A+   Yenilə  A-
İnanıram ki, seçicilər YAP-ın namizədlərinə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. 28 illik müstəqillik tarixində respublikamız güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulayıb: “Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.
Hazırda Azərbaycanın siyasi müstəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.
Başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.
- Ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin gələcək inkişafı üçün nə kimi perspektivlər vəd edir?
- Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. İslahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zərurətə çevirib. Buna görə də, V çağırış parlament buraxıldı və növbədənkənar parlament seçkiləri təyin olundu.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən dövlət siyasətini müdafiə edir. Bu siyasətin alternativi yoxdur.
İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına əlavə töhfə kimi qiymətləndirilə bilər.
- Təmsil etdiyiniz Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz? Ötən beş il ərzində seçicilərinizin qaldırdığı məsələlər hansı səviyyədə həll olunub?
- Azərbaycan Respublikasında regionların, o cümlədən rayonumuzun inkişafı ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarına uyğun olaraq respublikanın hər yerində olduğu kimi Xaçmaz rayonunda da bir sıra infrastruktur layihələri həyata keçirilir. Rayonun şəhər və kəndlərində abadlıq-quruculuq işləri, qaz infrastrukturunun tamamilə rayon üzrə başa çatdırılmasının, əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni daha güclü transformatorlar qoymaqla yararsız elektrik dirəklərinin dəyişdirilməsi, elektrik verilişi xətlərinin sib kabellər vasitəsilə çəkilməsinin təmin edilməsi prosesi sürətlə davam etdirilir.
Son vaxtlar rayonumuzda yol infrastrukturunun yenilənməsi sahəsində xeyli işlər görülərək onlarla km uzunluğunda müasir standartlara cavab verən yollar salınıb. Xaçmaz-Niyazoba-Əilyata-Qarğalı-Ciğatay yolunun müasir standartlara uyğun olaraq çəkilməsi davam etdirilir. Xaçmaz şəhəri su təchizatı və kanalizasiya şəbəkəsi ilə təmin edilib. Su təchizatında problem olan kəndlərdə Dövlət proqramına uyğun bələdiyyələrin və iş adamlarının hesabına su artezian quyuları vurularaq əhalinin içməli suya olan tələbatı təmin edilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan tikinti-quruculuq işləri Xaçmaz rayonunda da uğurla həyata keçirilir. Rayon mərkəzində salınan parklar, tikilən Tarix Diyarşünaslıq Muzeyi, Xalça muzeyi, açıq səma altında Şəxsiyyətlər muzeyi, Bayraq muzeyi, Əziz Əliyev muzeyi, Xalqlar Dostluğu muzeyi rayon əhalisinin istirahətinin səmərəli təşkilinə və rayonumuza gələn turistlərin marağına səbəb olmuşdur. Respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan qayğısı nəticəsində məktəb və uşaq bağçalarının tikintisinə, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr nəticəsində 50-yə yaxın məktəb və uşaq bağçası tikilib uşaqlarımızın istifadəsinə verilib. Məktəb tikintisi indi də davam edir. Təkcə 2019-cu ildə bir orta məktəb, modul tipli məktəblər tikilib istifadəyə verilib. Bu diqqət və qayğının nəticəsidir ki, rayonumuzda ali məktəblərə yüksək balla daxil olan məzunlarımızın sayı ildən-ilə artır. 2019-cu ildə məzunlarımız yüksək bal toplayaraq respublikamızın ali məktəblərinə daxil olmuşdur. Dövlət proqramına uyğun olaraq əhalinin fasiləsiz internetlə təmin olunması məqsədilə bir sıra kəndlərdə yeni ATS-lər tikilib əhalinin istifadəsinə verilib. 2017-ci ildə Xaçmazda Xalça sexi işə düşüb və burada xeyli sayda qadınlar işlə təmin olunub.
Qeyd edim ki, ötən beş il ərzində mənə seçicilər tərəfindən çoxsaylı müraciətlər edilib, insanlarla mütəmadi olaraq görüşmüşəm. Müraciətlərin hamısına diqqətlə yanaşmağa çalışmışam. Görüşlər zamanı müraciətlərin əksəriyyəti sosial məsələlərlə bağlı olub. Seçicilərin qaldırdığı məsələlər işlə təmin olunması, torpaq mübahisəsi, ünvanlı sosial yardıma köməklik göstərilməsi, yol təmiri, qaz, içməli su təminatının yaxşılaşdırılması, özəlləşdirmə barədə və digər məsələlər barəsində olub. Onların şikayət və təklifləri nəzarətə götürülüb, müvafiq qurumlara müraciət edilib. Həmin məsələlərin böyük hissəsi həll edilib, bir qismi də tədricən həyata keçirilir.
- Eldəniz müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz?
- Seçkilər demokratiyanın atributlarından biridir. Hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs verməyə çağırıram.
Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Ona görə də uğurların davamlı olması üçün seçiciləri Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər.

 
  • Oxunub:  3630  |  
  • Tarix:  26-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA