A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır

Ölkəmizdə məsul vəzifələrə təyin olunan kadrların qarşısında yerlərdə daim xalqla sıx ünsiyyətdə olmaq, insanlarda narahatlıq yaradan problemləri həll etmək və neqativ hallara qarşı barışmaz mövqe tutmaq kimi mühüm tələblər qoyulur
Özünün məqsədyönlü siyasətində cəmiyyətdən gələn sosial sifarişlərlə zamanın dəyişən tələblərini, müasir trendləri məharətlə əlaqələndirən Prezident İlham Əliyev bu günlərdə Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən onların gələcək fəaliyyətləri ilə bağlı çox mühüm tapşırıqlar verib və Özünün yeni şəraitdə Azərbaycan məmurlarını necə görmək istədiyi ilə bağlı fikirlərini bildirib. Dövlət başçısının məmurların qarşısında qoyduğu tələblər kifayət qədər ciddidir. “İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hər bir məmur etimadı yüksək səviyyədə doğrultmalı, ölkənin inkişafına öz töhfəsini verməyə çalışmalıdır
Məlumdur ki, Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Ölkəmizdə indiki mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də dəyişərək keyfiyyətcə yeni mərhələyə yüksəlir - idarəetməyə daha gənc və çevik kadrlar cəlb olunurlar. Bu da respublikada aparılan siyasətin dinamizmi ilə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Məqsəd ona yönəlib ki, respublikamız indiyə qədər yaradılan baza üzərində bundan sonra daha iti sürətlə inkişaf etsin, insanların rifah halı daha da yaxşılaşsın. Lakin etiraf etmək lazımdır ki, hazırda müxtəlif qurumlarda təmsil olunan yaşlı və mühafizəkar baxışlara malik ayrı-ayrı kadrlar qarşıya qoyulan tələblərlə ayaqlaşa bilmirlər. Prezident İlham Əliyev ölkədə islahatlar çərçivəsində kadr siyasətini dəyişməklə əslində idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir. Məsələn, zamanında vergilər sistemində həyata keçirilən kadr dəyişikliyi öz müsbət nəticəsini verib. Əvvəllər bu sahədə islahatların aparılması bir növ mümkünsüz görünürdü. Ancaq dövlət başçısı qəti qərar verdi və qısa müddətdə burada vəziyyət dəyişdi. İrəli çəkilən kadrların təmiz və prinsipial işləməsi, işi düzgün qurmaları sayəsində dövlət büdcəsinə yüz milyonlarla əlavə vəsait cəlb olundu. Və yaxud götürək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini. Əvvəllər burada çoxlu nöqsanlar müşahidə edilirdi. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və hazırda nazirlik sistemində çox ciddi islahatlar aparır.
Yuxarıda bildirildiyi kimi, dövlət başçısının bu günlərdə qəbul etdiyi Anar Tağıyev və Elnur Rzayev regionlarda yüksək vəzifəyə gətiriliblər. Dövlət başçısının bildirdiyi kimi, bu, böyük etimaddır. Məlum olduğu kimi, son 16 ildə respublikamızda regionların tarazlı şəkildə inkişaf etdirilməsi daxili siyasətin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilib. İdiyədək respublikamızda bu qəbildən 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən üç Dövlət Proqramının icrası yüksək səviyyədə tamamlanıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.
O cümlədən bəhs olunan Dövlət proqramları çərçivəsində Yevlax və Xaçmazda da böyükhəcmli işlər görülüb. Ancaq potensial daha böyükdür və mövcud potensialdan istifadə etməklə hər iki rayonda inkişafın ardıcıllığını təmin etmək, uğurların miqyasını genişləndirmək lazımdır. Bölgələrdə abadlıq-quruculuq işləri daha geniş miqyasda davam etdirilməlidir. Prezident İlham Əliyev diqqəti Xaçmaz rayonunun turizm potensialına çəkib. Rayonun turizm cəlbediciliyi yüksək olsa da, imkanlardan lazımi səviyyədə istifadə olunmur. Belə vəziyyətlə, təbii ki, barışmaq mümkün deyil. Prezident İlham Əliyev yeni rəhbərliyin bu sahədə dönüş yaradacağına əminliyini bildirib. Hər iki məmura tapşırıqlarını çatdıran dövlət başçısı deyib ki, sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir.
icra başçılarının işi kabinet işi olmamalıdır
Son 16 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, dövlət başçısı hər il təxminən 30-35 rayonda səfərdə olur. Elə rayonlar var ki, indiyədək Prezident İlham Əliyev ora on dəfədən çox səfər edib. Dövlət başçısının özünün də dəfələrlə bildirdiyi kimi, Onun bölgələrə müntəzəm səfərlər etməkdə məqsədi problemləri bilavasitə vətəndaşların dilindən eşitməkdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev elə bu günlərdə Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan cəhəti həmçinin Onun regionlara son səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Öz növbəsində, Prezident İlham Əliyevin xalqa üz tutması, Özünün və komandasının fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inam yaradıb.
