Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşünü bərdəli gənclərlə keçirib

Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşünü bərdəli gənclərlə keçirib

04.02.2020 [09:59]

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Fatma Yıldırım seçicilərlə növbəti görüşünü gənclərlə keçirib.
Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, gənclər hər zaman seçki prosesində fəal iştirak edib, Heydər Əliyev siyasətinə səs veriblər.
Deputatlığa namizəd Fatma Yıldırım çıxış edərək bildirib ki, bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: “Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri də cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Deputatlığa namizəd qeyd edib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq addımlar atılır. Onun sözlərinə görə, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir. Fatma Yıldırım əminliyini ifadə edib ki, qarşıdan gələn parlament seçkilərində Bərdə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər.
Görüşdə çıxış edən gənc seçicilər dövlətin həyata keçirdiyi gənclər siyasətini yüksək qiymətləndirib, parlament seçkilərində bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31