Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əsgər ölümləri Ermənistanda iki yüksək vəzifəli şəxsin işini itirməsinə səbəb oldu

Əsgər ölümləri Ermənistanda iki yüksək vəzifəli şəxsin işini itirməsinə səbəb oldu

19.02.2020 [17:43]

Məlum olduğu kimi, Ermənistan ordusunda qeyri-döyüş şəraitində hərbi qulluqçuların ölümü ilə bağlı etiraz aksiyaları baş nazir Nikol Paşinyanın hərbi rəhbərliyin iştirakı ilə iclas keçirməyə vadar edib. İki gün əvvəl keçirilən iclasdan sonra isə baş nazir sözügedən məsələ ilə əlaqədar olaraq, bir sıra vəzifəli şəxslərin istefası barədə siyasi qərar verildiyini elan edib.
Fevralın 19-da yayılan xəbərə görə, baş nazirin aparatından Ermənistan prezidentinin işlər idarəsinə Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisi Artur Bağdasaryanın və silahlı qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi Aleksan Aleksanyanın istefası ilə bağlı təklif daxil olub. Daha sonra “Sputnik-Ermənistan”ın prezidentin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, prezident Armen Sarkisyan hər iki şəxsin işdən azad edilməsi barədə fərman imzalayıb.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31