Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin təşviqat kampaniyası uğurla davam edir

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin təşviqat kampaniyası uğurla davam edir

25.01.2020 [11:08]

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ağalar Vəliyevin Goranboy rayonunun Safıkürd və Tatarlı kəndlərində seçicilərlə görüşləri olub.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb. “Heç şübhəsiz, partiyamız fevralın 9-da keçiriləcək parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”, - deyən E.İsmayılov 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin millət vəkili olduğu dönəmdə seçicilər ilə səmərəli və işgüzar görüşlər keçirdiyini, seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində köməklik göstərdiyini nəzərə çatdırıb.
Təbliğat qrupunun üzvü Nofəl Köçərli çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə parlament seçkilərinin əhəmiyyətindən bəhs edib, Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini deyib. A.Vəliyev Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin inkişaf yolu keçmiş YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını, partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. O qeyd edib ki, Azərbaycan parlament seçkilərinə sabitlik, əmin-amanlıq şəraitində gedir. “Əminəm ki, seçicilər yüksək fəallıq göstərərək inkişaf və rifaha səs verəcəklər. Çünki YAP Azərbaycan xalqının etimadını doğrultmuş ümumxalq partiyasıdır”, - deyə Ağalar Vəliyev əlavə edib.
Görüşlərdə seçicilər - Bəkir Hüseynov, Firəddin Yusifov, şəhid atası Allahverdi Nəsibov, şəhid ailəsindən olan Muxtar Nəbiyev, Əməkdar müəllim Etibar Rüstəmov, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, Qarabağ əlili Qabil Rzayev çıxış ediblər. Seçicilər YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31