Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda həyata keçirilən islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqiyə xidmət edir

Azərbaycanda həyata keçirilən islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqiyə xidmət edir

04.12.2019 [15:18]

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan çoxşaxəli islahatların əsasında Azərbaycan xalqının ali mənafeyi dayanır 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə sabitlik və təhlükəsizliyin təmin olunması ciddi iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsinə, bununla da vətəndaşların sosial rifahının ardıcıl olaraq yaxşılaşdırılmasına, torpaqlarımızın azadlığı uğrunda şəhid və əlil olanların ailələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə hərtərəfli dəstək göstərilməsinə şərait yaratdı. Son 25 ildə Azərbaycanda aparılan islahatlar bir-birinin məntiqli davamı olub, dönməz xaraker daşıyıb və hökumətin əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş sosial islahatlar aparmasına imkan verib.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən daha da qüdrətli dövlətə çevirmək üçün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirdi. Bununla da 2003-cü ildən etibarən respublikada sosial-iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə daxil oldu. Dövlət başçısının "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanına uyğun olaraq, sosial və iqtisadi islahatların dərinləşməsinə əsaslanan tədbirlərin həyata keçirilməsinə başlandı. 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə ölkədə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası yerlərdə müasir sosial və istehsal infrastrukturunun formalaşdırılmasına zəmin yaratdı.
Beləliklə, 2003-cü ildən ötən 16 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayıb, ölkəmiz dünya iqtisadi sisteminə inteqrasiya olunub, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası yüksək səviyyədə həyata keçirilib. Azərbaycan dövləti tərəfindən uğurlu siyasətin həyata keçirilməsi sayəsində göstərilən dövrdə baş vermiş qlobal maliyyə və iqtisadi böhranın zərərli təsirlərindən qorunmaq mümkün olub. 
Xüsusi olaraq qeyd edək ki, hər ötən il iqtisadi islahatların nəticəsi öz bəhrəsini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın sosial-iqtisadi sahədə dünya üzrə reytinqinin daha da yüksəlməsinə şərait yaradır. Son 16 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Təbii ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərib. Ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyədə olmaqla ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında doqquzuncu yerdədir.
Məlumdur ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. İqtisadi inkişaf üçün hazırlanan strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirməyə hesablanıb. İqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb.

Sosial rifahın yüksəldilməsi istiqamətində inqilabi xarakterli addımlar atılıb

Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və ali mənafeyi dayanır. Bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.
2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də bunu göstərir. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının getdikcə artırılması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib.
Bu istiqamətdə məqsədyönlü siyasət yürüdən dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, Onun rəhbərliyi ilə hazırlanan və bu il başlanan, xüsusilə, iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar Azərbaycana əlavə maliyyə resursları gətirir. Həmin resurslar sosial islahatların həyata keçirilməsinə real zəmin yaradıb. Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib.
Prezident İlham Əliyevin bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Dövlət başçısının ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları ilə ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib. Bu iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir.
Əhalinin rifahına xidmət edən yeniliklərdən biri hesab edilən DOST mərkəzlərinin yaradılması dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb. Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar pensiya təyinatının avtomatlaşdırılmış mexanizmi yaradılaraq bu ilin əvvəlindən işə salınmışdır.
Prezident İlham Əliyevin sosial siyasətində şəhid ailələrinə xüsusi qayğı mühüm yer tutur. Ötən il prezident seçkilərində inamlı qələbədən sonra dövlət başçısının imzaladığı 19 aprel 2018-ci il tarixli ilk Fərmanının şəhid ailələri ilə bağlı olması da bunu təsdiq edir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirilib.
2020-ci ildə Azərbaycanda həyata keçiriləcək ən böyük islahat tədbirindən biri ölkə miqyasında icbari tibbi sığortanın tətbiqidir. İlkin mərhələdə bu islahatın əsas maliyyə yükü də dövlətin üzərində olacaq. Ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi bu il ölkəmizdə həyata keçirilən sosial islahatların davamı kimi qiymətləndirilir.

Struktur və kadr islahatları idarəetmənin daha dinamik və çevik əsaslar üzərində qurulmasına hesablanıb

Ölkəmizdə son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatlar idarəetmə sahəsini də əhatə edir. Bu istiqamətində reallaşdırılan islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədinə xidmət edir.
İslahatlar kursu ölkədə ali icra hakimiyyətini də əhatə edir. Bu da təbiidir. Çünki islahatlar yeni şəraitdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsini, dəyişikliklərə, yeni çağırışlara uyğunlaşdırılmasını tələb edirdi. Prezident Administrasiyasının təsdiq olunmuş yeni strukturu bu istiqamətdə atılan uğurlu addımdır. Şübhə yoxdur ki, Prezident Administrasiyasının yeni strukturu səmərəli idarəçiliyi, qərarların çevik qəbulunu və onların icrasına nəzarətin gücləndirilməsini təmin edəcək. Qeyd edilməlidir ki, islahatlardan sonra yenidən formalaşan struktur bölmələrinin fəaliyyət sahəsi, vəzifələri dəqiq ifadə olunur, təkrarçılıq istisna edilir. Təsdiq olunmuş yeni struktur müasir dövrün çağırışlarına uyğun istiqamətləri və fəaliyyət sferalarını nəzərdə tutur.
Buna paralel olaraq, dövlət idarəetmə sisteminin digər istiqamətlərini də əhatə edən struktur islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılmasını və ictimaiyyətin etimadının daha da yüksəlməsini təmin edəcək.
Müasir dövrün yeni çağırışlarına cavab vermək, ölkə qarşısında duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, cəmiyyətin gözləntilərini doğrultmaq məqsədilə idarəetmə sisteminin keyfiyyətinin yüksəldilməsi və dövlət aparatının optimallaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən müsbət qarşılanır.
Kadr islahatlarının həyata keçirilməsi də idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı onları qəbul edərkən bildirib ki, ölkəmizdə kadr islahatları davam edir: "Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir".
Kadr islahatları həyata keçirilərkən təcrübə və gəncliyin uğurlu sintezi təmin olunur. Prezident İlham Əliyev də Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə nitqində qeyd etdi ki, kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz: "Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var".
Beləliklə, bir-birini tamamlayan iqtisadi, sosial, kadr və struktur islahatları ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir. 


Qaşqay ZİYƏDDİNOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi "SƏLİS Jurnalist" nominasiyası üzrə yazı müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30