Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya-Türkiyə: yeni diplomatik təmaslar region üçün nə vəd edir?

Rusiya-Türkiyə: yeni diplomatik təmaslar region üçün nə vəd edir?

07.03.2020 [11:58]

Nüfuzlu beynəlxalq media orqanları Rusiya və Türkiyə prezidentlərinin 3 saatlıq təkbətək görüşündən yazır. Rusiya mətbuatı prezidentlərin 3 saat davam edən təkbətək görüşündən sonra nümayəndə heyətlərinin onlara qoşulduğunu, görüşün əsas mövzusunun Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsi olduğunu, görüşdən əvvəl prezidentlərin danışıqların yekunlarının İdlib münaqişəsinin nizama salınmasına kömək edəcəyinə əminlik ifadə etdiklərini qeyd edir.
Türkiyə mediası isə Rusiya və Türkiyə prezidentlərinin Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzalamaları ilə əlaqədar ekspertlərin şərhlərini təqdim edib. Xüsusilə də, siyasi şərhçilər tərəfindən sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlərin əksini tapması ilə bağlı məsələlər təhlil edilir. Tərəflərin Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq etmələri, Türkiyənin Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxladığı xüsusi olaraq diqqətə çatdırılıb.
Ekspertlər Rusiya və Türkiyə arasında yeni diplomatik təmasların regionda konfrantasiyanın və ziddiyyətli proseslərin azalması baxımından əhəmiyyətli olduğunu qeyd edirlər.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30