Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib

YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib

13.12.2019 [10:08]

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. Onun sözlərinə görə, XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur: “Bu, Heydər Əliyev siyasətinin böyüklüyünün, bu günümüzə və gələcəyə hesablanmasının aydın ifadəsidir. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətinin, xalqının milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəsinə uğur gətirən, daim yüksəkləri fəth etməsini şərtləndirən siyasəti təmin etməkdir. Təbii ki, bu uğurlara yol açan ideyalardır. Bu ideyalar ölkənin dünəninin, bu gününün, gələcəyinin əsası kimi dəyərləndirilir. “Əbədiyaşar lider” məfhumu da məhz bu kontekstdən yaranır. Necə ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə xatırlanır. O, cismən aramızda olmasa da, Onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib”.
S.Novruzov qeyd edib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Onun sözlərinə görə, müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə təlatümlü bir dövr kimi daxil olub: “1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Xalq müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə həmin vaxt hərbi hissələrin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin məqamda xalq üzünü Ulu Öndər Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir”.
YAP İcra katibinin müavini deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır. Bu uğurların əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. S.Novruzov söyləyib ki, gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidirlər. Çünki Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsi mühüm rol oynayır.
Çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub: “Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir”.
M.Qurbanlı deyib ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində hakimiyyətə gəlməsi Azərbaycanın həyatında dönüş nöqtəsi idi: “Bilirsiniz ki, Ulu Öndər hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş ittifaq miqyasında geridə qalan respublikalardan biri idi, aqrar respublika hesab olunurdu. Amma 1969-cu ildən sonra Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan müttəfiq respublikalar arasında öncül yerə yüksəldi. 1993-cü ildə isə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Bu qayıdış nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”.
M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik”.
Anım mərasimində həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30