Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Respublikamızın regionlarının inkişafı böyük vüsət alıb

Respublikamızın regionlarının inkişafı böyük vüsət alıb

07.03.2020 [11:40]

Bu inkişaf Gədəbəy və Tərtər rayonlarının timsalında da özünü aydın şəkildə göstərir
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası regionlarda mühüm abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm uğurlara təkan verib. Ümumilikdə görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Dövlət proqramlarının uğurlu icrası bölgələrdə yüksək iqtisadi artıma yol açıb və bu inkişaf 2019-cu ildə də davam edib. Bu inkişaf respublikamızın Gədəbəy və Tərtər rayonlarında da özünü əyani şəkildə göstərir.
Xatırladaq ki, Gədəbəy rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bildirib ki, ötən il Gədəbəy rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilib, mühüm infrastruktur layihələri icra olunub, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub.
Belə ki, 2019-cu ildə Gədəbəy rayonunda ümumi daxili məhsul istehsalının həcmi 574,0 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 31,6 milyon manat və ya 5,8 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı 171,0 milyon manat təşkil edib, sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5 faiz olub.
Nəqliyyat sektorunda 2,2 milyon manatlıq xidmətlər göstərilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox olub. Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 545,2 min manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox rabitə xidməti göstərilib.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 30,4 milyon manat məbləğində investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çox olub. İnvestisiyaların 29,6 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.
Eləcə də, rayonun ümumi daxili məhsul istehsalında 29,8 faiz sənayenin, 26,2 faiz kənd təsərrüfatının, 5,3 faiz tikintinin, 38,2 faiz ticarətin, 0,5 faiz isə nəqliyyat və rabitənin payına düşür. Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında əvvəlki illə müqayisədə 24,7 milyon manat və ya 7,5 faiz, xidmətlərin göstərilməsində isə 6,9 milyon manat və ya 3,2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, son 16 ildə Gədəbəy rayonunda 16 min 737 yeni iş yeri yaradılıb ki, onlardan 598-i daimi olmaqla 1323-ü ötən ilin payına düşür. 2019-cu ildə Gədəbəy rayonunun büdcəsinin yerli gəlirlər üzrə mədaxili ümumilikdə 4,9 milyon manat proqnoz plana qarşı 6,3 milyon manat və ya 130,2 faizi olmaqla 1,4 milyon manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 417,1 min manat çox yerinə yetirilib. Hesabat ilində 8 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 2 tədiyyə növü üzrə cəmi 329,5 min manat kəsirlə yerinə yetirilib.
2019-cu ildə Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilib, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun inkişafını təmin edən 16 adda tədbirlə bağlı mühüm layihələrin icrasına başlanılıb. Belə ki, Gədəbəy şəhərinin Dilarə Əliyeva və Səməd Vurğun küçələrində genişləndirmə işləri aparılıb, şəhərin 14 küçəsində 22 min 580 kv.metr həcmində asfalt örtüyü salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb, rayon ərazisində “Xalça fabrikinin” tikilməsi üçün torpaq sahəsi ayrılaraq planlama işlərinə başlanılıb.
Onu da vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası Gədəbəydə də davam etdirilib, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 4 mln 443,0 min manat investisiya cəlb edilib.
Ötən il rayonun sənaye potensialına uyğun olaraq Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləməsi nəzərdə tutulan süfrə suları istehsalı, Zəhmətkənd kəndində gündəlik istehsal gücü 1100 kub metr olan, 14 nəfərin işləməsi nəzərdə tutulan beton istehsalı müəssisəsi və Əlinağılar kəndində “Turşsu” istirahət mərkəzi fəaliyyətə başlayıb. Poladlı kəndində isə illik istehsal gücü 100 ton qurudulmuş meyvə, 1 ton müalicəvi bitki olan qurudulmuş meyvə, giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.
Rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilir. Bunun nəticəsində 2019-cu il ərzində rayonda 10 min 377 hektar kartof, 1813,8 hektar buğda, 191 hektar arpa, 240 hektar kələm, 79,4 hektar yerkökü, 9 hektar qarğıdalı, 75 hektar çuğundur, 90,2 hektar digər tərəvəz məhsulları və təcrübə məqsədilə 10 hektar tütün olmaqla ümumilikdə 12 min 885,4 hektar əkin aparılıb.
Sahələrdən 118 min 297 ton kartof, 5 min 351 ton buğda, 325 ton arpa, 39,6 ton qarğıdalı, 3 min 456 ton kələm, 1125,2 ton yerkökü, 3,4 ton quru tütün və 1473,5 ton digər tərəvəz məhsulları yığılmış, orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində müvafiq olaraq 114, 29,5 və 163,3 sentner təşkil edib. 2020-ci ilin məhsulu üçün isə 2243 hektar buğda, 90 hektar arpa olmaqla ümumilikdə 2333 hektar sahədə payızlıq səpin aparılıb.
Heyvandarlığa gəlincə, hesabat ilində iribuynuzlu mal-qaranın baş sayı 45 min 233, qoyun və keçilərin baş sayı 233 min 329 olub, diri çəkidə 69,3 min sentner ət, 478,8 min sentner süd və 5,6 min sentner yun istehsal edilib.
Ötən ildə Gədəbəy rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr də davam etdirilib. Belə ki, Arıqdam-Söyüdlü-Soyuqbulaq (22,2 km) və Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km)-İsalı-Zamanlı (23,48 km) avtomobil yollarının, o cümlədən Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi başa çatıb.
Qeyd edək ki, 2019-cu ildə Tərtər rayonunun sosial-iqtisadi inkişafı da uğurla davam edib, geniş tikinti-quruculuq işləri aparılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının daha da yüksəldilməsinə müsbət təsirini göstərib. Bu barədə Tərtər rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tərtərlilər əvvəlki illərdə olduğu kimi 2019-cu ili də yüksək göstəricilərlə başa vurublar. 2019-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942,7 min manat təşkil edib ki, onun da 20 milyon 21 min manatı və ya 91,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. İl ərzində 4971,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilib. Görülən məqsədyönlü işlərin nəticəsidir ki, 2019-cu ildə rayonda 907-si daimi olmaqla, 1796 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri rayonun simasını nəzərəçarpacaq dərəcədə dəyişdirib. İl ərzində Tərtər şəhərində Dövlət Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi, “Azərxalça” ASC-nin Tərtər filialı, Sukanal idarəsinin inzibati binası tikilib. Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Vəzir Orucov, Qaçay Mehtiyev, Rövşən Kərimov, Teymur Rəhimov, Bəsti Bağırova küçələrində 4,1 kilometr asfalt beton örtüyü salınıb. Şəhərin Vəzir Orucov və Bəsti Bağırova küçələri təmir olunub. Bəyimsarov, Hüsənli kənd və Tərtər şəhər 1 nömrəli tam orta məktəblərində cari təmir işləri aparılıb. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2019-cu ildə 11 nəfərə ev tikilib. 2020-ci ildə daha 30 evin tikintisi nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin 19 kilometrində, uzunluğu 10 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolunda və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılıb, Hüsənli kəndində 2,5 kilometr kəndarası yollara asfalt beton örtüyü salınıb. Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işləri görülür.
Hazırda Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərində son tamamlama işləri aparılır.
Ötən il ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Tərtər-Bərdə, Tərtər-Ağdam və Tərtər-Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 80 min 550-dən çox müxtəlif növ ağaclar, 5 min gül və 750 min ədəd həmişəyaşıl kolları əkilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və 2020-ci ildə görüləcək işlərdən danışılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30