Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədi İmamverdi İsmayılov Qubadlı və Zəngilan rayonundan olan seçicilərlə görüşüb

YAP-ın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədi İmamverdi İsmayılov Qubadlı və Zəngilan rayonundan olan seçicilərlə görüşüb

02.02.2020 [10:10]

Yeni Azərbaycan Partiyasının (YAP) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov Qubadlı və Zəngilan rayonundan olan seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. O əlavə edib ki, bu gün ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub: “Bu gün partiyamızın namizədi qismində bu görüşdə iştirak edən İmamverdi İsmayılov Zəngilan və Qubadlı rayonlarını parlamentimizdə layiqincə təmsil edib. Mən inanıram ki, qədirbilən Zəngilan və Qubadlı ictimaiyyəti hər zaman olduğu kimi, bu seçkilərdə də onu dəstəkləyəcək və IV çağırış Milli Məclisdə öz vəkilliyini İmamverdi İsmayılova etibar edəcək”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov ilk növbədə yenidən ona göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. İ.İsmayılov ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı Dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsinin xalqın iqtidara olan inamını daha da möhkəmləndirdiyini deyib: “Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır”.
Tədbir seçicilərin çıxışları ilə davam etdirilib. Çıxış edən seçicilər fevralın 9-da YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31