Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Seçicilər YAP-ın namizədi Nurlan Həsənova səs verəcəklərini bəyan ediblər

Seçicilər YAP-ın namizədi Nurlan Həsənova səs verəcəklərini bəyan ediblər

01.02.2020 [11:10]

Yeni Azərbaycan Partiyasının (YAP) 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə deputatlığa namizədi Nurlan Həsənov rayonun Dəllər-Cırdaxan kəndinin seçiciləri ilə görüş keçirib.
Görüşü YAP Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev açaraq seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verərək qeyd edib ki, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.
Görüşdə çıxış edən deputatlığa namizəd Nurlan Həsənov iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair Dövlət proqramlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə Dövlət Proqramının qəbul olunmasını seçicilərin diqqətinə çatdıraraq bildirib ki, bütün bunlar ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.
N.Həsənov seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Dəllər-Cırdaxan kəndinin seçiciləri 9 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildiriblər və Yeni Azərbaycan Partiyasının namizədi Nurlan Həsənovun qalib gələcəyinə əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31