A+   Yenilə  A-
ASAN Viza, təhlükəsiz gəzinti və yaxşı istirahət üçün münbit şəraitin olması turistlərin ölkəmizə marağını daha da artırır

Turizm potensialından səmərəli istifadə və həyata keçirilən dövlət siyasəti nəticəsində bu ilin on ayı ərzində Azərbaycana gələn xarici turistlərin sayı üç milyona yaxınlaşıb
Bu gün öz inkişafına görə dünyada fərqlənən bir çox ölkələr müxtəlif sahələri əhatə edən uğurları düşünülmüş siyasət, həmçinin öz daxili potensiallarından səmərəli istifadə nəticəsində əldə ediblər. Hər bir ölkənin daxili potensialından bəhs edərkən, heç şübhəsiz, həmin ölkənin malik olduğu enerji qaynaqları ilə yanaşı, turizm imkanları da diqqət mərkəzinə gəlir. Ümumiyyətlə, müasir dövrümüzdə turizm sektorundan əldə edilən gəlirlər bəzən az qala neft və qaz yataqlarından əldə edilən gəlirə yaxın olur. Buna görə də neft-qaz yataqları olmayan, yaxud da öz gələcək inkişafını qeyri-neft sektoru hesabına təmin etməyi hədəfləyən ölkələr ilk növbədə turizmin inkişafına xüsusi önəm verirlər. Təbii ki, bu sırada qeyri-neft sektorunun inkişafını başlıca prioritetlərdən biri kimi önə çıxaran Azərbaycan da var.
2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə çatacaq
Ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən işlərə keçməzdən öncə vurğulayaq ki, fransız mənşəli “tur” sözündən yaranan “turizm” “gəzinti”, “istirahət” və “əyləncə” mənalarını verir. Tədqiqatçılar “turist” sözünün ilk dəfə 1772-ci ildə, “tourism” sözünün isə 1811-ci ildə işlədildiyini bildirirlər. Onu da qeyd edək ki, bir zamanlar yalnız kübar təbəqə üçün əlçatan olan turizm zaman ötdükcə öz əhatə dairəsini genişləndirib və kütləvi hal alıb. Dünyada kütləvi turizmin əsasını isə 1841-ci ildə 570 nəfərin birgə gəzintisini təşkil edən ingilis Tomas Kuk qoyub. Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb. Son illərdə turizm dünyanın bir sıra inkişaf etmiş ölkələrində iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Beynəlxalq Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Heç şübhəsiz, istənilən xarici turist səyahət etdiyi ölkəni bir sıra özəlliklərinə görə seçir ki, bu sırada da həmin dövlətin qədimlik baxımından maraq kəsb etməsi, çoxlu görməli yerlərinin olması, turistlər üçün münbit şəraitin yaradılması, ən əsası isə, sabitliyin və təhlükəsizliyin mövcud olmasıdır. Və odlar yurdu Azərbaycan bu baxımdan əcnəbilərin istirahət etmək üçün seçdikləri ideal məkanlardan biridir desək, heç də yanılmarıq.
Əlverişli coğrafi mövqedə yerləşən, qədim tarixi yerlərə sahib və təbii sərvətlərlə zəngin olan Azərbaycanın malik olduğu təbii imkanlar barədə bu vaxta qədər çox yazılıb, çox deyilib. Odur ki, bu yazımızda ölkəmizdə müasir inkişaf mərhələsində olan qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər barədə məlumat verməyə çalışacağıq.
Ölkəmizdə turizmin inkişafı üçün dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir
Məlum olduğu kimi, ölkəmizdə turizmin inkişafı, bu sahədəki geniş potensialdan daha səmərəli istifadə olunması üçün dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir. Azərbaycanda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. İndiyədək ölkəmizdə gəlirli sahə olan turizmin inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilərək böyük uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi isə bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Dövlət başçısının 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla ölkəmizdə ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması ilə bağlı Strateji Yol Xəritəsi də təsdiqlənib.
Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməkdədir. Rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. Ötən müddət ərzində turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb.
