Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir

Ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir

05.02.2020 [09:57]

Əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dövlət dəstəyinin gücləndirilməsi qeyri-neft sektorunun, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən zaman müddətində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bunlarla yanaşı, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir. Bütövlükdə, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib.
Azərbaycanın inkişaf paradiqmaları çoxşaxəlidir və bu sırada sahibkarlığın inkişafı xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yüksək səviyyəli infrastrukturun yaradılması xüsusi yer tutur. Əlbəttə, müasir infrastrukturun yaradılması respublikamızda iqtisadi aktivliyin artmasına, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına hədəflənən tədbirlərin yalnız bir istiqamətidir. Yəni milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması, biznes mühitinin getdikcə daha da optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsi daha genişdir. Təqdirəlayiq haldır ki, yeni iqtisadi şəraitdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər. Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir.
Ümumiyyətlə, dövlət tərəfindən sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilməsi milli iqtisadiyyatın inkişafına təkan verir. Bunun sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bu məqamlara toxunaraq “Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması, hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir”, - deyə vurğulayıb.
Eyni zamanda, kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşğulluqda iştirak payının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bu zamana qədər dövlət tərəfindən kiçik və orta sahibkarlığın inkişafı üçün maddi və texniki vəsaitlər qismində böyük sərmayələr yatırılıb, çoxşaxəli dəstək mexanizmlərindən istifadə üçün hər cür imkan yaradılıb.
Bütövlükdə, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi bu sahədə mühüm nailiyyətlərin və müsbət göstəricilərin əldə olunmasını şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30