Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ramiz Şabanov: İşğalçı Ermənistan nəhayət ki, layiq olduğu cəzanı aldı

Ramiz Şabanov: İşğalçı Ermənistan nəhayət ki, layiq olduğu cəzanı aldı

17.11.2020 [09:31]

“Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, layiq olduğu cəzanı aldı. Sentyabrın 27-də düşmən ölkənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları sonda işğalçı Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov deyib.
“Mən bu qələbə sevincini bizə bəxş edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, o cümlədən rəşadətli ordumuza həm özüm, həm də tərtərlilər adından dərin təşəkkür edirəm” - deyən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanatın işğalçı ölkənin təslimçilik aktı olduğunu bildirib.
Qəzetimizə açıqlamasında YAP Tərtər rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkəmiz bu uğuru heç də asanlıqla əldə etməyib. Bu uğurun əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəmiz cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici qələbə qazanması ilə başa çatdı: “Onu da deyim ki, bu müddət Azərbaycanın tarixinə həm də xalq-iqtidar birliyinin təcəssümü kimi daxil oldu. Noyabrın 10-da Azərbaycan xalqına müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, bu müddət ərzində biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmiriradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik”.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31