Eyni zamanda, turizmin inkişafı, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi, həmçinin ölkəmizə daha çox turistin cəlb edilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb ki, bu sırada ASAN Viza sisteminin tətbiqini xüsusi olaraq vurğulamaq yerinə düşər. Xatırladaq ki, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamına uyğun olaraq ASAN Viza sisteminin əhatə dairəsi genişləndirilib. 2018-ci il mayın 15-dən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb.
Bütün bu deyilənlər ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən güclü dəstək verildiyini bir daha təsdiqləyir. Bundan başqa, yaradılan möhkəm hüquqi baza respublikamızın turizm potensialından daha səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar açıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində turizm sektorunun inkişafının Azərbaycanın prioritetləri sırasında olduğuna növbəti dəfə diqqət çəkib: “Turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin”.
Dövlət Turizm Agentliyi turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyət göstərir
Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixində imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncama əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu sahədə dövlət siyasətini həyata keçirir. Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində uğurlu fəaliyyət göstərir.
Elə ötən bir il yarım ərzində bu qurum tərəfindən reallaşdırılan işlər və əldə edilən uğurlar da deyilənləri təsdiqləyir. Ötən ilin oktyabrında Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən birinci Milli Turizm Sammiti də bu istiqamətdə atılan uğurlu addımlardan biri kimi qeyd olunmalıdır.
Turizm Agentliyinin sədri Fuad Nağıyevin Azərbaycanın yeni turizm brendinin də təqdim olunduğu həmin sammitdəki çıxışı zamanı vurğuladığı kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Fuad Nağıyev onu da deyib ki, son bir neçə ildə ölkə turizmi uğurlu yol keçib: “Lakin yeni turizm imkanlarını geniş auditoriyaya təqdim etmək üçün çox işlər görməliyik. Bizim üçün şəffaflıq əsasdır. Bu gündən ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur. Turizm təhsilinin inkişafı da bizim üçün önəmlidir. Çünki biz turizmin inkişafında təhsilin rolunun vacib olduğunu bilirik. Çalışırıq ki, turizm sahəsində daha dolğun və düzgün statistik göstəricilər əldə edək. Bunun üçün xaricdən ekspertlər də dəvət olunub. Hesab edirəm ki, yeni ölkə brendi ilə birlikdə turizmə baxışımız da xeyli dəyişəcək”.
Beləliklə, ötən bir il ərzində görülən işlər, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyasının keçirilməsi, xarici ölkələrdəki turizm sərgilərində ölkəmizin uğurla təmsil olunması, Dövlət Turizm Agentliyinin bəzi ölkələrdə nümayəndəliklərinin yaradılması bu dəyişikliyin, sadəcə, dəyişiklik xatirinə edilmədiyini təsdiqlədi. Belə ki, atılan bu addım, yeni brendin tətbiqi, eyni zamanda, turizm sektoruna yenilənmə və canlanma gətirdi. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkəmizə gələn turistlərin sayında da artım müşahidə olunub. Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin məlumatına əsasən, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Kənan Quluzadə deyib ki, Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb. Hətta sözügedən ölkələr ilk iyirmiliyə daxil olub. Kənan Quluzadə artıq payız-qış turizm mövsümünə start verildiyini, yay mövsümündə olduğu kimi, yeni mövsümdə də artım tendensiyası gözlənildiyini deyib.
Heç şübhəsiz, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, həmçinin nüfuzlu musiqi və idman yarışları da Azərbaycana daha çox turistin gəlməsinə səbəb olub. Onların arasında Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, “Eurovision” müsabiqəsinin və Formula 1 yarışlarının önəmini xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, təkcə Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir.
Görünən odur ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Şübhə yoxdur ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan Destinasiya Menecmenti Təşkilatı da Azərbaycanın bölgələrinin turizm potensialının tanıdılmasında, daha çox turistin cəlb edilməsində və regionların uğurlu inkişafında mühüm rol oynayacaq.
Lakin bu da son deyil. Turizmin inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin məlumatına əsasən, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülüb və görülməkdədir. Eko və aqro turizmin inkişaf etdirilməsi də bu sıradadır. Bir sözlə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı sayəsində turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi istiqamətində mühüm addımlar atılır.
Nadir AZƏRİ
“Dövlət Turizm Agentliyi
tərəfindən elan edilmiş
müsabiqəyə təqdim edilir”

 
  • Oxunub:  2970  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA