Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Gədəbəy rayon təşkilatı rayonun Kiçik Qaramurad və Parakənd kəndlərindən olan seçicilərlə görüşüb

YAP Gədəbəy rayon təşkilatı rayonun Kiçik Qaramurad və Parakənd kəndlərindən olan seçicilərlə görüşüb

12.12.2019 [09:41]

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Seçki qərargahının təbliğat-təşviqat qrupu dekabrın 11-də növbəti görüşünü rayonun Kiçik Qaramurad və Parakənd kəndlərindən olan seçicilərlə keçirib.
Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Zaur Mehdiyev bildirib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr verib və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Qeyd edilib ki, qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən əsasən gənclərin namizədliyi irəli sürülüb. Bildirilib ki, Azərbaycan gəncləri bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında fəal iştirak edirlər, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurlu inkişafı üçün geniş meydan açır, zəruri tədbirlər həyata keçirir.
Daha sonra çıxış edən YAP-ın Gədəbəy rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Xəyyam Vəliyev, Məlahət Əliyeva, Fəzail Kərimov cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Tədbir iştirakçıları seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa çağırıblar.

Paylaş:
Baxılıb: 397 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Analitik

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30