Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib

YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib

25.02.2020 [09:22]

Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə təşkilatın rayon şurasının və idarə heyətinin iclası keçirilib. İclasda ötən il ərzində görülən işlərə yekun vurulub və qarşıda duran vəzifələr barədə danışılıb.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətdən gələn bir ehtiyac olduğunu diqqətə çatdırıb və partiyanın təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Bildirib ki, partiyanın yarandığı illərdə ölkədə müharibə şəraiti hökm sürürdü. Digər tərəfdən, ölkəmizdə baş verən xoşagəlməz proseslər, siyasi böhran, iqtisadi tənəzzül müstəqilliyimizi itirmək təhlükəsi yaradırdı. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul etdilər.
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini qorudu, siyasi, iqtisadi, mədəni sahələrdə inkişaf yoluna qədəm qoydu. “Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə YAP-ın yaradılması milli dövlətçiliyimizin mühüm dönüş nöqtəsi oldu. Ulu Öndər partiyanın regional təşkilatlarının yaradılmasına xüsusi diqqət ayırırdı”,- deyə YAP Səbail rayon təşkilatının sədri vurğulayıb.
Şəmsəddin Hacıyev bildirib ki, bu gün YAP Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox böyük qüvvəyə malik siyasi təşkilatlardan birinə çevrilib. YAP iqtidar partiyası olaraq Azərbaycanın inkişafı, çiçəklənməsi və yenilənməsi prosesində fəal iştirak edir.
Tədbirdə YAP Səbail rayon təşkilatının ötənilki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İclas müzakirələrlə davam etdirilib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30