Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib

09.11.2019 [10:17]

Noyabrın 8-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibəti ilə təntənəli bayram mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibəti ilə təbrik edib.
Rektor çıxışında deyib: “Üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin yerləşdiyi binanın üzərində ucaldılıb. Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub”.
Çıxışında müqəddəs bayrağımızın hərb meydanında ucaldılmasından danışan rektor AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb.
Daha sonra çıxış edənlər - “İctimai fənlər” kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Zərifə Əlizadə Dövlət Bayrağı və Azərbaycan Konstitusiyası günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanununun Azərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə 9 Noyabr - Bayraq Günü münasibətilə hazırladığı flashmobun videoçarxı nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30