Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir

Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir

27.01.2021 [09:03]

Müsahibimiz Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadədir:
- Arzuxan müəllim, ötən ilin əvvəlindən başlayaraq ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya siyasi partiyalar arasındakı dialoq mühitini genişləndirməklə yanaşı, siyasi münasibətlərin inkişafında da mühüm rol oynadı. Müxalifət partiyasının rəhbəri kimi bunu necə dəyərləndirirsiniz?
- Ötən ilin əvvəlindən başlayaraq ölkədə yeni siyasi konfiqurasiyanın yaranması siyasi partiyalar və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi daha da möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi. O cümlədən bir sıra partiyaların qeydiyyata alınması, qərargahla təmin olunması bu prosesdə əhəmiyyətli rol oynadı. Bu, ölkənin siyasi palitrasının sağlam inkişafına müsbət təkan verir.
- Bu həmrəylik, siyasi birlik 44 günlük Vətən müharibəsi dövründə özünü daha qabarıq göstərdi. Həmin dövrdə siyasi partiyaların birgə bəyanatlar imzalaması, birlik nümayiş etdirməsi düşmən üzərindəki qələbədə də əhəmiyyətli rol oynadı...
- Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə düşmənlə mübarizə apardığı bir zamanda ölkə daxilində siyasi həmrəyliyin daha da gücləndirilməsi zəruri şərtə çevrilmişdi və bu mənada, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühüm əhəmiyyət daşıdı. Bu, bir daha onu sübut etdi ki, siyasi baxışlarından asılı olmayaraq, hər bir siyasi partiya və ya vətəndaş yalnız bir hədəf - Qarabağın azad olunması üçün bütün gücünü səfərbər etməyə hazırdır. Bu birlik, həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin də daha mübariz olmasını şərtləndirdi. O cümlədən bu həmrəylik Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi qüvvələrə də layiqli cavab oldu. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, milli həmrəyliyimiz düşmənlərimizin cəmiyyət içində ayrı-seçkilik yaratma imkanlarını puça çıxarır. Sədri olduğum Milli İstiqlal Partiyası hər zaman ümummilli məsələlərdə dövlətin apardığı siyasəti dəstəkləyir, xalq və dövlət maraqlarından çıxış edir. Biz istər müharibədən əvvəlki, istər müharibə, istərsə də postmüharibə dövründə öz fikrimizi və mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Siyasi dialoqun inkişaf etdirilməsi, ölkədə siyasi münasibətlərin müsbət məcrada inkişafı Azərbaycanın dinamik inkişafına xidmət edəcək.
- Noyabrın 10-da imzalanan və Ermənistanın məğlubiyyətini özündə əks etdirən üçtərəfli Bəyanat regionda yeni geosiyasi mənzərə yaradıb. Yaranan yeni reallıqlar ölkəmizə hansı üstünlükləri qazandırır?
- Həqiqətən də, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, Azərbaycanın bölgədəki yerini müəyyənləşdirdi. Birincisi, ölkəmizin əldə etdiyi qələbə tarixi bir qələbədir. Belə ki, ötən 200 il ərzində ilk dəfədir ki, Azərbaycan dövləti işğal edilmiş torpaqlarını qaytarır. Digər tərəfdən, artıq Azərbaycan bölgədə güc mərkəzi kimi çıxış edir və bu amil bir sıra məsələlərdə özünü qabarıq şəkildə göstərməkdədir. Bölgədə yaranmış yeni reallıqlar Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, yanvarın 11-də Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanat ölkəmizə beynəlxalq tranzit yolların qovşağı statusunu qazandırdı. 10 noyabr Bəyanatının davamı kimi xarakterizə edilən və bu sənəddə əks olunmuş 9-cu maddənin icrası ilə bağlı prosesin sürətləndirilməsini təmin edəcək 11 yanvarda imzalanan sənəd Azərbaycanla Naxçıvanın və Türkiyənin arasında quru yolun açılmasına zəmin yaradır ki, bu da beynəlxalq nəqliyyat-kommunikasiya xətti üçün olduqca əlverişli və səmərəlidir. İnanıram ki, bu yolun açılması ilə Azərbaycan Şərq-Qərb tranzitinin əsas logistik mərkəzi statusunu qazanacaq. Bununla yanaşı, işğaldan azad edilmiş rayonlarda yeni infrastrukturların qurulması, hava limanlarının tikilməsi və bu kimi fəaliyyət iqtisadi inkişafımıza mühüm müsbət təsirini göstərəcək.
- Bu prosesdə Ermənistanın tutacağı mövqe necə olmalıdır?
- 44 günlük II Qarabağ müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan bu gün həm siyasi, həm də iqtisadi böhran içərisindədir. Ermənistanın siyasi böhrandan xilası üçün isə birinci şərt iqtisadi böhrandan çıxmasıdır. Bunun üçün onların yeganə şansı məhz bölgədə formalaşan yeni əməkdaşlıq platformasına qoşulmaqdır. Bu baxımdan, Ermənistan revanşist iddialarını bir kənara qoyaraq hər hansı bir təxribata əl atmamalıdır. Əks təqdirdə daha ağır nəticələrlə üz-üzə qalmalı olacaq. Prezident İlham Əliyev də Şuşa səfəri zamanı çıxışında bildirdi ki, bu ölkə hər cür revanşist iddialarından əl çəkməlidir. Bu gün bölgədə yaranan yeni siyasi-iqtisadi reallıqlar Ermənistanın bir dövlət olaraq yaşaması üçün yeganə vasitədir. Bundan istifadə etməyəcəyi təqdirdə onları daha ağır faciələr gözləyir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30