Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək

21.11.2019 [10:56]

Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutundan bildirilib ki, konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma təşkil etməkdir.

Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”, “Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri”, “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”, “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”, “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”, “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”, “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edəcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30