A+   Yenilə  A-
Əli Əhmədov: Seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir

“Bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabr ayının 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək. 16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcək”. Bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun öz şəxsi “facebook” səhifəsində paylaşdığı “Bələdiyyə seçkiləri - partiyamızın yeni uğur şansı” sərlövhəli məqaləsində yer almışdır.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası (YAP) növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib: “Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün. Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcəklər. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm.
Seçkilər hər bir partiyadan ötrü sınaq anıdır. Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu, elə bir fürsətdir ki, partiyanın öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə, partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə, bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar. Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər”.
2019-cu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyasının xalqa xidmət devizi altında getdiyini deyən Əli Əhmədov bildirib ki, amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhfə verilməsindən ibarətdir.
“Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər, eyni zamanda, bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil. Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır.
Seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir. “Milli şura”, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırmasına rəvac verir.
Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstərməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur”, - deyə Baş Nazirin müavini bildirib.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  05-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA