A+   Yenilə  A-
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən-günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır

“Dünyanın ən mötəbər iqtisadi forumlarından sayılan Davos Beynəlxalq İqtisadi Forumu artıq neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaxından iştirak etdiyi ümumdünya qurumları sırasında mühüm yer tutur. Azərbaycanın forumlarda fəal iştirakı ölkəmizin tanıdılmasında, dünya iqtisadi birliyinə yaxından inteqrasiyasında, tariximizin, mədəniyyətimizin tanıdılmasında əvəzedilməz rol oynayır. Ayrıca vurğulanmalıdır ki, Davos Beynəlxalq İqtisadi Forumu ənənəvi olaraq dövlət rəhbərlərinin, dünyanın aparıcı şirkətlərinin, tanınmış siyasətçilərin iştirakı ilə keçirilən ən böyük iqtisadi diskussiya meydanıdır. Burada müasir beynəlxalq iqtisadi problemlər, iqtisadiyyatda və texnologiyada yeni meyillər və nailiyyətlər müzakirə edilir, ayrı-ayrı ölkələrin iqtisadi inkişafının əsas göstəriciləri barədə hesabatlar hazırlanır. Təşkilatın daha bir xüsusiyyəti ölkələrə öz nailiyyətlərini təqdim etmək və beynəlxalq miqyasda xüsusi rola malik olan şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanlarını yaratmasıdır. Başqa sözlə ifadə etsək, Davos Beynəlxalq İqtisadi Forumu həm də böyük imkanlar meydanı kimi səciyyələndirilə bilər. Bu baxımdan sözügedən mötəbər iqtisadi toplantıda iştirak etmək hər bir iştirakçı üçün mühüm avantaj kimi qəbul olunur”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində “Davos Beynəlxalq İqtisadi Forumu: Azərbaycanın dünyaya açılışının yeni imkanları” adlı paylaşdığı məqalədə bildirib.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bir çox illərdir dalbadal Davos Beynəlxalq İqtisadi Forumuna qatılması bir yandan ölkəmizin onun imkanlarından səmərəli şəkildə faydalanmaq istəyini nümayiş etdirməklə yanaşı, həm də dünyanın aparıcı şirkətlərinin Azərbaycana, onun artan iqtisadi imkanlarına artan marağını göstərir. Baş Nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər həm say, həm də rəngarənglik baxımından yuxarıda söylənən fikri tamamilə təsdiqləyir. Bu görüşlərin ortaya qoyduğu daha əhəmiyyətli həqiqət isə cənab İlham Əliyevin Forumun ən çox arzuolunan və hörmət bəslənilən qonaqlarından biri olmasıdır. Onunla görüşən və görüşmək istəyən yüksək qonaqların, dünya iqtisadiyyatının nəhənglərinin say çoxluğu deyilənin bariz ifadəsi sayıla bilər. Prezident İlham Əliyevlə görüşmək istəyənlərin və görüşənlərin çoxsaylı olması, eyni zamanda, Azərbaycana, onun artan iqtisadiyyatına yüksək maraqdan xəbər verir.
Əli Əhmədov vurğulayıb ki, ölkəmizə və onun rəhbərinə yüksək marağın kökündə dayanan bir məqama ayrıca toxunmağa dəyər: “Beynəlxalq İqtisadi Forumun hazırladığı hesabatlarda Azərbaycan bir çox indekslərə görə dünya dövlətləri arasında mötəbər mövqelərə malikdir və son illərin təcrübəsinə istinadən deyə bilərik ki, həmin göstəricilər ildən-ilə artır. Azərbaycanın ən islahatçı dövlətlər sırasında olması, rəqabətlilik qabiliyyətinə, infrastrukturun vəziyyətinə görə yüksək göstəriciləri ölkəmizin inkişafının artan dinamikası barədə dünyada, ilk növbədə isə nəhəng şirkətlərin rəhbərlərində aydın təsəvvürlər yaradır. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatına diqqəti artırır, ölkəmizin investisiya cazibədarlığını gücləndirir.
Davosda keçirilən Beynəlxalq İqtisadi Forum istənilən ölkəyə dünyaya açılmaq baxımından geniş imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bu təşkilatın imkanları vasitəsilə ölkəmizin təbliğ edilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması yüksək faydalılıq əmsalı ilə fərqlənir. Ayrıca qeyd olunmalıdır ki, DİF vasitəsi ilə bütün dünya, ilk növbədə isə Azərbaycana, onun iqtisadiyyatına maraq göstərənlər ölkənin birinci şəxsinin təqdimatında lazımi məlumatları əldə edir, inkişaf perspektivləri, planları, gələcəyə dair baxışları ilə tanış olmaq imkanı qazanırlar. Ölkəni tanıtmağın, onun nailiyyətlərini təbliğ etməyin, ölkəyə sərmayə və texnologiyalar cəlb etməyin daha səmərəli formasını təsəvvür etmək mümkün deyil”.
Əli Əhmədov bildirib ki, 2020-ci il Davos Forumu Azərbaycandan ötrü daha da əlamətdar və əhəmiyyətli oldu. Forumun rəhbərliyinin qərarı ilə Beynəlxalq İqtisadi Forumun Azərbaycanda regional şöbəsinin yaradılması nəzərdə tutulur. Belə bir təşəbbüsün irəli sürülməsi ölkəmizin Forumun işinə verdiyi töhfənin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının təkcə iştirakçısı yox, eyni zamanda, təşkilatçılarındandır. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın yeni bir mötəbər tədbirə ev sahibliyi edəcəyinin şahidi olacağıq. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda əldə etdiyi bir çox yüksək uğurlar içərisində layiqli yer tuta biləcək.
“Beynəlxalq İqtisadi Forum gündən-günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır. Prezident İlham Əliyevin səyləri nəticəsində indi bu imkan Azərbaycana yaxınlaşır, başqa formada ifadə etməli olsaq, Azərbaycan özü bu imkana çevrilir. Əminəm ki, ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi ilə neçə-neçə belə uğurlar və nailiyyətlər gözləyir”, - deyə Baş Nazirin müavini vurğulayıb.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  26-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

07 Aprel 11:09
““Milli Şura”nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır” ÖZƏL-MÜNASİBƏT
07 Aprel 10:59
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır - Elşad Mirbəşir oğlu
07 Aprel 10:57
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
07 Aprel 10:52
Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
07 Aprel 10:44
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+6 +8