Prezident İlham Əliyev son 16 ilin təcrübəsində özünü doğruldan bu iş üslubunu həmçinin komandasında yer alan bütün məmurlardan tələb edir. Hər bir məmur dövlət başçısının etimadını doğrultmalı, vicdanla çalışmalı, ölkədə vətəndaş məmnunluğunun yüksəlməsinə öz töhfəsini verməlidir. Dövlət başçısı Yevlax şəhərinə və Xaçmaz rayonuna icra başçısı təyin etdiyi kadrlara xitabən deyib ki, siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. “Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin daha sərt mərhələsi başlayıb
Tarixə nəzər salsaq, görərik ki, bütün zamanlarda cəmiyyətlər korrupsiya, rüşvətxorluq, məmurların pulla ələ alınması kimi mənfi təzahürlərdən əziyyət çəkiblər. Sirr deyil ki, belə mənfi təzahürlərin olduğu ölkələrdə inkişafla bağlı ciddi problemlər yaşanır. Bu baxımdan Azərbaycan dövlətinin korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin daha sərt mərhələsi başlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bəhs olunan qəbulda verdiyi tapşırıqlardan biri məhz ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizənin daha da sərtləşdirilməsi ilə bağlıdır. “Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 16 ildə respublikamızda Prezident İlham Əliyevin qətiyyətli mövqeyi əsasında qeyd olunan neqativlərə qarşı sistemli mübarizə sərgilənib. O cümlədən son illərdə Azərbaycanda ölkənin potensialı və qlobal çağırışlar əsas götürülməklə ardıcıl şəkildə həyata keçirilən islahatların böyük bir qismi bütün sahələrdə şəffaflığın təmin edilməsinə, korrupsiya, rüşvətxorluq və digər bu kimi hüquqpozma hallarının qarşısının alınmasına hədəflənib. İslahatlar çərçivəsində rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri görülür. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Dövlətin güclü siyasi iradəsi ilə tamamlanan sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olunub, o cümlədən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Ölkəmizdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərir. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Respublikamızda 2019-cu ilin əvvəlindən daha geniş miqyasda davam etdirilən islahatların böyük bir qismi rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tədbirlərini əhatə edir. Mütəxəssislər çox haqlı olaraq 2019-cu ilin arxada qalan dövrünü ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi səciyyələndirirlər. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanla məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.
Ardıcıllıqla həyata keçirilən bu kimi islahatların məntiqi nəticəsi olaraq respublikamızda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin səmərəliliyi getdikcə artır. Baş prokuror Zakir Qaralov KİV-ə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə daim nəzarətdə olub. Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib. Baş prokuror qeyd edib ki, bu prosesdə dövlətə dəymiş 18 milyon manata yaxın ziyan ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur.
Eyni zamanda, respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində reallaşdırılan məqsədyönlü və prinsipial siyasət beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun bu yaxınlarda yaydığı yeni hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə respublikamız 30-cu yeri bölüşür. Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində qəbul olunmuş qərarda isə çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi müsbət dəyərləndirilib və institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.
Dövlət orqanlarının üzərində güclü ictimai nəzarət təmin edilməlidir
Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq fəal vətəndaş cəmiyyəti quruculuğunu hədəfləyib. Dövlət başçısı yüksək səviyyəli tribunalardan həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Ölkə Prezidentinin mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması qarşıda duran məsələlərin həllində çox mühüm amildir. Dövlət başçısı bəhs olunan qəbulda vəzifəyə yeni təyin olunan məmurlara rəhbərlik edəcəkləri yerlərdə ictimai nəzarətin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərini xüsusi olaraq nəzərə çatdırıb: “İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik”.
Dövlət başçısı ictimai nəzarətin zəruriliyini konkret bir nümunənin timsalında nəzərə çatdırıb. Məlum olduğu kimi, 8 ay bundan əvvəl Şamaxı rayonunda zəlzələ baş vermişdi. Çətin anlarda həmişə xalqın yanında olan Prezident İlham Əliyev Öz ənənəsinə bu dəfə də sadiq qalaraq hadisədən dərhal sonra zəlzələ baş verən bölgələrə gedib, vəziyyətlə yerindəcə tanış olub və təbii fəlakətin nəticələrinin qısa vaxtda aradan qaldırılması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Həmçinin dövlət başçısının imzaladığı sənədlər əsasında nəzərdə tutulan işlərin reallaşdırılması üçün lazımi qədər vəsait ayrılıb. Düzdür, ötən müddətdə təbii fəlakət baş verən bölgələrdə, o cümlədən də Şamaxı rayonunda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb, yeni evlər tikilib, infrastruktur qurğularının fəaliyyəti bərpa edilib. Ancaq zəlzələ baş verən bölgədə ciddi ziyan dəyən məktəblərdən biri, necə deyərlər, diqqətdən kənarda qalıb. Dövlət başçısı bundan KİV vasitəsilə xəbər tutub. Məgər ötən 8 ayda məktəbin təmir-bərpa işlərini aparmaq mümkün deyildimi? Prezident İlham Əliyev sual verib: Bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? “İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”, - deyə dövlət başçısı qeyd edib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasətə “hə” deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4380  |  
  • Tarix:  05-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA