai-siyasi asayişi pozaraq qarşıdurma yaratmaq üçün çox məharətlə istifadə edirlər.
Lakin erməni lobbisi və onların dəyirmanına su tökən dağıdıcı küçə müxalifəti ünsürləri bilməlidirlər ki, Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaq, müstəqil Azərbaycan dövlətinin bu gün istər xarici, istərsə də daxili düşmənlərinə layiqincə cavab verməyə qadir olan həm hərbi-siyasi, həm inzibati, həm də iqtisadi gücü və iradəsi vardır. Bu gücün bünövrəsində sarsılmaz xalq-iqtidar birliyi və güclü lider faktoru dayanır. Digər tərəfdən isə təhlükəsizliyimizin və ictimai asayişimizin keşiyində şərəflə dayanan hüquq-mühafizə orqanlarının ayıq-sayıq, çevik və təmkinli fəaliyyəti ilə fərqlənən təqdirəlayiq əməkdaşları. Azərbaycan polisi vətəndaşlarımızı bu dağıdıcı və gözü dönmüş radikallardan çox məharətlə qoruyaraq, hətta Avropa polisinə də örnək göstərdi. Avropada təşkil olunan etiraz aksiyalarında şahidi olduğumuz qeyri-insani davranışlara yol vermədən asayişi pozanları qanunlarımıza hörmətlə yanaşmağa və riayət etməyə çağırdılar, müvafiq xəbərdarlıqlara məhəl qoymayanları isə müvafiq qaydada tənbeh etdilər və cəzalandırdılar. Bu belə də olmalıdır, çünki qanuna tabe olmamağın adekvat cəzası olmalıdır. Bu hadisələrdən hamılıqla bir daha dərs almalıyıq, müstəqil dövlətçiliyimizi bütün təxribatlardan göz bəbəyimiz kimi qorumalıyıq, dağıdıcı qüvvələrə heç bir şans verməməliyik, unutmamalıyıq ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır, hakimiyyətə gəlməyin yeganə yolu isə demokratik və azad seçkilərdir.

 
  • Oxunub:  6990  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA